Türkiyənin Diyarbəkirdə sərnişin avtobusunun aşması nəticəsində 30 nəfər yaralanıb. Boyukmillet.com xəbər verir ki, qəzaya qar yağması səbəbindən yolun buzlu olması səbəb olub. Nəticədə avtobus idarəetmədən çıxaraq aşıb. Hadisə yerinə polis, jandarm, təcili yardım və xilasedicilər cəlb olunub və yaralılar hadisə yerindən təxliyə edilib. Yaralılar təcili yardım maşınları ilə şəhərdəki xəstəxanalara aparılıb.
Read More »Ekspert: “Azərbaycanın İrandakı səfirliyinə hücum həyəcan siqnalıdır”
“Azərbaycanın Tehrandakı səfirliyinə hücum bütünlükdə beynəlxalq ictimaiyyət üçün həyəcan siqnalı olmalıdır”. Boyukmillet.com xəbər verir ki, bu fikri Hadson İnstitutunun baş elmi işçisi Lük Koffi “Arab News” qəzetində dərc olunan məqaləsində bildirib. “Beynəlxalq ictimaiyyətin İrana diqqətinin böyük hissəsi ilk növbədə onların Yaxın Şərqdəki siyasətinə yönəldiyi halda, Tehran əsrlər boyu həm də Cənubi Qafqazda öz rolunu oynayıb. İran və Azərbaycan arasındakı mövcud …
Read More »İstanbulda avtobus qəzasında yaralanan Azərbaycan vətəndaşı ölüb
Türkiyənin İstanbul şəhərinin Bağçalıevlər rayonunda marşrut avtobusunun dayanacaqda gözləyən sakinlərə, daha sonra isə mikroavtobusa çırpılması nəticəsində yaralanan Azərbaycan vətəndaşı Əhməd Rzayev həkimlərin müdaxiləsinə baxmayaraq, dünyasını dəyişib. Boyukmillet.com xəbər verir ki, beləliklə, hadisədə ölənlərin sayı 2-yə yüksəlib, yaralıların sayı isə 4 olub. Xatırladaq ki, hadisə ötən gün baş verib.
Read More »Türkmənistan milli təhlükəsizlik naziri və Ali Məhkəmənin sədri vəzifələrindən azad ediliblər
Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Ali Məhkəmənin sədri Quvançmırat Ussanepesovu və milli təhlükəsizlik naziri polkovnik Qurbanmirat Annaevi tutduqları vəzifələrdən azad edib. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkmənistan dövlət televiziyası məlumat yayıb. Bildirilib ki, məmurlar başqa işə keçidlə əlaqədar işdən çıxarılıb. S.Berdiməhəmmədov müvafiq sərəncam Türkmənistan Dövlət Təhlükəsizlik Şurasının 2022-ci ildə hüquq-mühafizə orqanlarının işinin yekunlarına həsr olunmuş iclasında imzalayıb.
Read More »İranda ifadəyə çağırılan azərbaycanlı musiqiçinin həbs olunduğu ortaya çıxıb
Yanvarın 30-da İranın Qəzvin şəhərinin ədliyyə idarəsinə çağırılan Məsumə Bənagərin həbs olunduğu bəlli olub. Boyukmillet.com xəbər verir ki, bu barədə ABŞ mərkəzli İranda Hüquq Müdafiəçiləri təşkilatı məlumat yayıb. Bildirilib ki, M. Bənagər rejim qüvvələri tərəfindən şəhid edilən soydaşımız Cavad Heydərinin anım mərasiminə qatıldığı üçün saxlanılaraq həbs edilib. Təşkilatın məlumatına görə, Məsumə Bənagər ilk dəfə noyabrın 13-də rejim qüvvələri tərəfindən qanunsuz …
Read More »Ukrayna XİN başçısı: “İranla diplomatik əlaqələri hər an kəsə bilərik”
“İranla diplomatik əlaqələrin kəsilməsi barədə qərar hər an qəbul oluna bilər”. Boyukmillet.com “Ukrinform”a istinadən xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Dmitro Kuleba deyib. Onun sözlərinə görə, bu, Tehranın gələcək davranışlarından asılı olacaq: “Mən Prezidentə artıq bu barədə təklif vermişəm. Məsələ açıq olaraq qalır. Qərar hər an qəbul oluna bilər”. D.Kuleba həmçinin İranın “qırmızı xətlər”i keçdiyini vurğulayıb: “Biz tarixən …
Read More »Ukraynada Krım və Donbasın azadlığı üçün yeni hücum briqadaları yaradılır
Ukrayna Daxili İşlər Nazirliyində işğal altında olan Krım yarımadasını, həmçinin Luqansk və Donetsk vilayətlərini azad etmək üçün yeni hücum briqadaları yaradılır. Boyukmillet.com xəbər verir ki, bu barədə nazirlikdən bildirilib. Vurğulanıb ki, Ukrayna düşməni öz torpaqlarından qovmağa hazırlaşır. Qeyd olunub ki, yeni hücum briqadaları Luqansk və Donetsk vilayətlərinin, eləcə də Krımın rus işğalçılarından azad edilməsində iştirak edəcək.
Read More »Çavuşoğlu: “Qarabağ müharibəsindən sonra Cənubi Qafqazda sülh üçün əlverişli şərait yaranıb”
“Qarabağ müharibəsindən sonra Cənubi Qafqazda sülhün bərqərar olması üçün əlverişli şərait yaranıb”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşğolu argentinalı həmkarı Santyaqo Kafiero ilə keçirdiyi mətbuat konfransında bildirib. O deyib ki, Türkiyənin məqsədi Cənubi Qafqazı sabitlik və inkişaf regionuna çevirməkdir: “Türkiyə və Azərbaycan bu istiqamətdə səmimi addımlar atırlar”.
Read More »Türkiyədə avtobus qəzaya uğrayıb, azərbaycanlı ağır yaralanıb
Türkiyədə azərbaycanlı yol qəzasında xəsarət alıb. Boyukmillet.com “Anadolu”ya istinadən xəbər verir ki, türkiyəli Səfər B-nin idarə etdiyi avtobus dayanacaqda dayanmış şəxslərə, daha sonra mikroavtobusa çırpılıb. Hadisə nəticəsində 51 yaşlı Hikmət Kaya ölüb. Azərbaycanlı Əhməd Rzayev, həmçinin türkiyəli Fatma O, Yeter Bayqın, Oruç, Fehim Aydın və əlcəzairli Messaouda Marike yaralanıblar. Soydaşımızın durumunun ağır olduğu bildirilib. O, yaxınlıqdakı klinikaya yerləşdirilib. Avtobus sürücüsü saxlanılıb.
Read More »Türkiyə, Rusiya və Suriya nümayəndə heyətləri yaxın günlərdə danışıqlar aparacaq
Türkiyə, Rusiya və Suriyanın hərbi nümayəndə heyətləri yaxın vaxtlarda texniki səviyyədə danışıqlar aparacaq. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyənin müdafiə naziri Hulusi Akar bildirib. “Yaxın günlərdə nümayəndə heyətlərimiz texniki səviyyədə danışıqlar aparacaq. Nəticə əldə etmək üçün çox çalışırıq” – deyə, o bildirib. 2022-ci il dekabrın 28-də Moskvada Ankara ilə Dəməşq arasında münasibətlərin normallaşdırılması prosesi çərçivəsində Rusiya, Suriya və Türkiyənin …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar