Bazar ertəsi , 26 Oktyabr 2026
Drone Cameras

Türkiyə Gürcüstan ordusunu loqistik avadanlıqlarla təchiz edib

Türkiyə Gürcüstanın Müdafiə Qüvvələrini yeni loqistik avadanlıqlarla təchiz edib.

Boyukmillet.com xəbər verir ki, bu barədə Gürcüstanın Müdafiə Nazirliyindən bildirilib.

Gürcüstan ordusunun loqistika imkanlarının təkmilləşdirilməsi məqsədilə Türkiyənin “Hıdromek” şirkətinə məxsus 8 mini ekskavator-yükləyici traktor təqdim olunub.

Texnikanın təhvil-təslim mərasimində Gürcüstanın müdafiə naziri Cuanşer Burçuladze və Türkiyə səfiri Ali Kaan Orbay iştirak ediblər. Onlar yeni avadanlıqlara baxış keçirib və imkanları ilə tanış olublar.

Loqistika avadanlıqlarının təhvil verilməsi 2019-cu ildə Gürcüstan və Türkiyə arasında imzalanmış hərbi maliyyə əməkdaşlığı sazişi çərçivəsində həyata keçirilib. Avadanlığın dəyəri 404 824 ABŞ dolları təşkil edir.

Check Also

Naxçıvanda ağır qəza: çox sayda xəsarət alan var – FOTO

Naxçıvan-Şahbuz magistralında ağır yol-nəqliyyat hadisəsi baş verib.Boyukmillet.com xəbər verir ki, hadisə magistralın Babək rayonu Vayxır …