Dünyada ilk dəfə olaraq Ukraynaya “F-16” qırıcıları Niderland krallığı tərəfindən tədarük ediləcək. Boyukmillet.com xəbər verir ki, bu barədə Ukrayna müdafiə nazirinin müşaviri Yuri Sak bildirib. Onun sözlərinə görə, Niderlandın artıq istifadə etmədiyi 18 “F-16”sı mövcuddur: “Həmin qırıcılar Ukraynaya tədarük edilə bilər. Əvvəlcə, onların özəl şirkətlərə verilməsi planlaşdırılırdı, ancaq bu proses təxirə salınıb”. Məlumata görə, Avropa İttifaqının yüksək rütbəli rəsmiləri Ukrayna …
Read More »Türkiyə Prezidenti seçkilərinin ikinci turunun səsverməsi Azərbaycanda başa çatıb
Türkiyənin Bakıdakı səfirliyi ilə Naxçıvan və Gəncədəki baş konsulluqlarda Prezident seçkilərinin ikinci turu üçün 3 gün davam edən səsvermə prosesi saat 22:00-da başa çatdıqdan sonra qutular bağlanıb. Boyukmillet.com “TRT”yə istinadən xəbər verir ki, verilmiş səslərin olduğu seçki bülletenləri və zərflər seçki qutularına qoyulub və seçki qutusu komissiyalarının üzvlərinin və onların müşahidəçilərinin nəzarəti altında möhürlənib. Səsvermə torbaları da diplomatik çantalara qoyularaq …
Read More »Sinan Oğan qərarını açıqlayıb: ikinci turda Ərdoğanı dəstəkləyəcək
“Ata” siyasi blokundan prezidentliyə keçmiş namizəd Sinan Oğan prezident seçkilərinin ikinci turunda kimi dəstəkləyəcəyini açıqlayıb. Boyukmillet.com xəbər verir ki, o, “Cümhur İttifaqı”ndan prezidentliyə namizəd, hakim AK Parti (Ədalət və İnkişaf Partiyası), hazırkı dövlət başçısı Rəcəb Tayyib Ərdoğanı dəstəkləyəcəyini bildirib. Xatırladaq ki, mayın 14-də baş tutan seçkilərdə prezidentliyə namizədlərdən heç biri 50%-dən çox səs toplamadığı üçün səsvermənin ikinci turu mayın 28-də keçiriləcək. …
Read More »Paşinyandan etiraf: “Ağrı dağı Türkiyənin beynəlxalq səviyyədə tanınmış ərazisindədir”
Ermənistanın baş naziri Nikol Paşinyan ölkəsində ən hündür dağın Ararat (Ağrı dağı) deyil, Araqats olduğunu söyləyib. Boyukmillet.com “Novosti Armenia”ya istinadən xəbər verir ki, bu barədə Paşinyan mayın 22-də keçirdiyi mətbuat konfransında bildirib. “Ararat və Araqatsdan söz düşmüşkən, mən Ermənistanın suveren ərazisi olan və ya olmayan ərazilərdən danışıram. Araqat Ermənistanda, Ağrı dağı isə Türkiyədədir. Türkiyə ilə bizim dəqiq müəyyən edilmiş sərhədimiz var. …
Read More »Ararat Mirzoyan: “Azərbaycan və Ermənistan sülh müqaviləsinin iki maddəsini razılaşdırıb”
Rəsmi Bakı və İrəvan ABŞ-ın paytaxtı Vaşinqtonda keçirilən görüşdə sülh müqaviləsinin iki maddəsini razılaşdırıb. Boyukmillet.com “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan İrəvanda Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Avropa məsələləri üzrə dövlət nazirinin müavini Leo Doçerti ilə keçirdiyi birgə mətbuat konfransında deyib. O bildirib ki, digər maddələr ətrafında səmimi danışıqlar olub: “Biz …
Read More »Paşinyan İranla sərhəddə Rusiyanın apardığı tikinti ilə bağlı məlumatları yoxlayacağına söz verib
“Ermənistanın Mehri rayonu yaxınlığında İranla sərhəddə Rusiyanın apardığı tikinti ilə bağlı məlumatları yoxlamaq lazımdır”. Boyukmillet.com xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan mətbuat konfransında Rusiya Federal Təhlükəsizlik Xidməti Sərhədyanı Baş İdarəsinin Mehridə apardığı irimiqyaslı infrastruktur işləri ilə bağlı sualı cavablandırarkən deyib. Onun sözlərinə görə, Rusiya sərhədçilərinin bütün fəaliyyəti Milli Təhlükəsizlik Xidməti ilə razılaşdırılaraq həyata keçirilməlidir. N.Paşinyan həmin ərazidə reallıqda …
Read More »İrandan Ermənistana silah və narkotik keçirilməsinin qarşısı alınıb
İrandan Ermənistana qanunsuz yolla silah, sursat və narkotik maddə keçirilməsinin qarşısı alınıb. xəbər verir ki, məlumatı Ermənistanın Milli Təhlükəsizlik Xidməti yayıb. Bildirilib ki, Ermənistan vətəndaşı R.P. və kimliyi məlum olmayan İran vətəndaşı mayın əvvəlində ölkəyə qanunsuz yolla narkotik maddə, silah və sursat keçirməyi planlaşdırıblar. Onları Mehri rayonundakı Gömrük Xidmətində Ermənistanın daha 2 vətəndaşı qarşılamalı imiş. Rusiya Federal Təhlükəsizlik Xidmətinin Sərhədyanı …
Read More »İkinci turda xaricdə səs verən türkiyəlilərin sayı açıqlanıb
Türkiyədəki prezident seçkilərinin ikinci turunda xaricdəki nümayəndəlik və gömrüklərdə dünən başlayan səsvermədə indiyədək 717 612 nəfər, o cümlədən 683 min 580-i xarici nümayəndəliklərdə (səfirlik, konsulluqlar və s.), 34 min 32-si isə gömrük qapılarında səs verib. Boyukmillet.com xəbər verir ki, bu barədə məlumatı “Anadolu” ölkənin Ali Seçki Komissiyasından əldə edib. Qeyd edək ki, xaricdəki nümayəndəliklərdə səsvermə prosedurları mayın 24-də başa çatacaq, …
Read More »Bayden Rusiyanın Baxmutda 100 mindən çox itki verdiyini açıqlayıb
Rusiya Ukraynanın Baxmut şəhəri uğrunda döyüşlərdəki itkiləri 100 min nəfərdən çoxdur. Boyukmillet.com xəbər verir ki, bu rəqəmləri ABŞ Prezidenti Cozef Bayden Yaponiyanın Hirosima şəhərində keçirilən “Yeddilik Qrupu”nun (“G7”) sammitinin yekunlarına dair mətbuat konfransında səsləndirib. “Baxmut barədə danışırlar ki, tutulub, ya tutulmayıb. Doğru budur ki, Rusiya Baxmutda 100 mindən çox itki verib. Bunu əvəzləmək çətin olacaq. İşğal edilib-edilmədiyi vacib deyil – orada …
Read More »Ukrayna HHQ ötən gecə zərərsizləşdirilən İran istehsalı olan dronların sayını açıqlayıb
Ukrayna Hərbi Hava Qüvvələri ötən gecə Rusiyaya məxsus 4 ədəd “Şahid” PUA-larının vurulduğunu açıqlayıb. Boyukmillet.com xəbər verir ki, bu barədə HHQ teleqramda məlumat yayıb. Bildirilib ki, mayın 20-də axşam saatlarında “Vostok” hava komandanlığının məsuliyyət zonasında şərq istiqamətində düşmənin dörd hücum PUA-sı “Şahid-136/131” məhv edilib. Dronlar saat 21:00-00:00 arasında zərərsizləşdirildiyi vurğulanıb. Qeyd edək ki, “Şahid” kamikadze dronları İran istehsalıdır. Bu silahdan Rusiyanın Ukraynaya …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar