Şənbə , 28 Sentyabr 2024

Region

Rusiya XİN Qərbə xəbərdarlıq edib

Rusiya Xarici İşlər Nazirliyi Böyük Britaniya Müdafiə Nazirliyinin bəyanatına münasibət bildirib. Boyukmillet.com TASS-a istinadən xəbər verir ki, XİN sözçüsü Mariya Zaxarova bu barədə jurnalistlərə açıqlamasında danışıb. “Böyük Britaniya Müdafiə Nazirliyi bildirib ki, Ukraynaya verilən silahlarla Rusiyanın ərazisindəki hərbi obyektləri vurmaq olar. Biz buna əvvəllər də münasibət bildirmişik. Belə hərəkətlər cavabsız qala bilməz. Mən istərdim ki, Qərb bizim xəbərdarlıqlarımızı ciddi qəbul …

Read More »

Xarkov konsulluğunun dəvəti ilə TRT Ukraynada səfərdədir

Xarkov meri İqor Terekov şəhərdəki vəziyyətlə bağlı Türkiyə mətbuatına açıqlama veribAzərbaycan Respublikasının Xarkovdakı Fəxri Konsulluğunun dəvəti ilə Türkiyənin mərkəzi televiziya kanalı TRT Ukraynada səfərdədir.Boyukmillet.com xəbər verir ki, kanal əməkdaşları dünən mərmi və bombardmanlardan zərər çəkmiş Axtırka və Trostyanetsdə çəkiliş aparıblar.Fəxri konsulluğun dəstəyi ilə türkiyəli jurnalistlər Xarkov meri İqor Terekovla görüşüb. O, şəhərin hazırkı durumundan danışıb, göstərdikləri köməyə görə türk və …

Read More »

Ermənistandan Gürcüstana külli miqdarda qiymətli metalın qanunsuz keçirilməsinin qarşısı alınıb

Ermənistan vətəndaşı Gürcüstana gömrük nəzarətindən gizlədilmiş xüsusilə külli miqdarda qiymətli metal keçirməyə cəhd edib. Boyukmillet.com xəbər verir ki, bu barədə Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidmətindən bildirilib. “Sadaxlı” gömrük məntəqəsində həmin şəxsdən qaçaqmalçılıq yolu ilə Ermənistandan Gürcüstana keçirdiyi 631 qram polladiumdan olan məmulatlar aşkarlanıb. Məmulatların dəyəri 110 027 lari (təxminən 36 min ABŞ dolları) təşkil edib. Aşkarlanan mal müsadirə edilib.

Read More »

Hulusi Akar: “Azərbaycanlı qardaşlarımızı çiyin-çiyinə, vahid yumruqla dəstəkləməyə davam edirik”

“Azərbaycanlı qardaşlarımızı çiyin-çiyinə, vahid yumruqla dəstəkləməyə davam edirik”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib. “Egey, Aralıq dənizində, Kiprdə, Liviyada və Azərbaycanda dost və qardaşlarımızın hüquq və mənafelərinin reallaşması davam edir. Qonşu Yunanıstan və digər ölkələrlə həmişə deyirik ki, biz dostluğun tərəfdarıyıq, beynəlxalq hüququn, dialoqun tərəfdarıyıq. Biz bunları deyirik”, – Hulusi Akar vurğulayıb. “Suriyanın şimalında …

Read More »

İstanbulda terror aktının qarşısı alınıb, saxlanılanlar var

Türkiyənin İstanbul şəhərində terror aktının qarşısı alınıb. Boyukmillet.com xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Süleyman Soylu bildirib. O, qeyd edib ki, Sancaktəpə rayonunda daha bir terror yuvası məhv edilib. Türkiyənin təhlükəsizlik qüvvələri 3 terrorçunu yaxalayaraq 5 kq partlayıcı maddə, bomba və partlayış üçün hazır vəziyyətdə olan çoxlu sursat ələ keçirib.

Read More »

Gürcüstanın XİN başçısı: “Azərbaycanla dostluğun möhkəmlənməsi üçün daha böyük potensial var”

“Bir daha əmin oldum ki, Gürcüstan və Azərbaycan arasında dərin möhkəm köklərə malik dostluğun inkişafı və möhkəmlənməsi üçün daha da böyük potensial var”. Boyukmillet.com xəbər verir ki, bunu Gürcüstanın xarici işlər naziri İlya Darçiaşvili feysbuk səhifəsində yazıb. “Gürcüstan və Azərbaycan üçün əsas hərəketverici qüvvə ölkələrimiz, regionun inkişafı və xalqlarımızın rifahıdır. Hər iki ölkə bu istiqamətdə tarixən çox işlər görüb. Gürcü …

Read More »

Gürcüstanda Azərbaycanı ən mühüm tərəfdaş hesab edənlərin sayı artıb

Gürcüstanda Azərbaycanı ən mühüm tərəfdaş hesab edənlərin sayı artıb. Boyukmillet.com xəbər verir ki, bu, Beynəlxalq Respublika İnstitutunun (IRI) Gürcüstanda keçirdiyi ictimai rəy sorğusunun nəticələrində əks olunub. Rəyi soruşulanların 20 %-i Azərbaycanı ölkənin ən mühüm siyasi tərəfdaşı hesab edib. Respondentlərin 54 %-i Avropa İttifaqı (Aİ), 53 %-i ABŞ-ı, 45 %-i Ukraynanı, 20 %-i isə Türkiyəni Gürcüstanın ən vacib siyasi tərəfdaşı kimi …

Read More »

İrəvanda Paşinyanın həbs olunması tələbi ilə aksiya keçirilib

44 günlük müharibə zamanı ölən hərbçilərin valideynləri İrəvanda Ermənistan Baş Prokurorluğunun qarşısında aksiya keçirib. Boyukmillet.com “Sputnik Armenia”ya istinadən xəbər verir ki, onlar Baş nazir Nikol Paşinyanın həbs olunmasını tələb ediblər. Etirazçılar Baş Prokurorluq Paşinyanı təqsirləndirilən şəxs kimi istintaqa cəlb etməyənə qədər dağılışmayacaqlarını bəyan ediblər. Xatırladaq ki, artıq bir neçə gündür Nikol Paşinyanın istefası tələbi ilə Ermənistanın bir neçə şəhərində aksiyalar …

Read More »

Gürcüstan XİN: “Bakıda Azərbaycanla strateji tərəfdaşlığın bütün əsas istiqamətləri nəzərdən keçirilib”

Azərbaycan və Gürcüstanın xarici işlər nazirləri Bakıda strateji tərəfdaşlığı və regionun inkişafı naminə sıx əməkdaşlığı təsdiqləyiblər. Boyukmillet.com xəbər verir ki, bu barədə Gürcüstanın Xarici İşlər Nazirliyindən (XİN) bildirilib. Qeyd olunub ki, XİN başçıları – İlya Darçiaşvili və Ceyhun Bayramov strateji tərəfdaşlığın bütün əsas istiqamətlərini nəzərdən keçiriblər. Onlar iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümünü qeyd ediblər və əlaqələrin daha da dərinləşdirilməsi üçün fəal …

Read More »

Ərdoğan BMT Baş katibi ilə danışıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla BMT Baş katibi Antonio Quttereş arasında telefon danışığı olub. Boyukmillet.com “TRT Haber”ə istinadən xəbər verir ki, bu barədə Türkiyə liderinin Mətbuat Midmətindən bildirilib. Qeyd olunub ki, Baş katib Rusiya Prezidenti Vladimir Putinlə görüş barədə Ərdoğanı məlumatlandırıb.

Read More »