Cümə axşamı , 2 Aprel 2026

Region

Ermənistanla İran arasında yeni saziş imzalanıb

Ermənistanla İran arasında qaz və elektrik enerjisinin tədarükü haqqında saziş imzalanıb. Boyukmillet.com “Sputnik Armenia”ya istinadən xəbər verir ki, İran elektrik enerjisi müqabilində Ermənistana qaz ixracını iki dəfə artıracaq. Hazırda İran Ermənistana gündəlik 1 milyon kubmetr qaz ixrac edir.

Read More »

BMT yaxın zamanda Rusiya taxılının ixracına qoyulan qadağanı götürəcəyini vəd edib

BMT Rusiyaya yaxın zamanda taxıl müqaviləsinə uyğun olaraq Rusiya ərzaq məhsullarının ixracına qoyulan qadağanın götürülə biləcəyinə söz verib. Boyukmillet.com xəbər verir ki, bunu Rusiya Federasiyasının BMT-dəki daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanski “İzvestiya”ya nəşrinə bildirib. “BMT bizə nəticənin yaxınlaşdığını vəd edir. Qərar qəbul edərkən biz sövdələşmənin Rusiya hissəsinin icrasının effektivliyini və BMT-nin müvafiq səylərinin nəticəsini qiymətləndirəcəyik”, o bildirib. Polyanski qeyd edib …

Read More »

İraqın şimalında türk əsgəri şəhid olub

İraqın şimalında separatçı terror təşkilatının üzvlərinin açdığı atəş nəticəsində Türkiyə ordusunun əsgəri Mustafa Öztürk şəhid olub, üç əsgər isə yaralanıb. Boyukmillet.com  xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb. Qeyd olunub ki, yaralılar dərhal xəstəxanaya çatdırılıb və müalicələrinə başlanılıb. Xatırladaq ki, ötən gün İraqın şimalında həyata keçirilən “Pence Kilit” əməliyyat zonasında Türkiyə ordusunun iki hərbçisi minanın partlaması nəticəsində şəhid …

Read More »

KİV: “Ukrayna Ordusu Rusiyanın taborunu məhv edib, 500-dən çox hərbçi ölüb”

Ukraynanın Luqansk vilayətinin Makeyevka kəndi ətrafında Ukrayna hərbçilərinin atəşi sonucunda Voronej vilayətindən səfərbər edilmiş rusiyalılardan ibarət tabor məhv edilib. Yüzlərlə hərbçi ölüb. Boyukmillet.com xəbər verir ki, bu barədə Rusiyanın “Vyorstka” nəşrinə səfərbər edilənlərin qohumları və sağ qalan hərbçi bildirib. Ukrayna Silahlı Qüvvələrinin açdığı atəşdən sonra sağ qalan rusiyalı hərbçi Aleksey Aqafonov onun taborundan 500-dən çox insanın öldüyünü açıqlayıb. Onun sözlərinə görə, …

Read More »

Türkiyə hərbçisi şəhid olub

Noyabrın 5-də Türkiyə Silahlı Qüvvələrinin uzman çavuşu Halil Yıldız şəhid olub. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, İraqın şimalında həyata keçirilən “Pəncə Kilid” əməliyyat bölgəsində terroristlər tərəfindən basdırılan minanın detonasiyası sonucunda 2 hərbçi yaralanaraq xəstəxanaya qaldırılıb. Lakin həkimlərin bütün müdaxilələrinə baxmayaraq, H.Yıldızın həyatını xilas etmək mümkün olmayıb.

Read More »

Türkiyədə mədəndə partlayış olub, yaralananlar var

Türkiyənin Zonquldağ əyalətinin Kilimli rayonunda daş kömür mədənində baş verən partlayışda 4 işçi yaralanıb. Yaralılar xəstəxanaya aparılıb. Onlardan ikisinin vəziyyətinin ağır olduğu bildirilir. Hadisə yerinə xilasetmə qrupu, polis, tibb işçiləri, Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) əməkdaşları cəlb olunub. Partlayışın başvermə səbəbi açıqlanmır.

Read More »

Ərdoğan: “Ukraynadakı müharibə Qərbin bacarıqsızlığını ifşa etdi”

“Rusiya-Ukrayna müharibəsi bəzi Qərb ölkələri və təşkilatlarının bacarıqsızlığını ifşa etdi”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. O bildirib ki, hələ bir neçə il əvvəldən başlayaraq dəfələrlə “dünya beşdən böyükdür” (BMT Təhlükəsizlik Şurasının üzvü olan beş ölkə – ABŞ, Böyük Britaniya, Çin, Fransa və Rusiya) bəyanatını səsləndirib və hazırda baş verən proseslər bunu bir daha təsdiqləyir: …

Read More »

Türkiyə Prezidenti Finlandiya və İsveçin NATO-ya üzvlük şərtlərini xatırladıb

Türkiyənin Finlandiya və İsveçin NATO-ya qoşulma ərizələrini təsdiqləməsi onların Madrid memorandumu çərçivəsində terrorla mübarizə üzrə öhdəliklərini yerinə yetirməsindən asılı olacaq. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda NATO-nun baş katibi Yens Stoltenberqlə görüşündə bildirib. Ərdoğan deyib ki, Türkiyə-İsveç-Finlandiya üçtərəfli memorandumuna dair ratifikasiya prosesinin sürəti bu ölkələrin atacağı müvafiq addımlarla müəyyənləşəcək. Qeyd edək ki, Finlandiya və …

Read More »

İranda etiraz aksiyaları səngimir, güney azərbaycanlı qadınlar hərbçilərə çağırış edib

Ötən gün İranın Urmiya, Təbriz, Tehran, Kərəc, Ekbatan, Rəşt, Qəzvin, Naziabad, Fuladşəhr, Fəsa (Fars əyalətində), Məşhəd və digər şəhərlərində növbəti etiraz aksiyaları keçirilib. Boyukmillet.com xəbər verir ki, bunu İran mətbuatı yazıb. Bildirilib ki, nümayişlər zamanı “Xamenei İŞİD rəhbərinin yerinə keçib!”, “İŞİD, Bəsic birliyiniz mübarək!”, “Diktatora ölüm!”, “Abırsız sənsən, əxlaqsız sənsən, mən azad qadınam!”, “Nə şahçıyam, nə şeyxçi, millətçiyəm, millətçi” kimi şüarlar …

Read More »

Rusiya nüvə silahından istifadə edəcəyinə dair iddialara münasibət bildirib

“Rusiya nüvə müharibəsinin yolverilməzliyi postulatını rəhbər tutur”. Boyukmillet.com TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyi bəyanat yayıb. Bildirilib ki, Rusiya yalnız kütləvi qırğın silahlarının tətbiqinə cavab olaraq və ya dövlətin mövcudluğuna təhdid yarandıqda bu silahdan istifadə edə bilər. Kreml həmçinin nüvə “beşliyi” ölkələrini təxribatlardan çəkinməyə çağırıb.

Read More »