Cümə axşamı , 2 Aprel 2026

Region

Ərdoğanın prezidentliyə namizədliyi rəsmən irəli sürülüb

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AKP) ilə Milliyyətçi Hərəkat Partiyasının (MHP) birləşdiyi “Cümhur ittifaqı” Rəcəb Tayyib Ərdoğanın prezidentliyə namizədliyi ilə əlaqədar Mərkəzi Seçki Komissiyasına müraciət edib. Boyukmillet.com xəbər verir ki, CHP, İYİ Partiya, Səadət Partiyası, DEVA, Demokrat Partiya və Gələcək Partiyasının birləşdiyi “Millət” koalisiyasının prezident seçkisindəki namizədi Kemal Kılıçdaroğlu olacaq. Xatırladaq ki, Türkiyədə prezident və parlament seçkiləri bu il …

Read More »

Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 50 mini ötüb

Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 50 096 nəfərə çatıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyənin Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyinin (AFAD) sədri Yunus Sezer bildirib. O qeyd edib ki, yaralıların sayı isə 107 204 nəfərdir. Xatırladaq ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonunda olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan …

Read More »

Rusiyanın Ukraynadakı itkilərinin sayı 165 000-i ötüb

Rusiya Silahlı Qüvvələrinin Ukraynada itirdiyi hərbçilərin sayı 165 610-a yüksəlib. Boyukmillet.com xəbər verir ki, məlumatı Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı yayıb. Son sutkada Rusiya Ukraynada 700-dən çox hərbçi itirib. Qeyd edək ki, Rusiya qoşunlarının müharibədəki başqa döyüş itkiləri 3 537 tank, 6 869 zirehli maşın, 2 160 operativ-taktiki PUA, 507 reaktiv yaylım atəşi sistemi, 2 577 artilleriya sistemi, 270 hava hücumundan …

Read More »

Avstraliya İrana qarşı əlavə sanksiyalar tətbiq edib

Avstraliya hökuməti Rusiya hərbi-sənaye kompleksi ilə əlaqəli İranın fiziki şəxslərinə və qurumlarına qarşı yeni sanksiyalar tətbiq edib. Boyukmillet.com xəbər verir ki, bu barədə Avstraliya Daxili İşlər Nazirliyi məlumat yayıb. Qeyd olunub ki, “qara siyahı”ya 13 vətəndaş və Rusiya hərbi-sənaye kompleksi ilə əlaqəli bir təşkilat daxil edilib. Söhbət Ukrayna ərazisinə zərbələr endirmək üçün istifadə olunan pilotsuz uçuş aparatlarının istehsalı və Rusiyaya tədarükündə …

Read More »

Qazaxıstanda parlament seçkilərində seçici fəallığı 54 faizi ötüb

Qazaxıstanda bu gün keçirilən parlamentin (aşağı palatası – Red) və məclislərin (yerli nümayəndəlik orqanları – Red) deputatları seçkilərində əksər məntəqələrdə bağlanış vaxtına seçici fəallığı 54,09 % təşkil edib. Boyukmillet.com xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının katibi Muxtar Yerman keçirdiyi brifinqdə məlumat verib. Onun sözlərinə görə, saat 20:00-a ( Bakı vaxtı ilə 18:00) olan məlumata görə, siyahılara daxil edilmiş seçicilərin …

Read More »

Son üç gündə İranda ölümlə nəticələnən 111 yol qəzası baş verib

İranda son üç gündə ölümlə nəticələnən 111 yol qəzası baş verib. Boyukmillet.com xəbər verir ki, bunu İran Daxili İşlər Nazirliyi İnformasiya və Nəqliyyatı İdarəetmə Mərkəzinin rəhbəri polkovnik Əhməd Şirani bildirib. O, ötən ilin uyğun dövrü ilə müqayisədə builki qəzaların sayının çox olduğunu da qeyd edib. Ə.Şirani deyib ki, son üç gün ərzində Novruz bayramı ərəfəsində ölümlə nəticələnən 111, xəsarətlə nəticələnən …

Read More »

Bir sıra Avropa ölkələri Ukrayna üçün yeni hərbi yardım paketləri hazırlayır

Almaniya, Danimarka, Kanada, Fransa və Estoniya Ukraynaya yeni hərbi yardım paketlərini elan etməyə hazırlaşır. Boyukmillet.com xəbər verir ki, bu barədə Prezident Volodimir Zelenski bildirib. Söhbət döyüş sursatının, əsgəri təchizatın, tankların və artilleriyanın tədarükündən gedir. Ukraynanın Müdafiəsi üzrə Təmas Qrupuna sədrlik edən Pentaqon rəhbəri Lloyd Ostin “Ramştayn” formatında keçirilən növbəti görüşün yekunlarına əsasən vurğulayıb ki, 51 ölkənin nümayəndələri Rusiya ilə münaqişədə …

Read More »

Türkiyədə silahlı hücum zamanı 3 nəfər xəsarət alıb

Türkiyənin İstanbul şəhərinin Beyoğlu rayonunda kafeyə silahlı hücum olub. Boyukmillet.com xəbər verir ki, hadisə dünən axşam saatlarında olub. Maskalı şəxs kafeyə daxil olaraq odlu silahdan 4 nəfərə atəş açmağa başlayıb. Atəş nəticəsində 3 nəfər xəsarət alıb. Cinayətkar hadisə yerindən qaçıb. Yaralılar ətrafdakı şəxslər tərəfindən xəstəxanaya aparılıb. Onlardan birinin vəziyyəti ağırdır. Hadisə yerinə polis əməkdaşları cəlb edilib. Hazırda cinayətkarın yaxalanması ilə …

Read More »

Çanaqqalada Azərbaycan şəhidləri abidəsi ucaldılıb

Türkiyənin Çanaqqala şəhərində Azərbaycan şəhidləri abidəsi ucaldılıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov tvitter hesabında yazıb. “Çanaqqala Zəfərinin 108-ci ildönümündə Çanaqqala Şəhidliyində türk qardaşlarımızla birlikdə bu müqəddəs torpaqda canlarını fəda edən Azərbaycan şəhidlərinin xatirəsinə ucaldılan abidə ziyarətçilərin istifadəsinə verilib”, – səfir qeyd edib. Mərasimdə bir sıra şəxslər iştirak edib.

Read More »

Türkiyə lideri: “TDT ölkələrinin köməyilə zəlzələnin nəticələrini qısa müddətdə aradan qaldıracağıq”

“Türk Dövlətləri Təşkilatı (TDT) ölkələrinin köməyilə zəlzələnin nəticələrini qısa müddətdə aradan qaldıracağıq” Boyukmillet.com xəbər verir ki, bu sözləri Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşünün yekunları ilə bağlı yerli və xarici jurnalistlər üçün keçirdiyi brifinqdə bildirib. “Türk dünyası kədərdə də, sevinc də birgə olduğunu bir daha sübut etdi. Dünyanın 90 fərqli ölkəsindən gələn …

Read More »