Türkmənistan Prezidenti Sərdar Berdıməhəmmədovun sərəncamı ilə Azərbaycan Milli Məclisinin (MM) sədri Sahibə Qafarova “Əməkdaşlığın inkişafındakı xidmətlərinə görə” ordeni ilə təltif edilib. Boyukmillet.com xəbər verir ki, orden Türkmənistan Parlamenti Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov tərəfindən azərbaycanlı həmkarına təqdim olunub. Həmin gün Milli Məclisin sədri Sahibə Qafarova ilə görüşən Türkmənistan Prezidenti Sərdar Berdıməhəmmədov deyib ki, Türkmənistan və Azərbaycan arasında iqtisadi və nəqliyyat …
Read More »Ermənistan parlamentinin sədri: “KTMT-dən çıxmaq barədə danışmamışıq”
“Ermənistan heç vaxt Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından çıxmaq barədə danışmayıb”. Boyukmillet.com xəbər verir ki, bunu Ermənistan parlamentinin sədri Alen Simonyan KTMT Parlament Assambleyasının Rusiyanın paytaxtı Moskva şəhərində keçirilən iclasında bildirib. A.Simonyan təşkilatın Ermənistana münasibətindən narahat olduqlarını vurğulayıb. Onun sözlərinə görə, KTMT-dəki bəzi müttəfiqlərinin rəsmi bəyanatları Ermənistanda təşkilata ictimai münasibətin ciddi dəyişikliklərə məruz qalmasına səbəb olub. Xatırladaq ki, Ermənistanın baş naziri …
Read More »İranda etirazçılar əhalini üçgünlük tətilə çağırıblar
İranda etirazçılar bu həftə əhalini üçgünlük tətilə çağırıblar və İranın baş prokuroru Məhəmməd Cəfər Montazeri “əxlaq polisi”nin ləğvini elan etdikdən sonra hakimiyyətə təzyiqləri gücləndiriblər. Bu barədə Boyukmillet.com “Reuters”ə istinadən xəbər verir. “Əxlaq polisi”nə nəzarət edən ölkənin Daxili İşlər Nazirliyi onun ləğv olunduğunu təsdiqləməyib və İranın dövlət mediası bildirib ki, Montazeri polisin fəaliyyətinə nəzarət edən səlahiyyətli şəxs deyil. Qeyd edək ki, İranda …
Read More »Avropa Komissiyası: Ukrayna 100 mindən çox hərbçisini itirib
Ukrayna 24 fevraldan davam edən müharibədə 100 mindən çox hərbçisini itirib. Boyukmillet.com xarici mediaya istinadən xəbər verir ki, bu barədə Avropa Komissiyasının sədri Ursula fon der Leyyen bildirib. Onun sözlərinə görə, Rusiya-Ukrayna müharibəsi çərçivəsində Ukraynaya dəyən ziyan 600 milyar dollaradək artıb.
Read More »Çavuşoğlu: “Bəzi Qərb ölkələri Ukrayna böhranının həllində maraqlı deyil”
“Bəzi Qərb ölkələri Ukrayna böhranının həllində maraqlı deyil”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavşuoğlu Romada keçirilən konfransda deyib. “Biz müharibənin davam etdirilməsinin tərəfdarı olan bəzi müttəfiqlərimizi Ukraynanı Rusiya ilə danışıqlar masası arxasına oturtmağa inandırmalıyıq”, – o bildirib. Eyni zamanda, Çavuşoğlu Ukrayna və Rusiya nümayəndələrinin Antalya və İstanbulda görüşdüyü mart ayı ilə müqayisədə indi bunu etməyin …
Read More »Bayden Putinlə danışığının yalnız bir şərtlə mümkün olduğunu bildirib
ABŞ Prezidenti Cozef Bayden rusiyalı həmkarı Vladimir Putinlə danışıqları mümkün hesab edir, ancaq o şərtlə ki, o, Ukraynaya qarşı müharibəni dayandırmaq niyyətindədir. Boyukmillet.com xəbər verir ki, bu barədə “Politico”nun jurnalisti Eli Stokols tviterdə yazıb. “Mən Putinlə danışmağa hazıram, əgər həqiqətən də onda maraq varsa – o, müharibəni bitirmək üçün yol axtarır. Hələlik o, bunu etməyib”, – ABŞ lideri bildirib. Bayden onu …
Read More »İranda hərbi-polis qüvvələri eyvanda oynayan uşağa atəş açıb, 6 yaşlı qız gözünü itirib
İranın İsfahan əyalətinin Məlekşəhr şəhərində öz evlərinin eyvanında oynayarkən İran hakimiyyətinin hərbi-polis qüvvələrinin açdığı atəş nəticəsində 6 yaşlı Beyta Kiyani bir gözünü itirib. Boyukmillet com xəbər verir ki, məlumatı “Azad İran” teleqram kanalı yayıb. Bildirilib ki, qızcığaz eyvanda oynayarkən hərbi-polis qüvvələri onların evi istiqamətində atəş açıb. Güllə 6 yaşlı Beyta Kiyaninin gözünə dəyib. Onun həmin gözünü amputasiya ediblər. Hadisədən təsirlənən …
Read More »ABŞ hərbi yolla İranın nüvə silahı əldə etməsinin qarşısını almağa hazırdır
ABŞ prezidenti Cozef Bayden İranın nüvə silahı əldə etməsinin qarşısını almaq məsələsinin hərbi yolla həll etməyə hazırdır. Boyukmillet.com-un məlumatına görə, bunu “Foreign Policy” jurnalının təşkil etdiyi onlayn konfransda ABŞ-ın İran üzrə xüsusi nümayəndəsi Robert Malli deyib. Onun sözlərinə görə, ABŞ prezidenti Cozef Bayden İranın nüvə silahı əldə etməsinin qarşısını almaq üçün zərurət yaranarsa, son çarə kimi hərbi varianta razılaşacağını bildirib. …
Read More »Rusiya XİN NATO-nu ittiham edib
“NATO Ukraynadakı vəziyyətin siyasi-diplomatik həllində maraqlı deyil”. Boyukmillet.com TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib. O bildirib ki, Alyans Rusiyanı ittiham etməyə çalışır: “Rusiya öz təqsiri olmadan yaranmış problemlərin həlli yollarını təklif edir. Moskva ərzaq təminatının pozulmasına görə ittiham edilir. Polşaya düşən Ukrayna raketi ilə bağlı insidentə görə Rusiyanın məsuliyyət daşıması cəhdi də …
Read More »Erməni KİV: Qərbi Zəngəzurda mis-molibden zavodunun tullantı suları ətraf kəndləri zəhərləyir
Ermənistanda, Qərbi Zəngəzur bölgəsində (ermənilər Sünik adlandırıb – red.) mis-molibden zavodunun tullantılar anbarındakı partlayış nəticəsində yaxınlıqdakı kəndi zəhərli su basıb. Boyukmillet.com xəbər verir ki, məlumatı “Joxovurd” yayıb. Bildirilib ki, Zəngəzur mis-molibden kombinatından axıdılan tullantı suları Oxçuçay çayını (ermənilər Voxçi adlandırır – red.) və yaxın yaşayış məntəqələrini çirkləndirməkdə davam edir. Qəzetin yazdığına görə, bir müddət əvvəl kombinata məxsus “Artsvanik” tullantı anbarından …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar