Şənbə , 28 Sentyabr 2024

Region

Türkiyə taxıl sazişinin daha bir il uzadılmasını təklif edəcək

Türkiyənin milli müdafiə naziri Hulusi Akar Ankaranın noyabrın 19-da müddəti başa çatacaq taxıl sazişinin daha bir il uzadılmasını təklif edəcəyini bildirib. Boyukmillet.com xəbər verir ki, bu barədə müdafiə qurumunun başçısı jurnalistlərə açıqlamasında bildirib. “Ukrayna Türkiyə vasitəsilə Rusiyaya təminat (təhlükəsizlik təminatı – red.) verib. Razılaşmanın daha bir il uzadılmasını təklif edəcəyik”, – H.Akar vurğulayıb.

Read More »

Türkiyə-ABŞ Yüksək Səviyyəli Müdafiə Qrupunun toplantısı keçirilib

Noyabrın 7-də Türkiyənin paytaxtı Ankarada ABŞ Müdafiə Nazirliyinin nümayəndə heyətinin iştirakı ilə Türkiyə-ABŞ Yüksək Səviyyəli Müdafiə Qrupunun toplantısı keçirilib. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb. Müsbət və konstruktiv keçən görüşdə ikitərəfli müdafiə, hərbi təlim və müdafiə sənayesi sahəsində əməkdaşlıq, həmçinin regional və qlobal müdafiə və təhlükəsizlik məsələləri müzakirə edilib. Növbəti görüşün gələn il ABŞ-da keçirilməsi nəzərdə tutulur.

Read More »

Türkiyədə yol qəzasında 7 nəfər ölüb

Türkiyədə tanker, avtobus və yük avtomobilinin toqquşması nəticəsində 7 nəfər həlak olub. Nəqliyyat vasitələri alovlanmağa başlayıb. Boyukmillet.com “Haber türk”ə istinadən xəbər veir ki, hadisə ölkənin Ağrı şəhərinin Tutak rayonunda baş veirb. Türkiyənin səhiyyə naziri Fahrettin Koca tviterdə 7 nəfərin öldüyünü, 2-si ağır olmaqla 11 nəfərin yaralandığını bildirib.

Read More »

Türkiyədə daha bir ağır yol qəzası: 2 nəfər ölüb, 11 nəfər yaralanıb

Türkiyənin Ağrı şəhərində yol-nəqliyyat qəzası baş verib, 2 nəfər ölüb, 11 nəfər yaralanıb. Boyukmillet.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, yük maşını ilə sərnişin avtobusu toqquşub. Qəzadan sonra yanğın baş verib. Hadisə yerinə xilasedicilər və təcili tibbi yardım maşınları gəliblər. Xatırladaq ki, bu gün Türkiyənin Sivas şəhərində də qəza baş verib. Həmin hadisə nəticəsində 3 nəfər ölüb, 27 nəfər yaralanıb.

Read More »

Ukrayna yeni hava hücumundan müdafiə sistemləri alıb

“NASAMS və Aspide hava hücumundan müdafiə sistemləri Ukraynaya çatıb”. Boyukmillet.com xəbər verir ki, bunu Ukraynanın müdafiə naziri Oliksiy Reznikov tviterdə yazıb. O bildirib ki, bu silahlar Ukrayna ordusunu gücləndirəcək və ölkənin səmasını daha təhlükəsiz edəcək: “Bizə hücum edən düşmən hədəflərini vurmağa davam edəcəyik. Nazir bu silahlara görə Ukraynanın tərəfdaşlarına- Norveç, İspaniya və ABŞ-a təşəkkürünü bildirib.

Read More »

Ermənistanla İran arasında yeni saziş imzalanıb

Ermənistanla İran arasında qaz və elektrik enerjisinin tədarükü haqqında saziş imzalanıb. Boyukmillet.com “Sputnik Armenia”ya istinadən xəbər verir ki, İran elektrik enerjisi müqabilində Ermənistana qaz ixracını iki dəfə artıracaq. Hazırda İran Ermənistana gündəlik 1 milyon kubmetr qaz ixrac edir.

Read More »

BMT yaxın zamanda Rusiya taxılının ixracına qoyulan qadağanı götürəcəyini vəd edib

BMT Rusiyaya yaxın zamanda taxıl müqaviləsinə uyğun olaraq Rusiya ərzaq məhsullarının ixracına qoyulan qadağanın götürülə biləcəyinə söz verib. Boyukmillet.com xəbər verir ki, bunu Rusiya Federasiyasının BMT-dəki daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanski “İzvestiya”ya nəşrinə bildirib. “BMT bizə nəticənin yaxınlaşdığını vəd edir. Qərar qəbul edərkən biz sövdələşmənin Rusiya hissəsinin icrasının effektivliyini və BMT-nin müvafiq səylərinin nəticəsini qiymətləndirəcəyik”, o bildirib. Polyanski qeyd edib …

Read More »

İraqın şimalında türk əsgəri şəhid olub

İraqın şimalında separatçı terror təşkilatının üzvlərinin açdığı atəş nəticəsində Türkiyə ordusunun əsgəri Mustafa Öztürk şəhid olub, üç əsgər isə yaralanıb. Boyukmillet.com  xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb. Qeyd olunub ki, yaralılar dərhal xəstəxanaya çatdırılıb və müalicələrinə başlanılıb. Xatırladaq ki, ötən gün İraqın şimalında həyata keçirilən “Pence Kilit” əməliyyat zonasında Türkiyə ordusunun iki hərbçisi minanın partlaması nəticəsində şəhid …

Read More »

KİV: “Ukrayna Ordusu Rusiyanın taborunu məhv edib, 500-dən çox hərbçi ölüb”

Ukraynanın Luqansk vilayətinin Makeyevka kəndi ətrafında Ukrayna hərbçilərinin atəşi sonucunda Voronej vilayətindən səfərbər edilmiş rusiyalılardan ibarət tabor məhv edilib. Yüzlərlə hərbçi ölüb. Boyukmillet.com xəbər verir ki, bu barədə Rusiyanın “Vyorstka” nəşrinə səfərbər edilənlərin qohumları və sağ qalan hərbçi bildirib. Ukrayna Silahlı Qüvvələrinin açdığı atəşdən sonra sağ qalan rusiyalı hərbçi Aleksey Aqafonov onun taborundan 500-dən çox insanın öldüyünü açıqlayıb. Onun sözlərinə görə, …

Read More »

Türkiyə hərbçisi şəhid olub

Noyabrın 5-də Türkiyə Silahlı Qüvvələrinin uzman çavuşu Halil Yıldız şəhid olub. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, İraqın şimalında həyata keçirilən “Pəncə Kilid” əməliyyat bölgəsində terroristlər tərəfindən basdırılan minanın detonasiyası sonucunda 2 hərbçi yaralanaraq xəstəxanaya qaldırılıb. Lakin həkimlərin bütün müdaxilələrinə baxmayaraq, H.Yıldızın həyatını xilas etmək mümkün olmayıb.

Read More »