Cümə axşamı , 19 Fevral 2026

Region

İraqda Türkiyə hərbçisi şəhid olub

İyunun 21-də İraqın şimalındakı “Pəncə-Kilid” əməliyyat zonasında Türkiyə Silahlı Qüvvələrinin çavuşu Sercan Baş terrorçuların açdığı atəş nəticəsində şəhid olub. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb. Xatırladaq ki, aprelin 18-də gecə saatlarında Türkiyə Silahlı Qüvvələri İraqın şimalında yeni antiterror əməliyyatına başlayıb. PKK terror qruplaşması üzvlərinin gizləndiyi yerlərin dağıdılmasına hədəflənən bu əməliyyatda havadan kəşfiyyat və zərbə PUA-ları, …

Read More »

Ərdoğan bu gün Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi ilə görüşəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanla görüşəcək Boyukmillet.com xəbər verir ki, Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi bu gün Türkiyəyə səfər edəcək. Türkiyə Prezidenti şahzadəni Beştəpə iqamətgahında qəbul edəcək. Görüş zamanı regional və beynəlxalq proseslər, xüsusilə iki ölkə arasındakı əlaqələr müzakirə olunacaq. Bundan əlavə, Türkiyə ilə Səudiyyə Ərəbstanı arasında bir sıra ticarət müqavilələrinin imzalanması …

Read More »

Ermənistanda partiya sədri deputat mandatından imtina edib

Ermənistanın müxalif Vətən Partiyasının sədri, Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru Artur Vanesyan deputat mandatından imtina edib. Boyukmillet.com xəbər verir ki, məlumatı “Aysor” yayıb. O, bu addımı hökumətin fəaliyyətinə etiraz olaraq atdığını bildirib. Qeyd edək ki, A.Vanesyan 2016-2018-ci illərdə Milli Təhlükəsizlik Xidmətinin Yerevan idarəsinin rəisi müavini işləyib. O, 2018-ci il mayın 10-dan Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru təyin edilib. Baş nazir …

Read More »

İran və Qazaxıstan ikitərəfli əməkdaşlığa dair 9 sənəd imzalayıb

İran və Qazaxıstan Tehranda ikitərəfli əməkdaşlığa dair 9 əməkdaşlıq sazişi imzalayıblar. Boyukmillet.com xəbər verir ki, sazişlər siyasi, iqtisadi, ticarət, nəqliyyat, investisiya, texnoloji, ekoloji, idman, enerji, məhkəmə, tədqiqat və turizm sektorlarında qarşılıqlı fəaliyyətə aiddir. İmzalanma Qazaxıstan və İran prezidentləri Kasım-Jomart Tokayev və İbrahim Rəisinin iştirakı ilə baş tutub. Qeyd edək ki, Tokayev İran tərəfinin dəvəti ilə Tehrana rəsmi səfər edib.

Read More »

Qazaxıstan Moskvaya cavab olaraq Rusiya kömürünün tranzitini dayandırıb

Qazaxıstanın Rusiya kömürünün tranzitini dayandırıb. Bu barədə Boyukmillet.com xarici mətbuata istinadən xəbər verir. Məlumata görə, Qazaxıstan hakimiyyəti öz ərazisində kömür daşıyan 1 700 vaqonun qarşısını kəsib. Xatırladaq ki, Prezident Kasım Jomart-Tokayevin Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda bir sıra bəyanatlar səsləndirməsindən sonra Rusiya Qazaxıstan neftinin ixrac üçün daşınmasına məhdudiyyətlər qoyub. “Kommersant” nəşri vəziyyətlə tanış olan mənbələrə istinadən xəbər verib ki, Qazaxıstanın Qərb alıcılarının onu …

Read More »

Ermənistanda Rusiya üstündə atışma olub, 2 hərbçi ölüb, 5 nəfər yaralanıb

Ermənistanın Araqasotn rayonunda atışma olub. Bu barədə Boyukmillet.com “NEWS.am”a istinadən xəbər verir. Məlumata görə, hadisə ötən gün, yerli vaxtla saat 19:45-də Niqavan kəndində olub. Bir neçə nəfər arasında baş verən qarşıdurma silahlı insidentlə nəticələnib. Atışma zamanı 7 nəfər yaralanıb. Onlar xəstəxanaya çatdırılıb, lakin yaralılardan ikisi orada ölüb. Bildirilir ki, yaralılardan ikisi ağır vəziyyətdədir. Qeyd edilir ki, atışma zamanı ov tüfəngindən istifadə olunub. Hadisə …

Read More »

Fətəli Xan Xoyskinin məzarı ziyarət olunub

Tbilisidə Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaradıcılarından biri, o cümlədən Azərbaycanın ilk baş naziri kimi tarixə düşən Fətəli Xan Xoyskinin xatirəsi anılıb. Boyukmillet.com xəbər verir ki, görkəmli dövlət və siyasi xadimin Nəbatat bağındakı görkəmli azərbaycanlıların panteonundakı məzarı qətlinin 102-ci ildönümü günündə ziyarət olunub. Ziyarətdə Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev və səfirlik əməkdaşları iştirak ediblər. F.Xoyski ilə yanaşı, AXC parlamentinin sədr müavini …

Read More »

Zelenski ərzaq böhranını həll edəcək şərti açıqlayıb

“Ukraynanın mövqeyi aydın və dəyişməz olaraq qalır – beynəlxalq vasitəçiliyin yardımı ilə Ukrayna limanlarında gəmiçiliyin təhlükəsizliyini təmin etmək mümkün olan kimi dövlət dünyada ərzaq böhranına qarşı çıxmaq üçün hər şey edəcək”. Boyukmillet.com xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski videomüraciətində söyləyib. “Mən cənubdan qayıdıram – Nikolayev vilayətində ön xəttə, eləcə də Nikolayevin özündə, həmçinin Odessa vilayətində oldum. Müdafiəçilərimiz – …

Read More »

Ukrayna Ordusu: “Xerson istiqamətində 28 Rusiya hərbçisi zərərsizləşdirilib”

Ukrayna Silahlı Qüvvələri iyunun 18-də cənub cəbhəsində 4 hava hücumu həyata keçirib. Ukrayna hərbçiləri üç helikopterlə Xerson vilayətində işğalçıların cəmləşdiyi yerə zərbələr endiriblər. Boyukmillet.com xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin “Cənub” operativ komandanlığı feysbukda məlumat yayıb. Bildirilib ki, Ukrayna hərbçiləri Xerson vilayətinin Davıdov Brod və Nikolayev vilayətinin Snegirevka ərazilərində Rusiya qoşunlarının canlı qüvvə və texnikasının toplandığı əraziyə qırıcı …

Read More »

Gürcüstanın Baş naziri Ermənistana gedib

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili hökumət üzvləri ilə birgə Ermənistana işgüzar səfər edib. Boyukmillet.com xəbər verir ki, birgünlük səfər Ermənistanın Baş naziri Nikol Paşinyanın dəvəti əsasında baş tutub. İ.Qaribaşvili İrəvana səfərdən sonra iyunun 20-21-də Qətərə yola düşəcək. O, Qətər İqtisadi Forumunun panel müzakirəsinə qatılacaq. İyunun 28-30-da isə hökumət başçısı NATO-nun Madrid sammitində iştirak edəcək.

Read More »