Cümə , 17 Aprel 2026
Drone Cameras

İrəvanda ara qarışdı, məzhəb itdi: Yüzlərlə etirazçı Nazirlər Kabinetini…

İrəvanda yüzlərlə etirazçı Ermənistanın baş naziri Nikol Paşinyanın oğlu Aşotu oğurlamağa cəhddə təqsirləndirilən Qayane Akopyanı məhkəmənin 1 aylıq ilkin həbsdə saxlaması ilə bağlı Ermənistan Nazirlər Kabinetinin binasına doğru gedir.

Boyukmillet.com xəbər verir ki, bu barədə erməni KİV məlumat yayıb.

Etirazçılar prospekti bağlayıblar. Yürüş yerinə çoxlu polis cəlb edilib.

Etiraz baş nazir Paşinyanın ailəsinə məxsus qəzetin bir müddət əvvəl Aşot Paşinyanın oğurlanması cəhdi ilə bağlı xəbər yayması, İkinci Qarabağ savaşında ölən əsgərlərin valideynlərini birləşdirən “Oğulların çağırışı” təşkilatının üzvlərini ittiham etməsi ilə bağlıdır.

Check Also

Kahramanmaraşda məktəbə silahlı hücum nəticəsində ölənlərin sayı 10-a çatıb

Türkiyənin Kahramanmaraş şəhərində məktəbə silahlı hücum nəticəsində ölənlərin sayı 10-a çatıb. Boyukmillet.com  xəbər verir ki, …