Rusiya 2026-cı ilədək Azərbaycanla sərhəd-keçid məntəqələrinin yenidən qurulmasını yekunlaşdıracaq. Boyukmillet.com “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Nəqliyyat Nazirliyinin dövlət sərhədindən buraxılış məntəqələrinin təşkili sahəsində Dövlət siyasəti departamentinin direktoru Mixail Kokoyev bildirib. “Cari ilin sonuna kimi biz Yaraq-Kazmalyar keçid məntəqəsinin yenidən qurulmasının birinci mərhələsini başa çatdıracacağıq. Və onda bizim 1 000-ə qədər nəqliyyat vasitəsini buraxa biləcəyimiz 10 hərəkət …
Read More »Avstraliya Ukraynaya “Bushmaster” zirehli transportyorları göndərəcək
Avstraliya Ukraynaya 30 “Bushmaster” zirehli transportyoru göndərəcək. Boyukmillet.com xəbər verir ki, bu barədə ABC radioyayım korporasiyası məlumat yayıb. Bildirilib ki, Ukrayna hərbçilərinə təlim keçmək üçün Böyük Britaniyaya, təxminən, 70 təlimatçı göndəriləcək. Lakin avstraliyalı təlimatçılar Ukraynaya daxil olmayacaq. Xatırladaq ki, Avstarliya bu həftə Ukraynaya əlavə 200 milyon dollardan çox maliyyə yardımı ayırıb. Bu ölkənin Ukraynaya ümumi maliyyə dəstəyi 655 milyon dolları …
Read More »İranda terror aktı olub, 9 nəfər ölüb, 10-u yaralanıb
İranın Şiraz şəhərində Şahçerağ məqbərəsi yaxınlığında silahlı şəxslər atəş açması nəticəsində 9 nəfər ölüb, 10 nəfər yaralanıb. Məlumatda iki terrorçunun saxlanıldığı bildirilir.
Read More »NATO-nun Baş katibi Türkiyəyə gedəcək
NATO-nun Baş katibi Yens Stoltenberq Türkiyəyə gedəcək. Boyukmillet.com xəbər verir ki, o, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla İsveç və Finlandiyanın Alyansa üzvlüyünü müzakirə edəcək. Baş katib Türkiyə, İsveç və Finlandiya ilə sıx təmasda olduğunu bildirib: “Türkiyə, İsveç və Finlandiya ilə üçtərəfli formatda müzakirələr aparmasından şadıq”. Qeyd edək ki, Yens Stoltenberqin Türkiyəyə səfərinin tarixi hələ ki, açıqlanmayıb.
Read More »Türkiyə səfirinin erməni terrorçuları tərəfindən öldürülməsinin ildönümüdür
Türkiyənin Parisdəki səfiri İsmayıl Erez və sürücüsü Talip Yenerin erməni terrorçuları tərəfindən şəhid edilməsinin ildönümüdür. Boyukmillet.com xəbər verir ki, hadisədən 47 il ötür. Diplomat və sürücüsü 1975-ci ildə səfirlik binasının yaxınlığında pusquya salınıb. İ.Erezə 5 dəfə atəş açılmış, sui-qəsdi həyata keçirənlər tapılmamışdı. Bir nəfər şübhəli kimi saxnılsa da, sonradan “dəlil çatışmazlığı”na görə sərbəst buraxılmışdı.
Read More »Rusiyada terror aktı törətmək istəyən İŞİD üzvləri saxlanılıb
Rusiyanın Pyatiqorsk şəhərində İŞİD terror qruplaşmasının terror aktı cəhdinin qarşısı alınıb. Boyukmillet.com TASS-a istinadən xəbər verir ki, bu barədə yerli hüquq-mühafizə orqanları məlumat yayıb. Qeyd olunub ki, polis idarəsi yaxınlığında terror aktı törətmək istəyən İŞİD üzvləri saxlanılıblar. Məlumata görə, saxlanılanlar əməllərini etiraf ediblər. Terrorçuların yaşayış evlərində axtarış aparılarkən əldəqayırma partlayıcı qurğunun hazırlanması üçün əldə etdikləri komponentlər və zədələyici elementlər, montaj …
Read More »Türkiyədə sərnişin avtobusu TIR-a çırpılıb, ölənlər və yaralılar var
Türkiyənin Batman vilayətində ağır yol qəzası baş verib. Boyukmillet.com xəbər verir ki, sərnişin avtobusu Diyarbəkir istiqamətində hərəkətdə olarkən qumla dolu TIR-a çırpılıb. Qeyd olunub ki, yol qəzasında avtobus sürücüsü həyatını itirib, 21 nəfər yaralanıb. Hadisə yerinə çoxlu sayda təcili yardım, yanğınsöndürən və təhlükəsizlik qüvvələri cəlb edilib. Xəstəxanaya aparılan sərnişinlərdən biri həkimlərin müdaxiləsinə baxmayaraq dünyasını dəyişib. Qəza ilə bağlı araşdırmaya başlanılıb.
Read More »Hulusi Akar: “Biz həm təyyarələr, həm də tanklar istehsal edəcəyik”
“Biz yüngül silahlar, helikopterlər, haubitsalar, pilotsuz uçuş aparatları və gəmilər istehsal edirik. Onları dost və qardaş ölkələrə ixrac edirik”.“ Boyukmillet.com xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib.Nazir əlavə edib ki, Türkiyə silah istehsalını inkişaf etdirmək niyyətindədir: “Biz bu səviyyəni daha da irəli aparmalıyıq. Nə qaldı, təyyarə və tank qaldı. Biz həm təyyarələr, həm də tanklar istehsal …
Read More »NATO-nun Hərbi Komitəsi Türkiyədəki qərargahlarda yoxlamalara başlayıb
NATO-nun Hərbi Komitəsinin nümayəndə heyəti Türkiyəyə gedib. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib. Qeyd olunub ki, İzmir və İstanbuldakı müxtəlif qərargahlarda yoxlamalar aparılıb. Məlumata görə, digər birliklərdə də yoxlamaların aparılacağı və NATO-nun oradakı şəraitlə tanış olacağı gözlənilir.
Read More »Xarkov raket atəşinə tutulub, 6 nəfər yaralanıb
Bu gün səhər saatlarında Rusiya ordusunun Ukraynanın Xarkov şəhərini raket atəşinə tutması nəticəsində 6 dinc sakin yaralanıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Ukraynanın Xarkov vilayəti hərbi administrasiyasının başçısı Oleq Sinequbov bildirib. Onun sözlərinə görə, raket hücumu zamanı sənaye müəssisələrinin birində və yaşayış evlərində dağıntılar yaranıb. Hazırda dağınıtının nəticələrini aradan qaldırmaq üçün aidiyyəti sahə xidmətinin əməkdaşları hadisə yerində işləyir. Qeyd …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar