Cümə axşamı , 2 Aprel 2026

Region

Ərdoğan Putinlə Azərbaycana aid müzakirə etdiyi məsələləri açıqlayıb

“Cənab Putinin, deyəsən, bir gün əvvəl cənab İlham Əliyevlə müzakirəsi olmuşdu. Hətta mənə “Sizə İlham Əliyevin də salamını gətirirəm” dedi”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İrandan qayıdarkən jurnalistlərə müsahibəsində deyib. “Putin müzakirə vaxtı İlham Əliyevin müsbət istiqamətdə irəlilədiyini bildirdi. Bilirsiniz ki, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə Azərbaycan və Ermənistan liderləri üçtərəfli formatda görüş keçiriblər. …

Read More »

Türkiyə Gürcüstan ordusunu loqistik avadanlıqlarla təchiz edib

Türkiyə Gürcüstanın Müdafiə Qüvvələrini yeni loqistik avadanlıqlarla təchiz edib. Boyukmillet.com xəbər verir ki, bu barədə Gürcüstanın Müdafiə Nazirliyindən bildirilib. Gürcüstan ordusunun loqistika imkanlarının təkmilləşdirilməsi məqsədilə Türkiyənin “Hıdromek” şirkətinə məxsus 8 mini ekskavator-yükləyici traktor təqdim olunub. Texnikanın təhvil-təslim mərasimində Gürcüstanın müdafiə naziri Cuanşer Burçuladze və Türkiyə səfiri Ali Kaan Orbay iştirak ediblər. Onlar yeni avadanlıqlara baxış keçirib və imkanları ilə tanış olublar. Loqistika avadanlıqlarının təhvil …

Read More »

Putin Ukrayna taxılının ixracının şərtini açıqlayıb

Moskva Rusiyanın ərzaq məhsullarının ixracına qoyulan bütün məhdudiyyətlərin aradan qaldırılması şərti ilə Ukrayna taxılının ixracını asanlaşdırmağa hazırdır. Boyukmillet.com xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin bəyan edib. “ABŞ ərzaq bazarında vəziyyəti yaxşılaşdırmaq istəyirsə, Rusiya taxıl ixracına qoyulan bütün məhdudiyyətləri aradan qaldırmalıdır.Türkiyə Cümhuriyyəti və şəxsən prezident Rəcəb Tayyib Ərdoğan Ukrayna taxılının ixracı ilə bağlı razılığa gəlmək üçün çox işlər görüblər. Amma …

Read More »

Ərdoğan: “Terrorçular həm Türkiyə, həm də İran üçün problemə çevrilib”

“Terrorçular artıq hər iki dövlət – həm Türkiyə, həm də İran üçün problemə çevrilib”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İran Prezidenti İbrahim Rəisi ilə birgə keçirdiyi brifinqdə bildirib. “Terrorla mübarizə bizim üçün çox vacibdir. Bunları artıq NATO sənədlərinə də daxil etmişik. Terrorçular hansı ölkədə olursa-olsunlar, o ölkədə sabitliyə, hüzura mane olurlar”, – o bildirib.

Read More »

Haluk Bayraktar: “PUA-larımızı Rusiyaya tədarük etməmişik və gələcəkdə də etməyəcəyik”

“Türkiyənin “Baykar Makina” şirkəti heç vaxt “Bayraktar” pilotsuz uçuş aparatlarını (PUA) Rusiyaya tədarük etməyib və Ukraynanı dəstəklədiyi üçün gələcəkdə də etməyəcək”. Boyukmillet.com xəbər verir ki, bunu CNN telekanalına müsahibəsində şirkətin baş direktoru Haluk Bayraktar deyib. Onun sözlərinə görə, Türkiyə ilə Ukrayna arasında münasibətlər strateji xarakter daşıyır: “Bu, müdafiə və aerokosmik sektorlara da aiddir. Türkiyə Ukraynada PUA istehsalını dəstəkləyir, öz dronları …

Read More »

İnstitut: “Putin etnik rusları səfərbər etməmək üçün daha çox milli azlıqları döyüşə göndərir”

Rusiya Prezidenti Vladimir Putin etnik rusların ümumi səfərbərliyinə yol verməmək üçün Ukraynadakı müharibənin yükünü etnik azlıqların üzərinə qoymağa çalışır. Boyukmillet.com xəbər verir ki, bu barədə ABŞ mərkəzli Müharibə Araşdırmaları İnstitutu (MAİ) məlumat yayıb. Bildirilib ki, V.Putinin bu cür hərəkətləri Rusiyanın etnik anklavlarında müqavimətə yol aça bilər. Qeyd olunub ki, Rusiyada tuvalı fəallardan ibarət müharibə əleyhinə təşkilat olan “Yeni Tuva” hərəkatı yaradılıb. …

Read More »

Türkiyənin DİN rəhbərinin əmisi oğlu qətlə yetirilib

Türkiyənin daxili işlər naziri Süleyman Soylunun əmisi oğlu Sefa Dönmez Trabzonda silahlı hücum zamanı qətlə yetirilib. Boyukmillet.com xəbər verir ki, hadisə dünən axşam saatlarında Of rayonunun Atatürk Bulvarında baş verib. Fatih U. ilə Sefa Dönmez arasında naməlum səbəbdən mübahisə yaşanıb. Qısa müddət sonra davaya çevrilən hadisə zamanı Fatih U. üstündəki tapança ilə Dönmezə 5 dəfə atəş açıb. Yaralı Of Dövlət …

Read More »

Türkiyə NATO-ya üzvlüklə bağlı İsveç və Finlandiyaya xəbərdarlıq edib

Türkiyə NATO-ya üzvlüklə bağlı İsveç və Finlandiyaya xəbərdarlıq edib. Boyukmillet.com “Habertürk”ə istinadən xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib ki, İsveç və Finlandiyanın NATO üzvlüyü ilə bağlı alyansa üzv olan bütün ölkələr məlumatlandırılıb. “Şərti razılığımızı üzv dövlətlərlə bölüşdük. Bir daha sizə xatırlatmaq istəyirəm ki, əgər bu ölkələr bizim şərtlərimizi yerinə yetirmək üçün lazımi addımları atmasalar, biz prosesi donduracağıq”, …

Read More »

Ərdoğanın Cənubi Amerika səfəri təxirə salınıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Cənubi Amerika səfəri təxirə salınıb. Boyukmillet.com “CNN Türk”ə istinadən xəbər verir ki, o, Meksika və Venesuelaya planlaşdırılmış tarixdə getməyəcək. Qeyd edək ki, daha əvvəl Türkiyə liderinin bu yaxınlarda Cənubi Amerikaya səfər edəcəyinə dair məlumat verilmişdi.

Read More »

Zelenski UTX rəhbərini və baş prokuroru vəzifədən kənarlaşdırmasının səbəbini açıqlayıb

Ukraynanın Təhlükəsizlik Xidməti (UTX) rəhbərinin və baş prokurorunun vəzifəsindən kənarlaşdırılması səbəbi məlum olub. Bu barədə Boyukmillet.com Ukrayna Prezidenti Volodimir Zelenskinin müraciətinə istinadən xəbər verir. Belə ki, Zelenski ölkənin hüquq-mühafizə orqanlarının əməkdaşları ilə Rusiya xüsusi xidmət orqanları arasında qeydə alınan məxfi əlaqələrə görə İvan Bakanovu Təhlükəsizlik Xidmətinin rəhbəri, İrina Venediktovanı isə baş prokuror vəzifəsindən kənarlaşdırıb. Prezident bildirib ki, hazırda dövlətə xəyanət və prokurorluq, …

Read More »