“Terrorçular artıq hər iki dövlət – həm Türkiyə, həm də İran üçün problemə çevrilib”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İran Prezidenti İbrahim Rəisi ilə birgə keçirdiyi brifinqdə bildirib. “Terrorla mübarizə bizim üçün çox vacibdir. Bunları artıq NATO sənədlərinə də daxil etmişik. Terrorçular hansı ölkədə olursa-olsunlar, o ölkədə sabitliyə, hüzura mane olurlar”, – o bildirib.
Read More »Haluk Bayraktar: “PUA-larımızı Rusiyaya tədarük etməmişik və gələcəkdə də etməyəcəyik”
“Türkiyənin “Baykar Makina” şirkəti heç vaxt “Bayraktar” pilotsuz uçuş aparatlarını (PUA) Rusiyaya tədarük etməyib və Ukraynanı dəstəklədiyi üçün gələcəkdə də etməyəcək”. Boyukmillet.com xəbər verir ki, bunu CNN telekanalına müsahibəsində şirkətin baş direktoru Haluk Bayraktar deyib. Onun sözlərinə görə, Türkiyə ilə Ukrayna arasında münasibətlər strateji xarakter daşıyır: “Bu, müdafiə və aerokosmik sektorlara da aiddir. Türkiyə Ukraynada PUA istehsalını dəstəkləyir, öz dronları …
Read More »İnstitut: “Putin etnik rusları səfərbər etməmək üçün daha çox milli azlıqları döyüşə göndərir”
Rusiya Prezidenti Vladimir Putin etnik rusların ümumi səfərbərliyinə yol verməmək üçün Ukraynadakı müharibənin yükünü etnik azlıqların üzərinə qoymağa çalışır. Boyukmillet.com xəbər verir ki, bu barədə ABŞ mərkəzli Müharibə Araşdırmaları İnstitutu (MAİ) məlumat yayıb. Bildirilib ki, V.Putinin bu cür hərəkətləri Rusiyanın etnik anklavlarında müqavimətə yol aça bilər. Qeyd olunub ki, Rusiyada tuvalı fəallardan ibarət müharibə əleyhinə təşkilat olan “Yeni Tuva” hərəkatı yaradılıb. …
Read More »Türkiyənin DİN rəhbərinin əmisi oğlu qətlə yetirilib
Türkiyənin daxili işlər naziri Süleyman Soylunun əmisi oğlu Sefa Dönmez Trabzonda silahlı hücum zamanı qətlə yetirilib. Boyukmillet.com xəbər verir ki, hadisə dünən axşam saatlarında Of rayonunun Atatürk Bulvarında baş verib. Fatih U. ilə Sefa Dönmez arasında naməlum səbəbdən mübahisə yaşanıb. Qısa müddət sonra davaya çevrilən hadisə zamanı Fatih U. üstündəki tapança ilə Dönmezə 5 dəfə atəş açıb. Yaralı Of Dövlət …
Read More »Türkiyə NATO-ya üzvlüklə bağlı İsveç və Finlandiyaya xəbərdarlıq edib
Türkiyə NATO-ya üzvlüklə bağlı İsveç və Finlandiyaya xəbərdarlıq edib. Boyukmillet.com “Habertürk”ə istinadən xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib ki, İsveç və Finlandiyanın NATO üzvlüyü ilə bağlı alyansa üzv olan bütün ölkələr məlumatlandırılıb. “Şərti razılığımızı üzv dövlətlərlə bölüşdük. Bir daha sizə xatırlatmaq istəyirəm ki, əgər bu ölkələr bizim şərtlərimizi yerinə yetirmək üçün lazımi addımları atmasalar, biz prosesi donduracağıq”, …
Read More »Ərdoğanın Cənubi Amerika səfəri təxirə salınıb
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Cənubi Amerika səfəri təxirə salınıb. Boyukmillet.com “CNN Türk”ə istinadən xəbər verir ki, o, Meksika və Venesuelaya planlaşdırılmış tarixdə getməyəcək. Qeyd edək ki, daha əvvəl Türkiyə liderinin bu yaxınlarda Cənubi Amerikaya səfər edəcəyinə dair məlumat verilmişdi.
Read More »Zelenski UTX rəhbərini və baş prokuroru vəzifədən kənarlaşdırmasının səbəbini açıqlayıb
Ukraynanın Təhlükəsizlik Xidməti (UTX) rəhbərinin və baş prokurorunun vəzifəsindən kənarlaşdırılması səbəbi məlum olub. Bu barədə Boyukmillet.com Ukrayna Prezidenti Volodimir Zelenskinin müraciətinə istinadən xəbər verir. Belə ki, Zelenski ölkənin hüquq-mühafizə orqanlarının əməkdaşları ilə Rusiya xüsusi xidmət orqanları arasında qeydə alınan məxfi əlaqələrə görə İvan Bakanovu Təhlükəsizlik Xidmətinin rəhbəri, İrina Venediktovanı isə baş prokuror vəzifəsindən kənarlaşdırıb. Prezident bildirib ki, hazırda dövlətə xəyanət və prokurorluq, …
Read More »Türkiyə ordusu PUA-lardan müdafiə sistemləri alıb
Türkiyə ordusu ilk dəfə olaraq kiçik ölçülü pilotsuz uçuş aparatları (mini və mikro PUA-lar) ilə mübarizə üçün “Şahin” (ŞAHİN 40 mm) mübarizə sistemləri alıb. Boyukmillet.com yerli KİV-ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Müdafiə Sənayesi İdarəsinin rəhbəri İsmayıl Dəmir bildirib. Sistemin quraşdırılması Türkiyənin müdafiə sənayesinin flaqmanı – ASELSAN konserni tərəfindən hazırlanıb. İdarə rəhbəri qeyd edib ki, kompleksin daşınması, yerləşdirilməsi …
Read More »Ukraynanın baş prokuroru və Təhlükəsizlik Xidmətinin rəhbəri vəzifələrindən azad edilib
Ukrayna Prezidenti Volodimir Zelenski Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbəri İvan Bakanovu, və baş prokuror İrina Venediktovanı vəzifələrindən kənarlaşdırıb. Boyukmillet.com xəbər verir ki, bununla bağlı müvafiq sərəncamlar dövlət başçısının internet saytında yerləşdirilib. “Ukraynanın 24 mart 1999-cu il tarixli 551-XIV nömrəli Qanunu ilə təsdiq edilmiş Ukrayna Silahlı Qüvvələrinin İntizam Nizamnaməsinin 47-ci maddəsinə əsasən, Bakanov İvan Gennadyeviç Ukrayna Təhlükəsizlik Xidmətinin rəisi vəzifəsindən kənarlaşdırılsın”, – …
Read More »Türkiyə ordusunun daha bir hərbçisi terrorçuların açdığı atəş nəticəsində həlak olub
Türkiyə ordusunun daha bir hərbçisi İraqın şimalında keçirilən “Pençe-Kilit” əməliyyatı zonasında həlak olub. Boyukmillet.com xəbər verir ki, bu barədə Milli Müdafiə Nazirliyi məlumat yayıb. Məlumata görə, hərbçi terrorçuların açdığı atəş nəticəsində həlak olub. Nazirlik hərbçinin ölümü ilə bağlı Türkiyə xalqına başsağlığı verib, səbir diləyib. Qeyd edək ki, bundan əvvəl Türkiyə ordusunun digər hərbçisi İraqın şimalında keçirilən “Pençe-Kilit” əməliyyatı zonasında terrorçularla …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar