Aİ-nin Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə xüsusi nümayəndəsi Toivo Klaar Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla görüşüb. Boyukmillet.com xəbər verir ki, bu barədə Ermənistan Təhlükəsizlik Şurasından bildirilib. Qeyd olunub ki, tərəflər Ermənistan-Azərbaycan danışıqlarının Brüssel formatı çərçivəsində əldə olunmuş razılaşmaların icrasını müzakirə ediblər. Xatırladaq ki, T.Klaar Ermənistanda səfərdədir.
Read More »İranda həkim polis idarəsində döyülərək qətlə yetirilib
İranın Sistan-Bəlucistan əyalətinin mərkəzi Zahidan şəhərində 24 yaşlı həkim İbrahim Riqi polis bölməsində döyülərək öldürülüb. Boyukmillet.com xəbər verir ki, məlumatı “RadioFarda” yayıb. Qeyd edilib ki, o, şəhərdəki etiraz aksiyaları zamanı iki dəfə saxlanılıb. İ.Riqi birinci dəfə girov qarşılığında zaminə buraxılıb, ikinci dəfə isə polis bölməsində döyülərək öldürülüb. Məhkəmə tibbi ekspertizası onun meyitinə baxış zamanı paltarının cırılmış halda olduğunu və döyülərək öldürüldüyünü …
Read More »Avropa İttifaqının ali nümayəndəsi İranı kəskin tənqid edib
“İran Rusiyanı müasir silahlarla təmin etməklə beynəlxalq hüququn norma və prinsiplərini pozur. Narahatçılığımızı birbaşa İran rəsmilərinə və beynəlxalq ictimaiyyətə bildirsək də, nəticə əldə edə bilməmişik”. Boyukmillet.com xəbər verir ki, bu barədə Avropa İttifaqının (Aİ) xarici və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Jozep Borel BMT-nin Nyu-Yorkdakı qərargahında jurnalistlərin suallarını cavablandırarkən deyib. “İranın Rusiyanı silahla təmin etməsi ilə bağlı narahatlığımı hər fürsətdə …
Read More »Hulusi Akar: “Suriyadan Türkiyəyə kütləvi köçün olmasına dair iddialar yalandır”
“Türk Silahlı Qüvvələrinin 100 hərbçisi ölkənin cənub-şərqində baş verən zəlzələ nəticəsində həlak olub”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri, ordu generalı Hulusi Akar “TRT Haber”ə müsahibəsində deyib. O bildirib ki, Türkiyə Silahlı Qüvvələri axtarış-xilasetmə tədbirləri üçün səfərbər olunub: “Şəxsi heyətimiz böyük fədəkarlıqla işləyir”. Nazirin sözlərinə görə, Suriyadan Türkiyəyə kütləvi köçün olmasına dair iddialar yalandır: “Amma indiyədək təxminən 30 …
Read More »Türkiyə, İran, Suriya və Rusiya XİN başçılarının dördtərəfli görüşünə hazırlıq aparılır
“Türkiyə, İran, Suriya və Rusiya xarici işlər nazirlərinin dördtərəfli görüşünün mümkünlüyünə hazırlıq işləri görülür”. Boyukmillet.com Rusiya KİV-nə istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanov bildirib. Onun sözlərinə görə, İran da danışıqlar prosesinə qoşulmaq arzusunu bəyan edib. Nazir müavini Tehranın Dəməşq, digər tərəfdən isə Ankara ilə üst-üstə düşən münasibətlərinin xarakterini, eləcə də onun Astana formatında iştirakını nəzərə …
Read More »Türkiyədə zəlzələdən sonra dağıntılar altından 1 874 kimsəsiz uşaq çıxarılıb
Türkiyədə baş vermiş zəlzələdən sonra dağıntılar altından 1 874 kimsəsiz uşaq çıxarılıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyənin Ailə və Sosial Xidmətlər Nazirliyi məlumat yayıb. Qeyd edilir ki, 1 353 uşaq ailələrinə təhvil verilib. Eyni zamanda 99 uşaq azyaşlılar üzrə müəssisələrin himayəsinə göndərilib. Hazırda zəlzələ zamanı xəsarət alan 422 uşağın müalicə prosesi davam edir. Nazirlik müalicə prosesisinə nəzarət edir. …
Read More »Türkiyədə zəlzələdə ölənlərin sayı 43 556 nəfərə çatıb
Türkiyədə zəlzələdə ölənlərin sayı 43 556 nəfərə çatıb. Boyukmillet.com xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Süleyman Soylu bildirib. Xatırladaq ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonunda olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub. Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək 6 000-dən çox afterşok …
Read More »Paşinyan ABŞ səfiri ilə Azərbaycan-Ermənistan normallaşma prosesini müzakirə edib
Ermənistanın Baş naziri Nikol Paşinyan ABŞ səfiri ilə Azərbaycan-Ermənistan normallaşma prosesini müzakirə edib. Boyukmillet.com xəbər verir ki, məlumatı “Sputnik Armenia” yayıb. Tərəflər ümumilikdə regiondakı vəziyyət ətrafında fikir mübadiləsi aparıblar. Qeyd edək ki, Kristina Kvin ABŞ-ın İrəvandakı yeni səfiridir.
Read More »Çavuşoğlu: “Türkiyə XİN-in əməkdaşı Hatayda dağıntılar altında qalıb”
Türkiyə Xarici İşlər Nazirliyinin (XİN) əməkdaşı Hatayda dağıntılar altında qalıb. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Avropa İttifaqının Qonşuluq və Genişlənmə üzrə Komissarı Oliver Varhelyi və İsveçin Beynəlxalq İnkişaf Əməkdaşlıq və Xarici Ticarət naziri Yohan Forssel ilə birgə keçirdiyi mətbuat konfransında deyib. “Çox sayda ölkə bizə yardım edir. 102 ölkə isə axtarış-xilasetmə tədbirləri iə bağlı təklif …
Read More »Ötən gün Türkiyədə baş verən zəlzələdə yaralananların sayı 560-ı ötüb
Ötən gün Türkiyənin Hatay şəhərində baş verən zəlzələdə 6 nəfər ölüb, 562 nəfər yaralanıb. Boyukmillet.com “Anadolu”ya istinadən xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Süleyman Soylu bildirib. Onun sözlərinə görə, yaralılardan 18-nin vəziyyəti ağırdır. Qeyd edək ki, fevralın 20-də Hatayda 6,4 maqnitudalı zəlzələ olub.
Read More »

Boyukmillet.com Biz yanmasaq vətən yanar
