Qazaxıstanın birinci Prezidenti Nursultan Nazarbayevin qardaşı oğlu, Milli Təhlükəsizlik Komitəsinin keçmiş yüksək vəzifəli məmuru Kayrat Satıbaldının ölkədən çıxardığı 230 milyon dollardan artıq dəyərində zinyət əşyaları Qazaxıstana qaytarılıb. Boyukmillet.com “Zakon”a istinadən xəbər verir ki, həmin zinyət əşyaları yaxın zamanlarda dövlətin balansına keçiriləcək. Bundan başqa K.Satıbaldının xarici ölkələrin banklarına 300 milyon dollarlıq qiymətli kağızlar yerləşdirdiyi müəyyən olunub. Qeyd edək ki, bu il …
Read More »Paşinyan: “Ermənistan-Türkiyə münasibətlərinin normallaşmasında mühüm dəyişiklik var”
“Ermənistan Türkiyə ilə kommunikasiya məsələsindəki çətinliklərin öhdəsindən gələ bilib”. Boyukmillet.com “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin bu gün keçirilən iclasında deyib. O, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla apardığı danışıqları və iki ölkənin xüsusi nümayəndələrinin təmaslarını xatırladıb: “Baş verənlər mühüm dəyişiklikdir”. N.Paşinyanın sözlərinə görə, artıq nəinki hakimiyyət, hətta cəmiyyət səviyyəsində də Türkiyə ilə əlaqələr barədə …
Read More »Dövlət başçısı: “Ermənistan Azərbaycana qarşı etnik təmizləmə siyasəti həyata keçirib”
“Ermənistan Azərbaycana qarşı etnik təmizləmə siyasəti həyata keçirib. Azərbaycan torpaqlarında misli görünməmiş vandallıq aktları törədib”. Boyukmillet.com xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 1-də Əlcəzairdə keçirilən Ərəb Dövlətləri Liqasının 31-ci Zirvə toplantısında çıxış edərkən deyib. “Azərbaycan 30 il ərzində işğaldan əziyyət çəkib. İki il əvvəl Azərbaycan münaqişəyə son qoydu. Biz ərazilərimizi işğaldan azad etdik, torpaqlarımıza qayıtdıq”, – …
Read More »Prezident: “Azərbaycan mina terrorundan əziyyət çəkir”
“Azərbaycan mina terrorundan əziyyət çəkir”. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 1-də Əlcəzairdə keçirilən Ərəb Dövlətləri Liqasının 31-ci Zirvə toplantısında çıxış edərkən deyib. “Bizim hazırda əziyyət çəkdiyimiz məsələ odur ki, Ermənistan işğal zamanı 1 milyondan çox minanı torpaqlarımıza basdırıb. Müharibə bitdikdən sonra 260-dan çox Azərbaycan vətəndaşı minanın qurbanı olub və yaxud müxətlif dərəcəli bədən xəsarətləri alıb”, …
Read More »Sergey Şoyqu: “Səfərbər edilən 300 min nəfərdən 87 mini döyüş bölgələrinə göndərilib”
“Qismən səfərbərlik çərçivəsində orduya çağırılan 300 min nəfərdən 87 mini Ukraynaya döyüş bölgələrinə göndərilib”. Boyukmillet.com xəbər verir ki, bunu Rusiyanın müdafiə naziri, ordu generalı Sergey Şoyqu bildirib. Onun sözlərinə görə, həqiqi hərbi xidmətini başa vuranlar xüsusi hərbi zonaya göndərilməyəcək və onlar tərxisdən sonra evə qayıdacaqlar. Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin sentyabrın 21-də ölkədə qismən səfərbərlik elan edib.
Read More »NATO Baş katibinin Türkiyəyə səfər tarixi açıqlanıb
NATO-nun Baş katibi Yens Stoltenberq noyabrın 4-də Türkiyəyə səfər edəcək. Boyukmillet.com xəbər verir ki, o, Prezident Rəcəb Tayyib Ərdoğanla görüşəcək. Tərəflərin İsveç və Finlandiyanın Alyansa üzvlüyünü müzakirə edəcəkləri bildirilib. Bundan başqa, onlar Ukraynadakı müharibə barədə fikir mübadiləsi aparacaqlar. Qeyd edək ki, İsveçin yeni Baş naziri Ulf Kristerson noyabrın 8-də Türkiyəyə səfər edəcək.
Read More »Lukaşenko: “Ermənistanla Azərbaycan arasında münaqişə başa çatmalıdır”
“Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv ölkələr, o cümlədən Ermənistanla Azərbaycan arasında münaqişə başa çatmalıdır”. Boyukmillet.com Rusiya KİV-nə istinadən xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Baş katibi Stanislav Zasla görüşdə deyib. Məlumata görə, A.Lukaşenko deyib ki, münaqşiələrin dərinləşməsi qəbul edilməzdir və bu məsələ KTMT-nin növbəti sessiyasında ciddi müzakirə olunmalıdır: “Allah etməsin, biz Tacikistan-Qırğızıstan sərhədindəki münaqişəni qızışdıraq. …
Read More »Türkiyə kəşfiyyatı Suriyada PKK-nın rəhbər şəxsini məhv edib
Türkiyə Milli Kəşfiyyat İdarəsi (MİT) PKK/YPG terror qruplaşmasına qarşı yeni əməliyyat keçirib və nəticədə daha bir terrorçu məhv edilib. Boyukmillet.com Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə MİT-dən bildirilib. Əməliyyat Suriyada aparılıb. Nəticədə PKK/YPG terror təşkilatının Serdem Pir-Serhat Harun kod adlı qondarma tabor komandiri Ersin Şahin məhv edilib.
Read More »Rusiya taxıl dəhlizi ilə gəmilərin hərəkətini dayandırır
Rusiya Qara Dəniz Təşəbbüsü ilə müəyyən edilmiş təhlükəsizlik dəhlizi üzrə gəmilərin hərəkətini dayandırır. Boyukmillet.com xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Məlumata görə, Ukraynanın Sevastopolda hərbi gəmilərə və mülki gəmilərə qarşı törətdiyi terror aksiyası ilə bağlı vəziyyət aydınlaşana qədər hərəkət dayandırılıb. “Gəmilərin təhlükəsizlik dəhlizi boyunca hərəkəti qəbuledilməzdir, çünki Ukrayna rəhbərliyi və Silahlı Qüvvələrinin komandanlığı bundan Rusiyaya qarşı …
Read More »İran ABŞ-ın bir sıra fiziki və hüquqi şəxslərinə sanksiyalar tətbiq edib
İran hakimiyyəti ABŞ-ın 10 fiziki və 4 hüquqi şəxsinə qarşı sanksiya tətbiq edib. Boyukmillet.com xəbər verir ki, İslam Respublikası Xarici İşlər Nazirliyinin müvafiq bəyanatını “Tasnim” agentliyi yayıb. Bəyanatda qeyd edilir ki, məhdudiyyətlər xüsusilə İranın “daxili işlərinə qarışmaq”, “zorakılıq və iğtişaşları təşviq etmək” və ölkədə terror aktları törətməyə təhrik edildiyi üçün tətbiq olunub. Tehranın sanksiya siyahısına ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar