Cümə axşamı , 11 Dekabr 2025

Region

Peskov səfərbərliklə bağlı məlumatları şayiə adlandırıb

“Səfərbərlik haqqında məlumat yalnız Rusiyanın rəsmi orqanlarından gələ bilər”. Boyukmillet.com xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov “press-call” zamanı deyib. O, bu mövzuda teleqram kanallarında yayılan məlumatlara etibar etməməyə çağırıb. D.Peskovun sözlərinə görə, ümumiyyətlə, teleqram kanallarına belə önəm verməyə ehtiyac duyulmur: “İlkin mənbə Rusiya Federasiyasının prezidentinin rəhbərlik etdiyi rəsmi hökumətdir. Teleqram kanallarını şişirtməyə ehtiyac yoxdur”. Xatırladaq ki, …

Read More »

“Taxıl dəhlizi” vasitəsilə Ukraynadan daşınan taxılın miqdarı açıqlanıb

“Bu günə qədər “Taxıl dəhlizi” vasitəsilə Ukraynadan başqa ölkələrə 16,9 milyon ton taxıl daşınıb”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri Vahid Kirişçi deyib. O bildirib ki, həmin taxıl ümumilikdə 633 gəmi ilə daşınıb. Xatırladaq ki, ötən il iyulun 22-də Ukrayna, Rusiya, Türkiyə və BMT Ukrayna taxılının Qara dəniz vasitəsilə ixracının həyata keçirilməsi ilə bağlı dördtərəfli …

Read More »

Tehranda silahlı şəxslər universitetə ​​atəş açıb, xəsarət alan var

Naməlum şəxslər İranın paytaxtı Tehranda yerləşən “Əllame Təbatəbai” Universitetini atəşə tutub. Boyukmillet.com xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb. Məlumata görə, hücum edənlər universitet işçilərindən birinə atəş açıblar, bundan sonra hadisə yerindən qaçıblar. Zərərçəkən xəstəxanaya çatdırılıb, onun vəziyyətinin qənaətbəxş olduğu bildirilir. Qeyd edilir ki, silahlı şəxslər bir müddət həmin şəxsi təqib ediblər, ona atəş açan şəxsin üzü maskalı …

Read More »

Rusiyalı hərbçilərin yerləşdiyi yataqxanaya zərbə endirilib, ölənlər var

Ukraynanın Luqansk vilayətinin işğal altındakı Rubijne şəhərində səfərbər olunmuşların yataqxanasına zərbə endirib. Boyukmillet.com xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı Aparatının Strateji Kommunikasiya İdarəsi (Stratkom) teleqramda məlumat yayıb. Məlumata görə, olay nəticəsində Rusiyanın 14 hərbçisi zərərsizləşdirilib: “Yaralıların sayı hələlik məlum deyil”. Xatırladaq ki, dekabrın 31-dən yanvarın 1-nə keçən gecə Ukrayna Silahlı Qüvvələri HIMARS (ing. “High Mobility Artillery Rocket System” – …

Read More »

Ermənistanda Rusiya əleyhinə mitinq keçirilir

Ermənistanın Gümrü şəhərindəki Rusiyanın 102-ci hərbi bazasının qarşısında nümayişlər keçirilir. Boyukmillet.com xəbər verir ki, etirazçılar “Rusiya Türkiyə və Azərbaycanın müttəfiqidir!”, “Ar olsun belə müttəfiqə!”, “KTMT-yə yox!” və s. şüarlar səsləndiriblər. Hazırda aksiya iştirakçıları ilə polis arasında qarşıdurma baş verir, saxlanılanlar var. t.me/ArmenianVendetta/29257

Read More »

Hulusi Akar Azərbaycan xalqına təşəkkür edib

“Sarıqamış şəhidlərinin xatirəsini andığımız bu mənalı gündə Nargin (Böyük Zirə – red.) adasında məskunlaşmağa məcbur olan mehmetçiklərimizə köməkliyi ilə “bir millət, iki dövlət” ifadəsinin bariz nümunəsini nümayiş etdirən qardaş Azərbaycan xalqını ehtiram və şükranla yad edirik”. Boyukmillet.com xəbər verir ki, bunu ölkənin milli müdafiə naziri Hulusi Akar Sarıqamış şəhidlərini Anma Günü ilə bağlı bəyanatında bildirib. Eyni zamanda, müdafiə naziri Türkiyənin …

Read More »

Türkiyədə hotelin damı uçub, 10 nəfər yaralanıb

Türkiyənin şimalındakı Sarıkamış şəhərində hotelin damının uçması nəticəsində azı 10 nəfər xəstəxanaya yerləşdirilib. Boyukmillet.com xəbər verir ki, bu barədə “CNN Türk” yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb. Sarıkamışın yerləşdiyi Qars vilayətinin qubernatoru Türker Oksyüz deyib ki, yaralananların həyatı üçün təhlükə yoxdur. Hadisə yerində xilasedicilər işləyir. Qeyd edək ki, hadisə Birinci Dünya Müharibəsi zamanı Sarıkamış döyüşünün 108-ci ildönümünə həsr olunmuş kütləvi tədbir …

Read More »

Ermənistanda qadınların hərbi xidmətə çağırılması imkanı nəzərdən keçirilir

Ermənistan Müdafiə Nazirliyi qadınların könüllü olaraq orduya hərbi xidmətə çağırılması imkanlarını nəzərdən keçirir. Boyukmillet.com xəbər verir ki, bu barədə “Armenpress” agentliyi Ermənistanın Müdafiə Nazirliyinin mətbuat katibi Aram Torosyana istinadən məlumat yayıb. “Yalnız onu təsdiq edə bilərəm ki, biz qadınlara könüllü olaraq hərbi xidmətə getmə imkanının verilməsi məsələsini müzakirə edirik”-deyə, o bildirib. O, növbəti dəyişikliklərlə bağlı başqa məlumat verməyib. İndi Ermənistanda …

Read More »

BƏƏ Ukraynaya generatorların ikinci partiyasını göndərib

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ümumi dəyəri 100 milyon dollar olan humanitar yardım proqramı çərçivəsində Ukraynaya generatorların ikinci partiyasını göndərib. Boyukmillet.com xəbər verir ki, bu barədə “RBC-Ukrayna” Ukrayna Dövlət Əmlak Fondunun Mətbuat Xidmətinə istinadən məlumat verib. Bildirilib ki, BƏƏ Ukraynaya 1300 generatordan ibarət ikinci partiyanı təqdim edib. Generatorlar Sumı, Çerniqov, Xarkov, Dnepropetrovsk, Luqansk, Donetsk vilayətlərində və Kiyevdəki məktəblərə, uşaq bağçalarına, tibb …

Read More »

Türkiyə ilə Ermənistan arasında birbaşa hava daşımaları başlayıb

Türkiyə ilə Ermənistan arasında birbaşa hava daşımaları başlayıb. Boyukmillet.com  “Habertürk”ə istinadən xəbər verir ki, bu barədə diplomatik mənbələrdən bildirilib. Məlumata görə, 2023-cü il yanvarın 1-dən etibarən iki ölkə arasında hava yolu ilə daşınmalara başlanılıb. Daşınmalar ticarət məqsədlidir.  Bildirilib ki, bu məsələ Türkiyə Ticarət Nazirliyi tərəfindən Türkiyə ixracatçı birliklərinə çatdırılıb.  Qeyd edək ki, Türkiyə Azərbaycan torpaqlarının işğalına etiraz olaraq 1993-cü ildən …

Read More »