Ukrayna Prezidenti Volodimir Zelenski müharibənin son mərhələsinin başlandığını bildirib. Zelenski qeyd edib ki, müharibənin son mərhələsi ən çətin və qanlı mərhələdir. O, hələ ukraynalıları xaricdən qayıtmağa çağıra bilmir. “Son mərhələ ən çətin, ən qanlı mərhələdir. Biz özümüzdən ayrılıb “Elədir, müharibə bitdi” deyə bilmərik. Açığını deyim ki, Kiyev vilayətinin işğaldan azad olunmasından sonra elə bir hiss var ki, hər şey, müharibə …
Read More »Zelenski: “Ukrayna qalib gələcək, amma bu, on minlərlə insanın həyatı bahasına olacaq”
“Ukrayna, şübhəsiz ki, Rusiya ilə müharibədə qalib gələcək. Amma bu, öldürülən on minlərlə insanın həyatına başa gələcək”. Boyukmillet.com xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski tələbələrlə söhbəti zamanı deyib. “Müstəqilliyimizi qazanacağımıza şübhəm yoxdur. Bu da bizim tariximizdə olacaq, digər ölkələr kimi vuruşub qalib gələcəyik. Bunun qiyməti on minlərlə insanın həyatıdır. Biz hamımız seçim etməliyik ki, hansı Ukraynada yaşamaq lazımdır”, …
Read More »Çavuşoğlu: “Ermənistan Azərbaycanın xoş niyyətli yaxınlaşmalarına cavab verməlidir”
“Ermənistan Azərbaycanın xoş niyyətli yaxınlaşmalara cavab verməlidir”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib. Nazir bildirib ki, Azərbaycan qazandığı qələbədən sonra bölgədə sülh və əmin-amanlıq istədiyini dünyaya göstərib, Ermənistana hərtərəfli sülh sazişi təklif edib. Sonra sərhədlərin müəyyənləşdirilməsi üzrə birgə komissiyanın yaradılması gündəmə gəlib, Brüsseldə keçirilən görüşlərdə bu məsələlərlə bağlı razılıq əldə edilib, birgə sərhəd komissiyası …
Read More »Səfir: “Türk milləti heç kəsə düşmən deyil”
“Türk milləti heç kəsə düşmən deyil. Biz irqçi deyilik”. “Report”un yerli bürosu xəbər verir ki, bunu Türkiyənin Gürcüstandakı səfiri Fatma Ceren Yazqan 19 May – Atatürkü Anma, Gənclər və İdman Günü münasibətilə keçirilən tədbirdə çıxışında deyib. O, Türkiyənin ərazi bütövlüyü və suverenliyinə hörmət göstərməyənlərə qarşı mübarizənin davam etdiriləcəyini bildirib. Türkiyənin milli bayram gününün tarixindən danışan səfir Mustafa Kamal Atatürkün qurtuluş savaşına liderliyinin …
Read More »Ərdoğan: “İsveç tamamilə terror yuvasıdır”
“NATO təhlükəsizlik təşkilatıdır. Alyansın içində terror təşkilatlarının olmasını qəbul edə bilmirik. Bu ölkələr (Finlandiya və İsveç) PKK/YPG-yə ev sahibliyi edir. Biz salındığımız dalana bir daha dirənməyi düşünmürük”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan söyləyib. “İsveç tamamilə terror yuvasıdır. Bir ölkə “yox” deyərsə, hər hansı namizəd ölkəni NATO-ya qəbul edə bilməzlər. Keçmişdə təşkilata daxil olanlar daxil olub. Bunun …
Read More »Ukrayna Prezident Ofisi: “Rusiya ilə müvəqqəti atəşkəs mümkün deyil”
“Rusiya qoşunları Ukraynadan çıxmalıdır”. Boyukmillet.com xəbər verir ki, bunu Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixaylo Podolyak tviterdə yazıb. “Rusiya qoşunları Ukraynadan çıxmayanadək atəşkəs mümkün deyil. Ukrayna ictimaiyyəti yeni “Minsk”in (Ukraynanın şərqindəki silahlı münaqişənin nizamlanmasına yönəlmiş kompleks tədbirlərin yerinə yetirilməsi üzrə razılaşmalar – red.) yaranmasında və bir neçə ildən sonra müharibəyə yenidən qayıtmaqda maraqlı deyil”, – o bildirib. M.Podolyak əlavə edib …
Read More »İran-Azərbaycan sərhəd körpüsü 6 aya hazır olacaq
İran-Azərbaycan sərhəd körpüsü 6 aya hazır olacaq. Boyukmillet.com İran mətbuatına istinadən xəbər verir ki, bunu İranın yol və şəhərsalma naziri Rüstəm Qasemi deyib. Qasemi iki ölkə arasında inkişaf edən tranzit və nəqliyyat əlaqələrinə uyğun olaraq Azərbaycana daxil olan İran yük maşınları üçün ödənişlərlə bağlı suala cavabında bildirib ki, İran yük maşınları üçün ödənişlərin azaldılması üçün iki ölkə arasında ekspertlər səviyyəsində …
Read More »Ukrayna hərbçiləri daha bir yaşayış məntəqəsini azad edib
Ukrayna hərbçiləri Xarkov yaxınlığında daha bir yaşayış məntəqəsini azad edib. Boyukmillet.com xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı feysbukda bildirib. Belə ki, Xarkov vilayətinin Dementyevka kəndinə nəzarət bərpa edilib. Hazırda Rusiya hərbçiləri Ternovaya bölgəsində irəliləyirlər.
Read More »NATO Baş katibinin Gürcüstanın Baş naziri ilə görüşə bilməməsinin səbəbi açıqlanıb – YENİLƏNİB
NATO-nun Baş katibi Yens Stoltenberq səhhəti ilə əlaqədar olaraq Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə görüşə bilməyib. Boyukmillet.com xəbər verir ki, bu barədə “İmedi” telekanalı məlumat yayıb. Bildirilib ki, baş katib təxminən bir həftə öncə koronavirusa yoluxub. Bu səbəbdən onun Berlinə planlaşdırılan səfəri də baş tutmayıb.13:15 Gürcüstanın Baş naziri İrakli Qaribaşvili və NATO-nun Baş katibi Yens Stoltenberq arasında Brüsseldə bu günə təyin olunmuş görüş ləğv edilib.
Read More »İdarə rəisi: “Paşinyan 44 günlük müharibə ilə bağlı istintaqda dindiriləcək”
“Ermənistanın Baş naziri Nikol Paşinyan 44 günlük müharibənin araşdırılması ilə bağlı başlayan cinayət işi çərçivəsində dindiriləcək”. Boyukmillet.com xəbər verir ki, bu barədə ölkə İstintaq Komitəsinin Xüsusi işlər üzrə idarənin rəisi Rafel Vardanyan müharibədə itkin düşmüş sayılan hərbçilərin valideynləri ilə görüşdə bildirib. O, dindirmənin dəqiq tarixini deməyib: “Bu cinayət işi çərçivəsində Ermənistan Baş Prokurorluğunun tapşırığı yerinə yetiriləcək. Sizin İstintaq Komitəsinin başçısı …
Read More »