Cümə axşamı , 2 Aprel 2026

Region

Mövlud Çavuşoğlu: “Misirlə münasibətlərin normallaşması başlayıb”

“Misirlə münasibətlərin normallaşması başlayıb”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “Haber Global” televiziyasına müsahibəsində deyib. “Amma proses yavaş gedir. Bu, sürətlənməlidir. Uğursuzluq yoxdur, amma sürətə ehtiyac var. Kəşfiyyat idarələri arasında təmaslar davam edir”, – o bildirib.

Read More »

Türkiyə XİN başçısı: “Qarşıdakı günlərdə İsrailə səfir təyin olunacaq”

“Qarşıdakı günlərdə İsrailə səfir təyin olunacaq”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu “Haber Global” televiziyasına müsahibəsində deyib. “Sənədlər hazırlanır. Prezidentimizə bu barədə məlumat verəcəyik. İşlərimiz bitmək üzrədir. Artıq səfir təyinatları üçün namizədlərimiz var”, – o deyib. “Fələstin İsraillə münasibətlərimizin normallaşmasında maraqlıdır. Fələstin dialoqun davam etməsini istəyir. Biz də qarşılıqlı dialoqun faydalarını görürük. Həm Fələstinlə bağlı mübarizəmizin davam …

Read More »

Mövlud Çavuşoğlu: “PKK/YPG-yə qarşı əməliyyatlara maraqları bir-birinə zidd olan ölkələr qarşı çıxır”

“Suriyanın ərazi bütövlüyü bizim üçün vacibdir. Dialoq üçün hədəf və məqsəd müəyyənləşməlidir. Dialoq nəticəyönümlü olmalıdır”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu “Haber Global” televiziyasına müsahibəsində deyib. “PKK/YPG-yə qarşı əməliyyatlara maraqları bir-birinə zidd olan ölkələr qarşı çıxır. ABŞ da, Rusiya da, İran da. Halbuki bizim əməliyyatlarımız Suriyanın sabitliyi, suverenliyi üçün vacibdir. Daxildəki rejimin bunu edəcək gücü varsa, biz …

Read More »

Türkiyə XİN başçısı: “Suriyada sabitlik tam təmin olunmalıdır”

“Suriyada 11 illik daxili savaş var. Orada hələ də terrorçular hökm sürür”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu “Haber Global” televiziyasına müsahibəsində deyib. “İnsanlar evlərinə qayıda bilmirlər. Biz əvvəldən bəri deyirik ki, ən yaxşı variant siyasi həlldir. Daxildəki rejim siyasi həll yoluna inanmır. Amma toqquşma ölkənin parçalanmasına səbəb ola bilər. Kəşfiyyat xidmətləri arasında dialoq davam edir. Suriyada sabitlik …

Read More »

Çavuşoğlu: “Yunanıstanla münasibətlərin yumşalmasının mənası yoxdur”

“Yunanıstan qara pr-dan əl çəkməlidir”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “Haber Global” televiziyasına müsahibəsində deyib. “Yunanıstan Beynəlxalq hüquqa əməl etməlidir. Avropa İttifaqına güvənərək bu addımları atırlar. Amma hərəkətlərindən əl çəkməlidirlər. Türkiyə kimi qonşunun qiymətini bilməlidirlər. Münasibətlərin yumşalmasının mənası yoxdur. Çünki Yunanıstan səmimi deyil”, – o deyib.

Read More »

Polşa Prezidenti Kiyevdə səfərdədir

Polşa Prezidenti Anjey Duda Kiyevə gəlib. Boyukmillet.com xəbər verir ki, onu Ukrayna Prezident Ofisinin nümayəndələri qarşılayıblar. Bildirilib ki, Anjey Duda səfər çərçivəsində Krım Platforması Sammitində iştirak edəcək. Xatırladaq ki, bu gün Krım Platforması Sammiti keçiriləcək. NATO Baş katibi Yens Stoltenberqin də konfransda iştirak edəcəyi gözlənilir.

Read More »

Bu gün Ukraynanın Milli Bayraq Günüdür

Bu gün, avqustun 23-ü Ukraynada Dövlət Bayrağı Günü kimi qeyd olunur. Boyukmillet.com xəbər verir ki, Ukraynanın mavi-sarı rəngli bayrağı ilk dəfə 1990-cı il martın 14-də rəsmi olaraq dalğalanıb. 1991-ci il avqustun 23-də bir qrup xalq deputatı Ukrayna bayrağını Ali Radanın iclas zalına gətirib. Həmin bayraq sentyabrın 4-də təntənəli şəkildə parlament binası üzərində qaldırılıb.

Read More »

Donetskdə Rusiyanın hərbi anbarı PUA ilə vurulub

Ukraynanın Donetsk vilayətində partlayış olub. Boyukmillet.com “UNIAN-a istinadən xəbər verir ki, bu barədə sosial şəbəkələrdə görüntülər yayılıb. Məlumata görə, partlayışa səbəb PUA hücumu olub. Rusiya tərəfinin döyüş sursatı anbarının məhv edildiyi bildirililir.

Read More »

Ermənistanda təxribat xarakterli vərəqələr paylanılır

İrəvanda “Ermənistan” siyasi bloku adından və birliyin loqosu olan təxribatçı, aldadıcı mətnli vərəqələr paylanır. Boyukmillet.com xəbər verir ki, bu barədə “Ermənistan” fraksiyasından olan deputat Qeqam Manukyan feysbuk səhifəsində yazıb. “Ermənistan” siyasi bloku adından İrəvanda loqosu olan təxribatçı, aldadıcı mətnli vərəqələr paylanır. Bunlar siyasi blokla heç bir əlaqəsi olmayan saxtakarlıqlardır və onların məqsədi sadəcə yeni təbliğat təxribatıdır. Hakimiyyətpərəst və hakimiyyətə yaxın …

Read More »

Türkiyədə ağır yol qəzası baş verib, 2-si jurnalist olmaqla 15 nəfər ölüb

Türkiyədə çox sayda insan ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. Boyukmillet.com “Anadolu”ya istinadən xəbər verir ki, hadisə Qaziantep-Nizip yolunda qeydə alınıb. İlkin məlumata görə, yüksək sürətlə hərəkətdə olan minik avtomobili idarəetmədən çıxıb və aşıb. Daha sonra hadisə yerinə gələn təcili tibbi yardım və yanğınsöndürən maşın ərazidə hərəkət edən avtobusla toqquşub. Hadisə nəticəsində azı 15 nəfərin öldüyü, 22 nəfərin …

Read More »