Madriddə Gürcüstanın Baş naziri İrakli Qaribaşvili və Fransa Prezidenti Emmanuel Makron arasında görüş baş tutub. Boyukmillet.com xəbər verir ki, tərəflər mövcud çağırışlar fonunda regional təhlükəsizliyin möhkəmləndirilməsi yollarını müzakirə ediblər. İ.Qaribaşvili Gürcüstanla Fransa arasında uzunmüddətli tərəfdaşlığın dərinləşdirilməsinə ümidvarlıq ifadə edib. Görüşdə ölkələr arasında ikitərəfli və çoxtərəfli formatlarda dinamik və intensiv əməkdaşlıq məsələləri ətrafında da fikir mübadiləsi aparılıb.
Read More »Xəzəryanı ölkələrin növbəti sammiti İranda keçiriləcək
Xəzəryanı ölkələrin növbəti, yəni yeddinci sammiti razılaşdırılan tarixdə İranda keçiriləcək. Boyukmillet.com xəbər verir ki, bu barədə Qazaxıstan Prezidentinin mətbuat xidmətinin Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısına dair rəsmi məlumatında bildirilib. “Xəzəryanı ölkələrin yeddinci sammiti razılaşdırılan tarixdə İran İslam Respublikasında keçiriləcək”, – sənəddə qeyd olunub.
Read More »Boris Conson Gürcüstana səfərə dəvət olunub
Gürcüstanın Baş naziri İrakli Qaribaşvili və Böyük Britaniyanın Baş naziri Boris Conson arasında görüş keçirilib. Boyukmillet.com xəbər verir ki, görüş NATO-nun Madrid sammiti çərçivəsində baş tutub. Görüşün əsas mövzusu Gürcüstan və Böyük Britaniya arasında strateji tərəfdaşlıq və sıx dostluq əlaqələri olub. İ.Qaribaşvili B.Consona Gürcüstanın suverenliyi, ərazi bütövlüyü və Avroatlantik inteqrasiyasına sarsılmaz dəstəyinə görə təşəkkür bildirib və tərəfdaşlığın bundan sonra da dərinləşdirilməsinə ümidvarlıq ifadə edib. …
Read More »Rəhmon və Putin Əfqanıstanla sərhədin mühafizəsi ilə bağlı müzakirələr aparıb
Rusiya və Tacikistan prezidentləri Vladimir Putinlə Emoməli Rəhmon Düşənbədə keçirilən görüşdə təhlükəsizlik sahəsində əməkdaşlığın genişləndirilməsi, Tacikistan-Əfqanıstan sərhədinin möhkəmləndirilməsi və digər aktual məsələləri müzakirə ediblər. Boyukmillet.com xəbər verir ki, danışıqlarda prezidentlər Tacikistan-Əfqanıstan sərhədindəki vəziyyətə xüsusi diqqət yetiriblər. Bu kontekstdə Emoməli Rəhmon və Vladimir Putin Tacikistan-Əfqanıstan sərhədinin mühafizəsinin gücləndirilməsi ətrafında fikir mübadiləsi aparıblar. Rusiya Prezidenti Vladimir Putin Düşənbəyə işgüzar səfərlə gəlib və …
Read More »Ərdoğan: “Yunanıstanın Baş naziri ilə görüş mümkün görünmür”
“Yunanıstanın Baş naziri ilə görüş mümkün görünmür”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-nun Madrid sammitinə yola düşməzdən əvvəl hava limanında keçirdiyi mətbuat konfransında deyib. “Biz o qapını bağladıq. Bundan sonra ritorikalarını düzəltməlidirlər. Ondan sonra hansı səviyyədə təmaslar apara biləcəyimizi düşünərik”, – o söyləyib.
Read More »Ərdoğan və Bayden arasında telefon danışığı olub
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və amerikalı həmkarı Cozef Bayden arasında telefon danışığı olub. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyə lideri NATO-nun Madrid sammitinə yola düşməzdən əvvəl hava limanında keçirdiyi mətbuat konfransında deyib. “ABŞ Prezidenti bu axşam və ya sabah görüşmək arzusunu bildirdi. Biz də “Ola bilər” dedik”, – R.T.Ərdoğan vurğulayıb.
Read More »Türkiyə lideri: “Ukraynada müharibənin dayandırılması üçün təşəbbüslərimizi davam etdiririk”
“Ukraynada müharibənin dayandırılması üçün təşəbbüslərimizi davam etdiririk”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-nun Madrid sammitinə yola düşməzdən əvvəl hava limanında keçirdiyi mətbuat konfransında deyib. “İndiyədək bu istiqamətki ən önəmli hadisə İstanbuldakı görüş olub. Türkiyə NATO missiyasına töhfə verən əsas ölkələrdən biridir. Odur ki, Türkiyə öhdəsinə düşəni yerinə yetirir”, – o bildirib. Türkiyə lideri, həmçinin bildirib …
Read More »Türkiyə Prezidenti NATO sammitində iştirak etmək üçün Madridə yola düşüb
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-nun sammitində iştirak etmək üçün İspaniyanın paytaxtı Madridə yola düşüb. Boyukmillet.com xəbər verir ki, o, səfərdən əvvəl paytaxt Ankaranın Esenboğa Hava Limanında mətbuat konfransı keçirib. Dövlət başçısı sammitdə müzakirə olunacaq məsələlərdən, ikitərəfli və çoxtərəfli formatda keçirəcəyi görüşlərdən danışıb, jurnalistlərin suallarını cavablandırıb. Qeyd edək ki, NATO-nun sammiti bu gün başlayır. İclas iki gün davam edəcək. Sammitdə qurumun …
Read More »Ərdoğan: “Finlandiya və İsveç NATO-ya Türkiyənin mövqeyi nəzərə alınaraq daxil ola bilər”
“Finlandiya və İsveçin NATO-ya üzv olması üçün Türkiyənin təhlükəsizliklə bağlı narahatlığı nəzərə alınmalıdır. Başqa yol yoxdur”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-nun sammitində iştirak etmək üçün İspaniyanın paytaxtı Madridə səfərdən əvvəl Ankaranın Esenboğa Hava Limanında mətbuat konfransında bildirib. O xatırladıb ki, Türkiyə 70 ildir NATO-nun üzvüdür: “Biz Alyansda təsadüfi ölkə deyilik”. Daha əvvəl bildirilmişdi ki, …
Read More »Türkiyənin məşhur aktyoru Cüneyt Arkın vəfat edib
Türkiyənin məşhur aktyoru Cüneyt Arkın vəfat edib. Boyukmillet.com NTV-yə istinadən xəbər verir ki, aktyor 84 yaşında dünyasını dəyişib.
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar