Cümə axşamı , 19 Fevral 2026

Region

Türkiyədə zəlzələdə ölənlərin sayı 42 310 nəfərə çatıb

Türkiyədə zəlzələdə ölənlərin sayı 42 310 nəfərə çatıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb. Zəlzələ bölgəsindən indiyədək 448 018 Türkiyə vətəndaşı təxliyə olunub. Xatırladaq ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonunda olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub. Güclü …

Read More »

Türkiyədəki xarici tələbələr zəlzələdən zərər çəkənlərə yardım üçün SƏFƏRBƏR OLDU

Əsrin ən böyük fəlakəti ilə üzləşən Türkiyə ən çətin günlərini yaşadığı bir vaxtda xarici tələbələr başda olmaqla, ölkədəki mühacirlər də Türkiyənin köməyinə gəlib. Tarixinin ən böyük təbii fəlakətlərindən biri ilə üzləşən Türkiyə çox çətin bir dövr yaşayır. Bütün dünyanın Türkiyənin yaralarını sağaltmaq üçün səfərbər olduğu bir vaxtda ölkənin bir kəsiminin ksenofobiyanı qızışdırmağa çalışdığı müşahidə olunur. Son bir neçə ildir ölkə …

Read More »

Fahrettin Koca: “Hataydakı zəlzələlərdə 294 nəfər yaralanıb, 18-nin vəziyyəti ağırdır”

“Türkiyənin Hatay vilayətində ötən gün baş verən yeni zəlzələlər nəticəsində 294 nəfər xəsarət alıb”. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca tviterdə bildirib. Onun sözlərinə görə, yaralılardan 18 nəfərin vəziyyəti ağırdır: “Hatayda baş verən 6,4 bal gücündə zəlzələdən zərərçəkən və dərhal müalicələrinə başlanan yaralıları səhra xəstəxanalarında ziyarət etdik, vəziyyətlərini müşahidə altında saxlayırıq. İlkin tibbi yardım göstərildikdən …

Read More »

Kuleba Rusiya ilə davamlı sülh üçün şərtləri açıqlayıb

“Şərqi Avropada və bütün Avro-Atlantik məkanda davamlı sülhün bərqərar olması üçün bir neçə şərt var. Onlardan biri Rusiyanın transformasiyasıdır”. Boyukmillet.com xəbər verir ki, bu barədə “Report” Ukraynanın xarici işlər naziri Dmitri Kulebanın “CNN” telekanalına müsahibəsində verdiyi açıqlamaya istinadən xəbər verir. “Regionda və bütün Avro-Atlantik məkanda davamlı sülhü təmin etmək üçün nə etmək lazımdır? Bu sualın iki cavabı var. Birincisi, Ukrayna Aİ və …

Read More »

TÜRGEV yataqxanalarını zəlzələ qurbanları üçün açdı: Bölgəyə fasiləsiz dəstək davam edir

Əsrin fəlakəti olaraq xarakterizə edilən, mərkəzi Kahramanmaraş olan 7,7 və 7,6 bal gücündə zəlzələlərdən sonra Türkiyə tək ürək olaraq yaraları sağaltmağa çalışır. Türkiyədə onlarla fond kimi Türkiyə Gənclik və Təhsil Xidmətləri Fondu (TÜRGEV) da zəlzələdən zərərçəkənlərə yardımda ön sıralarda yer alır. İşçi heyəti, tələbələr və könüllülərlə zəlzələdən zərər çəkənlər üçün fəaliyyətini fasiləsiz davam etdirən TÜRGEV bölgəyə çox sayda yardımlar göndərib, …

Read More »

Ukrayna Rusiyanın 7 hücumunun qarşısını alıb, 1 təyyarəsini, 4 PUA-sını məhv edib

Ukrayna Silahlı Qüvvələri ötən gecə Rusiyanın 7 hücumunun qarşısını alıb, 1 təyyarəsini və 1 reaktiv yaylım atəşi sistemini məhv edib. Boyukmillet.com xəbər verir ki, məlumatı Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı yayıb.Bildirilib ki, Rusiya qoşunları Xarkov, Luqansk və Donetsk vilayətləri istiqamətində hücuma keçməyə cəhd edib, lakin Ukrayna müdafiəçiləri bunun qarşısını alıb.Ukrayna müdafiə qüvvələrinn aviasiyası ötən sutkada Rusiyanın 7 zenit-raket kompleksi üzrə …

Read More »

Türkiyədə zəlzələdə həlak olanların sayı 41 min nəfəri ötüb

Türkiyədə zəlzələdə həlak olanların sayı 41 min 20 nəfərə çatıb. Boyukmillet.com xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb. “Son məlumatlara görə, Kahramanmaraş, Qaziantep, Şanlıurfa, Diyarbəkir, Adana, Adıyaman, Osmaniye, Hatay, Kilis, Malatya və Elazığ vilayətlərində 41 min 20 vətəndaş həyatını itirib”, – AFAD-ın yaydığı açıqlamada bildirilir. Fevralın 6-da yerli vaxtla saat 4:17-də Türkiyənin Kahramanmaraş …

Read More »

Türkiyədə zəlzələdən sonra axtarış-xilasetmə işlərinin başa çatdığı şəhərlər açıqlanıb

Kahramanmaraş və Hatay istisna olmaqla digər şəhərlərdə axtarış-xilasetmə işləri başa çatıb. Boyukmillet.com “Anadolu”ya istinadən xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) sədri Yunus Sezer brifinqdə açıqlayıb. “İllərin böyük qismində axtarış-xilasetmə işləri başa çatıb. Hər gün canlı bir qardaş-bacımıza yetişmək ümidi ilə fəaliyyətimizi davam etdiririk”, – o vurğulayıb. Qeyd edək ki, zəlzələnin fəsadları ölkənin 11 şəhərini …

Read More »

Türkiyədə zəlzələdə ölənlərin sayı 40 689 nəfərə çatıb

Türkiyədə zəlzələdə ölənlərin sayı 40 689 nəfərə yüksəlib. Boyukmillet.com  “Anadolu”ya istinadən xəbər verir ki, bunu ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) sədri Yunus Sezer brifinqdə deyib. Onun sözlərinə görə, təbii fəlakətin baş verdiyi şəhərlərin böyük qismində axtarış-xilasetmə işləri başa çatıb. Xatırladaq ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonunda olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni …

Read More »

Rusiya Xerson vilayətini atəşə tutub, 3 nəfər ölüb, 4 nəfər yaralanıb

Rusiya Ukraynanın Xerson vilayətinin Berislav rayonunun Burqunka kəndini atəşə tutub. Boyukmillet.com xəbər verir ki, bu barədə Xerson Vilayət Hərbi Adminsitrasiyasının mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, hadisə nəticəsində ümumilikdə bir ailənin 3 üzvü həlak olub. Yaralananların sayı isə 4 nəfərdir. Onlardan ikisi 8 və 10 yaşlı uşaqlardır.

Read More »