Cümə axşamı , 19 Fevral 2026

Region

Lavrov Ukraynanı hədələyib: “Kremlə hücuma görə konkret addımlarla cavab verəcəyik”

“Rusiya Ukraynaya konkret addımlarla cavab verəcək”. Boyukmillet.com TASS-a istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Çində Şanxay Əməkdaşlıq Təşkilatı ölkələrinin xarici işlər nazirlərinin görüşündən sonra keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, Kremlə hücuma sadəcə danışmaqla cavab vermək kifayət deyil: “Ukrayna Prezidenti Volodimir Zelenski özünə hörmət edən ölkələrin Kiyevlə əlaqəsini kəsmək üçün əlindən gələni edir. Əlbəttə, …

Read More »

Türkiyədə terrorçulara qarşı əməliyyat keçirilib, İŞİD-in 96 üzvü saxlanılıb

Türkiyənin təhlükəsizlik qüvvələri Diyarbəkir şəhərinin 23 rayonunda əməliyyat keçirib. Boyukmillet.com xəbər verir ki, bu barədə “Sabah” məlumat yayıb. Əməliyyat nəticəsində İŞİD terror təşkilatının 74 üzvü şübhəli qismində saxlanılıb. Türkiyənin daxili işlər Süleyman Soylu isə bildirib ki, eyni vaxtda Ankarada keçirilən əməliyyat nəticəsində İŞİD-in daha 22 üzvü saxlanılıb.

Read More »

Türkiyədə itkin düşdüyü ehtimal edilən qadın idmançılar tapılıblar

Türkiyənin raftinq (avarçəkmə) çempionatına hazırlaşmaq üçün Düzce vilayətinin Cumayeri rayonuna gələn və məşqin uzadılmasından sonra itkin düşdüyü güman edilən 4 qadın idmançı tapılıb. Boyukmillet.com xəbər verir ki, bu barədə “Report” “Haber Global”a istinadən xəbər verir. Məlumata görə, Cumayeri mahalının Melen çayında bu gün keçiriləcək raftinq üzrə milli çempionata hazırlaşan 4 qadın milli idmançılardan hər hansı xəbərin olmaması narahatlıq yaradıb. Komandanın 4 qadın …

Read More »

Paşinyan: “Ermənistanda narkotiklərin dövriyyəsi o qədər ciddiləşib ki, bununla TŞ məşğul olur”

“Ermənistanda narkotiklərin qanunsuz dövriyyəsi problemi o qədər ciddiləşib ki, hazırda bununla Respublikanın Təhlükəsizlik Şurası məşğul olur”. Boyukmillet.com xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib. “Ermənistanda narkotik vasitələrin ticarəti durmadan artır, bunu narkotik kuryerlərinin saxlanılması hallarının artması da sübut edir”, – Paşinyan əlavə edib. Baş nazirin sözlərinə görə, müvafiq tapşırıqlar verilib. “Biz bununla mübarizənin daha effektiv üsullarını tətbiq edəcəyik”, …

Read More »

Çavuşoğlu: “Azərbaycan Ermənistanla münasibətləri normallaşdırmaq üçün bir çox addımlar atıb”

İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan və Türkiyənin Ermənistanla münasibətləri normallaşdırmaq üçün bir çox addımlar atıb. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib. Nazir qeyd edib ki, Ermənistandakı “Nemesis” abidəsi 1920-ci illərdə azərbaycanlıları, eləcə də türk diplomatları şəhid edən terror təşkilatlarını ucaltmaq üçün inşa edilib. “QDİƏT-in iclası üçün Türkiyəyə yalnız Ermənistan parlamentinin sədri gələcək, ona icazə …

Read More »

Hulusi Akar: “Son on gündə 40-a yaxın terrorçu zərərsizləşdirilib”

“Son on gündə 40-a yaxın terrorçu zərərsizləşdirilib”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib. Onun sözlərinə görə, Türkiyə ordusu terrorla mübarizəni qətiyyətlə davam etdirir: “İraqın şimalında terrorçuların sığınacaqları dağıdılır. Dünən İraqın şimalında terror qruplaşmalarının 2 “rəhbər şəxsi” təslim olub. Suriya ilə sərhəddə isə 3 terrorçu məhv edilib”. H.Akar bildirib ki, Türkiyə başda İraq və Suriya …

Read More »

Mövlud Çavuşoğlu Avropa İttifaqını tənqid edib

“Avropa İttifaqı (Aİ) viza rejimi ilə bağlı çətinliklər yaratmaqla qərəzli mövqe ortaya qoyur”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu NTV-yə müsahibəsində deyib. Onun sözlərinə görə, Aİ bunu qəsdən edir: “Əslində, seçki ərəfəsində belə addımlar atılmamalıdır. Çünki bu, tərəflərdən birinə dəstək kimi qiymətləndirilə bilər. Biz şəffaf davranılmasını arzu edirik”.

Read More »

Türkiyənin XİN başçısı Ermənistana xəbərdarlıq edib: “Nemesis” abidəsinin qoyulması qəbuledilməzdir”

“Türkiyə Ermənistanla münasibətlərin normallaşmasında səmimidir. Amma Ermənistanda “Nemesis” abidəsinin qoyulması qəbuledilməzdir”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu NTV-yə müsahibəsində deyib. “Mən bunu qəbul edə bilmərəm. Ermənistanın bu barədə açıqlamaları isə səmimi deyil. Biz adekvat cavab olaraq hava sahəsini bağladıq. Lazım olsa başqa addımlar da ata bilərik”, – nazir bildirib. M.Çavuşoğlu söyləyib ki, Ermənistan Türkiyəni aldatmağa …

Read More »

Rusiya, Ukrayna və Türkiyə nümayəndələri İstanbulda “Taxıl sazişi”ni müzakirə edəcəklər

Rusiya və Ukrayna müdafiə nazirlərinin müavinləri mayın 5-də İstanbula gedəcəklər. Boyukmillet.com “Anadolu”ya istinadən xəbər verir ki, onlar Türkiyə müdafiə nazirinin müavininin vasitəçiliyi ilə görüşəcəklər. Tərəflərin “Taxıl sazişi”nin perspektivini müzakirə edəcəkləri bildirilib. Xatırladaq ki, ötən il iyulun 22-də İstanbulda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və BMT-nin Baş katibi Antoniu Quterreşin iştirakı ilə Ukrayna limanlarından taxılın təhlükəsiz daşınmasına dair saziş imzalanıb. Sənədi …

Read More »

Türkiyənin 52 əyalətində narkotikə qarşı əməliyyat keçirilib, 524 nəfər saxlanılıb

Türkiyənin 52 əyalətində narkotik maddələrin qanunsuz istehsalçıları və ticarəti ilə məşğul olanlara qarşı keçirilən “Kökünü Qurutma Əməliyyatı” nəticəsində 524 şübhəli şəxs saxlanılıb. Boyukmillet.com “TRT Haber”ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Süleyman Soylu bildirib. Onun sözlərinə görə, ötən gün Ankara əyaləti başda olmaqla ölkənin 52 əyalətində narkotik maddələrin qanunsuz istehsalı və ticarəti ilə məşğul olanlara qarşı əməliyyat …

Read More »