“Rusiya hərbi rəhbərliyi Baxmuta xüsusi təyinatlılarını cəlb etməli olacaq”. Boyukmillet.com xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunlarının komandanı, general-polkovnik Aleksandr Sirski deyib. O söyləyib ki, şəhərdə vəziyyət çətin, lakin idarə olunandır: “Rusiya Silahlı Qüvvələri “Suriya” taktikasından istifadə edir. Yəni onlar hava zərbələri və artilleriya atəşi ilə binaları və mövqeləri dağıdırlar”. Generalın sözlərinə, Baxmutdakı “Vaqner”çilər artıq taqətdən düşüblər. Qeyd …
Read More »İranda hicabsız qadınları müəyyənləşdirmək üçün kameralar quraşdırılır
İran rəhbərliyi ictimai yerlərdə və küçələrdə hicaba nəzarət etmək üçün videokameralar quraşdırmağa başlayıb. Boyukmillet.com xəbər verir ki, bu barədə “Reuters” ölkənin Daxili İşlər Nazirliyinin bəyanatına istinadən məlumat yayıb. Qurum qeyd edib ki, bu tədbir “hicab qanununa qarşı müqaviməti qabaqlamaq” məqsədi daşıyır. Polis hicabsız gəzən və ya səhv taxan qadınları müəyyənləşdirəcək. Müəyyən edildikdən sonra pozucular “fəsadlar barədə xəbərdarlıq edən mətn mesajları” …
Read More »Zalujnı fransalı həmkarı ilə hərbi tədarükləri müzakirə edib
Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Valeri Zalujnı ilə fransalı həmkarı Tyerri Bürkar arasında telefon danışığı olub. Boyukmillet.com xəbər verir ki, bu barədə T.Bürkar tviterdə bildirib. Bürkar qeyd edib ki, V.Zalujnı ilə söhbət verimli olub. O, həmçinin Fransanın Ukraynaya hərbi təchizat və hərbçilər üçün təlimlər vasitəsilə dəstəyini davam etdirəcəyinə əmin edib. “Ukraynalı həmkarım general Valeri Zalujnı ilə səmərəli telefon danışığı olub. …
Read More »Nazir: “TOGG-un istehsalı Türkiyə sənayesində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilməlidir”
“TOGG-un istehsalı Türkiyə sənayesində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilməlidir”. Boyukmillet.com xəbər verir ki, bunu ölkənin sənayə və texnologiya naziri Mustafa Varank jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, TOGG artıq yollarda şütüyür: “Bizim siyasətimizin əsas istiqaməti verdiyimiz vədləri yerinə yetirməkdir. Əlbəttə, bu layihəyə kölgə salmaq istəyənlər də oldu. Amma bu baş tutmadı”. Nazirin sözlərinə görə, 2019-cu ildən bəri hər kəs TOGG-un …
Read More »Ərdoğan Sergey Lavrovu qəbul edib
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankaradakı iqamətgahda Rusiyanın xarici işlər naziri Sergey Lavrovu qəbul edib. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin mətbuat xidmətindən bildirilib. Xatırladaq ki, S.Lavrov Türkiyədə ikigünlük səfərdədir. O, daha əvvəl həmkarı Mövlud Çavuşoğlu ilə görüşüb.
Read More »KİV: “Nikol Paşinyan hərbçilərin çevriliş edəcəyindən qorxur”
“Ermənistanın baş naziri Nikol Paşinyan hərbçilərin çevriliş edəcəyindən qorxur”. Boyukmillet.com xəbər verir ki, bu barədə “Hraparak” qəzeti yazıb. Məqalədə qeyd olunub ki, hökumətin hərbçilərin siyasi çağırışlar səsləndirməsi, onların mitinqlərdə iştirakına qadağa qoyulması barədə qanuna dəyişiklik təklifi də bununla bağlıdır: “Artıq layihə parlamentə təqdim olunub və gələn həftə qəbul olunacaq. Konstitusiyaya əsasən, Silahlı Qüvvələr siyasi məsələlərdə neytrallığı qorumalıdırlar. Bəs hakimiyyət niyə …
Read More »Ərdoğanın hakimiyyəti illərində Türkiyədə həyata keçirilən böyük layihələrin siyahısı açıqlanıb
Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının sədri, hazırki dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın (AK Parti) iqtidarda olduğu illərdə ölkədə həyata keçirilən ən böyük layihələrin siyahısı açıqlanıb. Boyukmillet.com Türkiyənin “Sabah” qəzetinə istinadən xəbər verir ki, bu müddət ərzində ən müasir tibb texnologiyasının mövcud olduğu müasir şəhər xəstəxanaları yaradılıb. Bildirilib ki, xüsusi dizaynı və texnologiyası ilə seçilən Avropanın ən böyük aeroportu – İstanbul …
Read More »Azərbaycanın dörd nöqtəsində 900 ədəd ağac və kol qanunsuz kəsilib
Azərbaycanın dörd nöqtəsində 900 ədəd ağac və kol qanunsuz kəsilib. Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib. Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində respublika tabeli şəhər və rayonlarda qanunsuz ağackəsmə faktları ilə bağlı araşdırma aparılıb. Araşdırmalar zamanı Ağsu, Samux və Bakı şəhərinin Səbail rayonu, həmçinin Sumqayıt şəhəri ərazisində meşə fonduna daxil olmayan, ümumilikdə 900 ədəd ağac və kolların …
Read More »Türkiyə PA: “Gənclərimizi gələcəyimizin təminatçısı olaraq görürük”
“Biz gənclərimizi gələcəyimizin təminatçısı olaraq görürük”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun deyib. O bildirib ki, gənclər yaradılan şəraitdən uğurla istifadə edirlər: “Biz istəyirik ki, gənclər bu ölkəyə, torpağa töhfə versinlər. İki ay əvvəl zəlzələ oldu. Böyük bir fəlakət yaşadıq. Biz istəyirik ki, müvafiq qurumlar, həmçinin vətəndaş cəmiyyəti təşkilatları əsrin fəlakətinin nəticələrinin aradan qaldırılması …
Read More »Türkiyəli politoloq: “AK Partinin uğurlu layihələri dövlətə milyardlar qazandırır”
“Türkiyədə hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) ən yaxşı idarə etdiyi Tik-İşlət-Təhvil ver (Yap-İşlet-Devret – YİD) sistemidir. Bu sistem çərçivəsində layihələr dövlətə yüz milyardlarla dollar qazandırır”. Bu fikirləri “Report”un Ankara bürosuna açıqlamasında Türkiyənin “Yeni Akit” qəzetinin Ankara üzrə redaktoru, politoloq Muhammet Kutlu deyib. Onun fikrincə, AK Partiyanın YİD layihəsini Türkiyənin iqtidarda olan partiyalarının tarixində ən yaxşısı hesab etmək olar: …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar