“Azərbaycan mina terrorundan əziyyət çəkir”. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 1-də Əlcəzairdə keçirilən Ərəb Dövlətləri Liqasının 31-ci Zirvə toplantısında çıxış edərkən deyib. “Bizim hazırda əziyyət çəkdiyimiz məsələ odur ki, Ermənistan işğal zamanı 1 milyondan çox minanı torpaqlarımıza basdırıb. Müharibə bitdikdən sonra 260-dan çox Azərbaycan vətəndaşı minanın qurbanı olub və yaxud müxətlif dərəcəli bədən xəsarətləri alıb”, …
Read More »Sergey Şoyqu: “Səfərbər edilən 300 min nəfərdən 87 mini döyüş bölgələrinə göndərilib”
“Qismən səfərbərlik çərçivəsində orduya çağırılan 300 min nəfərdən 87 mini Ukraynaya döyüş bölgələrinə göndərilib”. Boyukmillet.com xəbər verir ki, bunu Rusiyanın müdafiə naziri, ordu generalı Sergey Şoyqu bildirib. Onun sözlərinə görə, həqiqi hərbi xidmətini başa vuranlar xüsusi hərbi zonaya göndərilməyəcək və onlar tərxisdən sonra evə qayıdacaqlar. Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin sentyabrın 21-də ölkədə qismən səfərbərlik elan edib.
Read More »NATO Baş katibinin Türkiyəyə səfər tarixi açıqlanıb
NATO-nun Baş katibi Yens Stoltenberq noyabrın 4-də Türkiyəyə səfər edəcək. Boyukmillet.com xəbər verir ki, o, Prezident Rəcəb Tayyib Ərdoğanla görüşəcək. Tərəflərin İsveç və Finlandiyanın Alyansa üzvlüyünü müzakirə edəcəkləri bildirilib. Bundan başqa, onlar Ukraynadakı müharibə barədə fikir mübadiləsi aparacaqlar. Qeyd edək ki, İsveçin yeni Baş naziri Ulf Kristerson noyabrın 8-də Türkiyəyə səfər edəcək.
Read More »Lukaşenko: “Ermənistanla Azərbaycan arasında münaqişə başa çatmalıdır”
“Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv ölkələr, o cümlədən Ermənistanla Azərbaycan arasında münaqişə başa çatmalıdır”. Boyukmillet.com Rusiya KİV-nə istinadən xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Baş katibi Stanislav Zasla görüşdə deyib. Məlumata görə, A.Lukaşenko deyib ki, münaqşiələrin dərinləşməsi qəbul edilməzdir və bu məsələ KTMT-nin növbəti sessiyasında ciddi müzakirə olunmalıdır: “Allah etməsin, biz Tacikistan-Qırğızıstan sərhədindəki münaqişəni qızışdıraq. …
Read More »Türkiyə kəşfiyyatı Suriyada PKK-nın rəhbər şəxsini məhv edib
Türkiyə Milli Kəşfiyyat İdarəsi (MİT) PKK/YPG terror qruplaşmasına qarşı yeni əməliyyat keçirib və nəticədə daha bir terrorçu məhv edilib. Boyukmillet.com Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə MİT-dən bildirilib. Əməliyyat Suriyada aparılıb. Nəticədə PKK/YPG terror təşkilatının Serdem Pir-Serhat Harun kod adlı qondarma tabor komandiri Ersin Şahin məhv edilib.
Read More »Rusiya taxıl dəhlizi ilə gəmilərin hərəkətini dayandırır
Rusiya Qara Dəniz Təşəbbüsü ilə müəyyən edilmiş təhlükəsizlik dəhlizi üzrə gəmilərin hərəkətini dayandırır. Boyukmillet.com xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Məlumata görə, Ukraynanın Sevastopolda hərbi gəmilərə və mülki gəmilərə qarşı törətdiyi terror aksiyası ilə bağlı vəziyyət aydınlaşana qədər hərəkət dayandırılıb. “Gəmilərin təhlükəsizlik dəhlizi boyunca hərəkəti qəbuledilməzdir, çünki Ukrayna rəhbərliyi və Silahlı Qüvvələrinin komandanlığı bundan Rusiyaya qarşı …
Read More »İran ABŞ-ın bir sıra fiziki və hüquqi şəxslərinə sanksiyalar tətbiq edib
İran hakimiyyəti ABŞ-ın 10 fiziki və 4 hüquqi şəxsinə qarşı sanksiya tətbiq edib. Boyukmillet.com xəbər verir ki, İslam Respublikası Xarici İşlər Nazirliyinin müvafiq bəyanatını “Tasnim” agentliyi yayıb. Bəyanatda qeyd edilir ki, məhdudiyyətlər xüsusilə İranın “daxili işlərinə qarışmaq”, “zorakılıq və iğtişaşları təşviq etmək” və ölkədə terror aktları törətməyə təhrik edildiyi üçün tətbiq olunub. Tehranın sanksiya siyahısına ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının …
Read More »Nikol Paşinyan üçtərəfli görüşdə iştirak etmək üçün Soçiyə gedib
Ermənistanın Baş naziri Nikol Paşinyanın rəhbərlik etdiyi nümayəndə heyəti Rusiyanın Soçi şəhərində səfərdədir. Boyukmillet.com “Armenpress”ə istinadən xəbər verir ki, hökumət başçısını müavini Mqer Qriqoryan, Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan, xarici işlər naziri Ararat Mirzoyan və digər vəzifəli şəxslər müşaiyət edir. Məlumata görə, Ermənistanın Rusiyadakı səfiri Vaqarşak Arutyunyan da nümayəndə heyətinə qoşulacaq. Qeyd edək ki, bu gün, oktyabrın 31-də Soçi şəhərində …
Read More »Ermənistanda ehtiyatdan çağırılan əsgərlər arasında silahlı insident olub, ölən var
Ermənistanda orduda xidmət etmək üçün ehtiyatdan çağırılan əsgərlər arasında silahlı insident olub, bir hərbçi ölüb. Boyukmillet.com xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsi məlumat yayıb. İlkin məlumata görə, oktyabrın 29-da hərbi hissələrdən birinin məsuliyyət zonasında döyüş mövqeyində ehtiyatda olan hərbçi həmkarı, digər sıravi ehtiyatdan çağırılan Misak Petrosyanla mübahisə edib. Mübahisə zəminində o, hərbçi yoldaşına avtomatdan atəş açaraq, başına xəsarət yetirib. …
Read More »Ukraynanın Azərbaycandakı səfirliyi Rusiyanın taxıl sazişindən çıxmasına münasibət bildirib
Ukraynanın Azərbaycan Respublikasındakı səfirliyi Rusiya Federasiyasının “taxıl sazişi”ndən çıxmasına münasibət bildirib. Səfirlikdən verilən məlumata görə, iyulun 22-də BMT-nin himayəsi altında İstanbulda Ukrayna, Türkiyə və Rusiya Ukrayna taxılının Qara dəniz vasitəsilə təhlükəsiz ixracının bərpasına dair saziş imzalayıblar. Bu sənəd Ukraynanın kənd təsərrüfatı məhsullarının üç Ukrayna limanından daşınması üçün humanitar dəhlizin yaradılmasını nəzərdə tutur ki, bu da öz növbəsində qlobal ərzaq böhranının qarşısının …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar