Ukrayna Silahlı Qüvvələri iyulun 29-da Rusiyanın 4 hərbi bazasını məhv edib. Boyukmillet.com xəbər verir ki, bunu Odessa Regional Hərbi Administrasiyasının nümayəndəsi Sergey Bratçuk bildirib. Onun sözlərinə görə, son sutkada Rusiyanın 12 sursat anbarı sıradan çıxarılıb.
Read More »Türkiyə 17 nəfərin ölümünə səbəb olmuş PKK terrorçusunu məhv edib
Türkiyə Milli Kəşfiyyat İdarəsinin Suriyada keçirdiyi əməliyyat nəticəsində PKK terror təşkilatının üzvü Nüsrət Tebiş zərərsizləşdirilib. Boyukmillet.com xəbər verir ki, o, “nöqtə əməliyyatı” nəticəsində məhv edilib. Qeyd edək ki, Nüsrət Tebiş 2008-ci ildə Güngörəndə törədilən terrorun şübhəlilələrindəndir. Güngörəndə terrorçu bombalı hücumu nəticəsində 17 nəfər ölmüş, 90 nəfər yaralanmışdı.
Read More »Türkiyənin meşə yanğınları kurort ərazisinə çatıb
Türkiyənin cənub-qərbindəki məşhur turizm şəhəri Marmarisdə meşə yanğınları kurort ərazisinə çatıb. Yanğınlar meşə yaxınlığında yerləşən otellərdən birinin ərazisinə yayılıb və bir neçə binanı məhv edib. Marmaris bələdiyyəsinin sədri Mehmet Oktay bildirib ki, otelin və yaxınlıqdakı obyektlərin bütün əməkdaşları təxliyə edilib. Yanğınla mübarizəyə yeddi helikopter və beş təyyarə cəlb olunub.
Read More »Ukrayna Baş Qərargahı: “Rusiyanın 40 500 hərbçisi məhv edilib”
“Ukraynada müharibə başlayandan bəri Rusiya Silahlı Qüvvələrinin 40 500 hərbçisi məhv edilib”. Boyukmillet.com xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. Bildirilib ki, Rusiya Silahlı Qüvvələrinin digər döyüş itkiləri 1 749 tank, 3 987 zirehli döyüş maşını, 900 artilleriya sistemi, 258 reaktiv yaylım atəşi sistemi, 117 hava hücumundan müdafiə sistemi, 222 təyyarə, 190 helikopter, 731 PUA, …
Read More »Çavuşoğlu: “Orta dəhlizin, Azərbaycanın və Türkiyənin mövqeyinin əhəmiyyəti artır”
“Son zamanlar Asiya və Orta Asiyada məhsulların Rusiya üzərindən Avropa bazarlarına çatdırılması xüsusilə Ukrayna ilə müharibə səbəbindən çətin və qeyri-mümkün görünür. Buna görə də Orta dəhlizin və Azərbaycan, Gürcüstan və Türkiyənin mövqeyinin əhəmiyyəti artır”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib. Türkiyənin xarici siyasət idarəsinin rəhbəri qeyd edib ki, rəsmi Ankara qarşıdakı dövrdə Gürcüstanı da …
Read More »Türkiyə ordusunun əsgəri həlak olub
Türkiyə ordusunun əsgəri İraqın şimalında keçirilən “Pençe-Kilit” əməliyyatı zonasında terrorçularla atışmada həlak olub. Boyukmillet.com xəbər verir ki, bu barədə Milli Müdafiə Nazirliyi məlumat yayıb. Məlumata görə, hadisə iyulun 28-də baş verib. Türkiyə ordusunun əsgəri terrorçuların açdığı atəş nəticəsində ağır yaralanıb. O, xəstəxanaya yerləşdirilsə də, yaralının həyatını xilas etmək mükün olmayıb. Nazirlik əsgərin ölümü ilə bağlı başsağlığı yayıb
Read More »Azərbaycan-Gürcüstan-Türkiyə parlamentlərarası əlaqələr müzakirə olunub
Gürcüstanın xarici işlər naziri İlya Darçiaşvili Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentopla görüşüb. Boyukmillet.com xəbər verir ki, bu barədə Gürcüstanın Xarici İşlər Nazirliyindən bildirilib. Gürcüstan və Türkiyə arasında uğurlu strateji tərəfdaşlığa toxunan tərəflər iki ölkənin parlamentləri və qanunverici orqanların komitələri arasındakı əməkdaşlıq məsələlərini müzakirə ediblər. Görüşdə Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli əməkdaşlıq formatında parlamentlərarası fəal əlaqələr vurğulanıb. M.Şentop Türkiyənin Gürcüstanın suverenliyi …
Read More »Ərdoğan Gürcüstana səfər edəcək
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Gürcüstana səfəri gözlənilir. Boyukmillet.com xəbər verir ki, bunu Gürcüstanın xarici işlər naziri İlya Darçiaşvili türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə keçirdiyi birgə brifinqdə deyib. O bildirib ki, dövlət başçısının səfəri M.Çavuşoğlu ilə görüşdə müzakirə etdiyi mövzulardan biri olub.
Read More »Çavuşoğlu: “Rusiya gübrəsinin ixracatı üçün maneənin aradan qalxmasına da yardım etdik”
“Ukraynada müharibənin qarşısını almaq üçün Prezident Rəcəb Tayyib Ərdoğan əlindən gələni etdi”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Gürcüstanın xarici işlər naziri İlya Darçiaşvili ilə keçirdiyi birgə brifinqdə deyib. “Təkcə Ukrayna taxılının deyil, Rusiya gübrəsinin ixracatı üçün maneənin aradan qalxmasına da yardım etdik”, – M.Çavuşoğlu vurğulayıb. Onun sözlərinə görə, İstanbuldakı tənzimləmə mərkəzi bu prosesi yaxından …
Read More »KİV: “Rusiya NATO ölkələrinə nüvə zərbəsi endirə bilər”
Rusiya Avropaya nüvə zərbəsi endirə bilər. Boyukmillet.com UNIAN-a istinadən xəbər verir ki, bu qənaətə Pentaqonun sifarişlərini yerinə yetirən ABŞ mərkəzli araşdırma mərkəzi olan “Rand Corporation”ın analitikləri gəlib. Bildirilib ki, Rusiya Ukraynadakı münaqişənin “üfüqi eskalasiyasına” gedərək NATO-nun avropalı üzvlərinə sıçratmaqla zərbələr endirmək qərarına gələ bilər. Qeyd olunub ki, NATO-nun Ukraynadakı müharibəyə birbaşa hərbi müdaxiləsinin qaçılmaz olması Rusiyanı belə bir addım atmağa …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar