Çərşənbə axşamı , 9 Dekabr 2025

Region

Dövlət Bağçalı: “Türkiyə seçki prosesinin ilk mərhələsini müdrik formada başa vurdu”

“Türkiyə seçki prosesinin ilk mərhələsini müdrik formada başa vurdu”. Boyukmillet.com xəbər verir ki, bunu ölkənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bağçalı prezident seçkilərinin ikinci turunda səs verdikdən sonra jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, Türkiyənin yaradılmasının yeni əsrinin ilk seçki sınağı bu gün başa çatacaq: “Seçkilərin nəticəsinin uğurlu olmasını arzulayıram”. Xatırladaq ki, bu gün Türkiyədə prezident seçkilərinin ikinci turu keçirilir. Bu …

Read More »

Hulusi Akar: “Azərbaycandakı qardaşlarımız üçün əlimizdən gələni edirik”

“Azərbaycan, Kipr, Liviya, Kosovo və Bosniyadakı qardaşlarımız üçün əlimizdən gələn nə varsa edirik”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib. “Xatırlayın, Ermənistan Azərbaycanın torpaqlarını işğal etdi. Xocalıda çox böyük qırğınlar törətdi. Uşaq, qoca, cavan (qətlə yetirildi-red) və bu qırğın 30 il davam etdi. Bir milyona yaxın insan evsiz-eşiksiz qaldı. 30 illik işğal ATƏT-in tükünü də …

Read More »

Hulusi Akar: “Türkiyədən PKK-ya üzvlük barmaqla sayıla biləcək qədər azdır”

“Türkiyədən PKK-ya üzvlük barmaqla sayıla biləcək qədər azdır”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib. Onun sözlərinə görə, terrorçulara qarşı mübarizə uğurla davam edir: “Ən sonuncu terrorçu məhv edilənədək əməliyyatlarımız davam edəcək. Bizim yeganə hədəfimiz terrorçulardır. Onların iki yolu var: ya təslim olmalı, ya da gizləndikləri mağaralarda ölməlidirlər”. H.Akar bildirib ki, terrorçuları narahat edən əsas …

Read More »

KİV: “Rusiya İrandan aldığı PUA, silah-sursat və texnikaları Xəzər dənizi ilə daşıyır”

“Rusiya Ukraynadakı müharibə səylərini gücləndirmək üçün İran rejimindən aldığı pilotsuz uçuş aparatları, silah-sursat, minaatanları və digər hərbi texnikaları böyük ehtimalla Xəzər dənizi ilə daşıyır”. Boyukmillet.com xəbər verir ki, bu barədə CNN məlumat yayıb. Qeyd olunub ki, müşahidələrə əsasən, Rusiya və İran arasında əməkdaşlıq dərinləşdikcə Xəzər dənizindəki gəmilərin getdikcə daha çox “qaranlıq işlər gördüyü” müəyyən etmək olur. “EOS Risk Group” təhlükəsizlik şirkətinin …

Read More »

Sorğu: “Ərdoğan 53,7 faiz səs toplayaraq prezident seçkisinin ikinci turunda qalib gələcək”

“Cümhur İttifaqı”nın prezidentliyə namizədi, hakim Ədalət və İnkişaf Partiyasının sədri və hazırkı dövlət başçısı Rəcəb Tayyib Ərdoğan mayın 28-də keçiriləcək prezident seçkisinin ikinci turunda səslərin 53,7 faizini toplayacaq. Boyukmillet.com “Hürriyet”ə istinadən xəbər verir ki, bunu Türkiyə Araşdırmalar Fondunun keçirdiyi sorğu göstərir. Sorğuda ölkənin 26 vilayətindən olan ümumilikdə 3 mindən çox insan iştirak edib. Qeyd edək ki, Türkiyədə mayın 14-də keçirilmiş prezident …

Read More »

Şoyqu Qərbi Cənubi Qafqazda vəziyyəti gərginləşdirməkdə ittiham edib, Rusiyanın siyasətini tərifləyib

“Biz Cənubi Qafqazda vəziyyətin sabitləşməsi üçün mümkün olan hər şeyi edirik”. Boyukmillet.com  TASS-a istinadən xəbər verir ki, bunu Rusiyanın müdafiə naziri, ordu generalı Sergey Şoyqu Belarusun paytaxtı Minskdə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv ölkələrin müdafiə nazirlərinin toplantısında çıxışı zamanı deyib. O bildirib ki, KTMT bölgədə sülhün təmin olunmasında maraqlıdır. Nazirin sözlərinə görə, Qərb Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması üçün aparılan danışıqlar …

Read More »

Nyu-Yorkda “Türk Evi”nə hücum edən şəxsin kimliyi məlum olub

Nyu-Yorkda “Türk Evi”nə hücum edən şəxsin kimliyi məlum olub. Boyukmillet.com  xəbər verir ki, bunu Türkiyənin daxili işlər naziri Süleyman Soylu deyib. O bildirib ki, hücum edən şəxsin axtarışları davam edir: “Hücumu Türkiyədən ABŞ-a köçmüş türkiyəli həyata keçirib”. Qeyd edək ki, Türkiyənin Nyu-Yorkdakı Baş Konsulluğunun və BMT-dəki daimi nümayəndəliyinin yerləşdiyi “Türk Evi” adlanan inzibati bina mayın 23-də hücuma məruz qalıb və …

Read More »

Nazir: “Türkiyəni Qərbin oyuncağı etmək istəyənlərə mayın 28-də layiqli cavab verəcəyik”

“Türkiyəni Qərbin oyuncağı etmək istəyənlərə mayın 28-də layiqli cavab verəcəyik və deyəcəyik ki, bunu bacarmazsınız. Çünki biz Türkiyəyik”. Boyukmillet.com xəbər verir ki, bunu ölkənin nəqliyyat və infrastukur naziri Adil Karaismailoğlu Trabzonda çıxışı zamanı deyib. O vurğulayıb ki, Türkiyə xalqı mayın 14-də bəzilərinin hazırladığı oyunu pozub, onların arzularını ürəklərində qoyub: “Prezident Rəcəb Tayyib Ərdoğana verilən dəstək daha da artacaq. Kimsə Ərdoğanın …

Read More »

Ermənistanın müdafiə nazirinin KTMT-nin iclasına qatılmamasının səbəbi açıqlanıb

“Ermənistanın müdafiə naziri Suren Papikyanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) iclasında iştirak etməməsi texniki səbəblərlə bağlıdır”. Boyukmillet.com “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bunu hakim Mülki Müqavilə Partiyasının katibi Artur Hovhannisyan deyib. Onun sözlərinə görə, məsələni siyasiləşdirməyə ehtiyac yoxdur: “Son günlər KTMT-Ermənistan münasibətləri barədə kifayət qədər təfərrüatlı danışırıq. Amma nazirin iclasda iştirak etməməsi siyasi yox, texniki xarakter daşıyır”. Qeyd edək ki, …

Read More »

Nikol Paşinyan Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bir daha təsdiqləyib

Azərbaycanla Ermənistan arasında növbəti addım sərhədin çəkiləcəyi xəritələri müəyyən etmək olmalıdır. Boyukmillet.com xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan mayın 24-də parlamentin iclasında deyib. O bildirib ki, bunun üçün 1975-ci il xəritələri əsas götürülməlidir. Hökumət başçısı 86,6 min kvadrat kilometr sərhədlər daxilində Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bir daha təsdiqləyib.

Read More »