Cümə axşamı , 19 Fevral 2026

Region

Mirzoyan və Donfrid İrəvanla Bakı arasında münasibətlərin normallaşması prosesini müzakirə ediblər

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid şənbə günü İrəvanda Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması prosesini müzakirə ediblər. Boyukmillet.com xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb. “Mirzoyan həmsöhbətini Azərbaycanla münasibətlərin normallaşması, delimitasiya və sərhəd təhlükəsizliyi məsələləri üzrə komissiyanın fəaliyyəti, həmçinin regionda iqtisadi əlaqələrin …

Read More »

Ukrayna tərəfi Rusiya ilə sülh danışıqlarının hansı halda bərpa oluna biləcəyini açıqlayıb

“Ukrayna tərəfi hazırda Rusiya ilə danışıqları bərpa etmək imkanını nəzərdən keçirmir. Avqustun sonunda Ukrayna Silahlı Qüvvələrinin bəzi istiqamətlərdə əks-hücumundan sonra hər şey dəyişə bilər”. Boyukmillet.com xəbər verir ki, bunu deputat, Ukrayna nümayəndə heyətinin Rusiya ilə danışıqlardakı rəhbəri David Araxamia “Amerikanın Səsi” radiosuna müsahibəsində deyib. O vurğulayıb ki, Ukrayna Rusiya ilə sülh danışıqlarını yalnız cəbhədəki mövqeləri gücləndiriləcəyi təqdirdə bərpa edə bilər. …

Read More »

Naxçıvanın ictimaiyyət nümayəndələri hərbi hissələrdə olublar

26 iyun Silahlı Qüvvələr Günü ərəfəsində Naxçıvan Muxtar Respublikasının ictimaiyyət nümayədələri hərbi hissələrdə olublar, hərbçilərə mövsümi meyvələrdən sovqat aparıblar. Boyukmillet.com xəbər verir ki, Babək Rayon İcra Hakimiyyəti kollektivinin bu münasibətlə hərbçilərlə keçirdiyi görüşdə çıxış edənlər bildiriblər ki, Naxçıvanda salınan meyvə bağlarından məhsulların toplanaraq əsgərlərə sovqat aparılması ənənəyə çevrilib. Hərbçilər şəxsi heyət adından göstərilən diqqətə və gətirilən sovqata görə minnətdarlıq ediblər. …

Read More »

Putin Ermənistanda vəziyyətin qeyri-sabit olduğunu vurğulayıb

Rusiya Prezidenti Vladimir Putin həmkarı Vaaqn Xaçaturyanla görüşündə Ermənistanda vəziyyətin qeyri-sabit olduğunu vurğulayıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Kremlin saytı məlumat yayıb. Rusiya lideri bildirib ki, rəsmi Kreml Ermənistanda baş verən hər şeyi başa düşür və orada vəziyyətin sabit olmasında maraqlıdır. “Biz bu gün Ermənistanda, Ermənistan ətrafında baş verən hər şeyi başa düşürük. Biz ölkədə vəziyyətin sabit olmasında və mütərəqqi …

Read More »

XİN başçısı: “Gürcüstan mütləq Aİ-nin üzvü olacaq”

“Gürcüstan mütləq Avropa İttifaqının üzvü olacaq”. Boyukmillet.com xəbər verir ki, bunu Gürcüstan xarici işlər naziri İlya Darçiaşvili keçirdiyi brifinqdə deyib. Onun sözlərinə görə, Avropa Komissiyası bugünkü tövsiyəsi ilə Gürcüstanın Avropa İttifaqına daxil olması perspektivinin geri dönməz reallıq olduğunu ilk dəfə rəsmən təsdiqləyib.

Read More »

Putin: “Rusiya Ukraynanın Aİ-yə daxil olmasına qarşı deyil”

Avropa İttifaqı hərbi təşkilat deyil, ona görə də Rusiya Ukraynanın ona qoşulmasının əleyhinə deyil. Boyukmillet.com xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Sankt-Peterburq Beynəlxalq İqtisadiyyat Forumunun plenar iclasında bildirib. Onun sözlərinə görə, Moskva yalnız Ukraynanın hərbi inkişafına etiraz edib, hər hansı birliklərə iqtisadi inteqrasiya ilə bağlı qərar isə ukraynalıların öz ixtiyarındadır. “Biz heç vaxt bunun Ukraynanın Aİ-yə daxil olmasının əleyhinə …

Read More »

Ermənistan ordusunun generalı həbs edilib

Ermənistan Silahlı Qüvvələri Artilleriya İdarəsinin keçmiş rəisi, general-mayor Armen Arutyunyan həbs edilib. Boyukmillet.com xəbər verir ki, məlumatı “Aysor” yayıb. Bildirilib ki, o, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin araşdırdığı cinayət işi üzrə saxlanılıb. Məlumata görə, genişmiqyaslı istintaq və məhkəmə tədbirləri nəticəsində müəyyən edilib ki, Ermənistan Müdafiə Nazirliyi tərəfindən imzalanmış müqavilə əsasında tədarük olunan malların qəbulu üzrə komissiyanın sədri, təchizatçı şirkətin direktor müavini Armen …

Read More »

Bu gün Gürcüstan, Ukrayna və Moldovanın Aİ-yə namizədliyi ilə bağlı rəy açıqlanacaq

Bu gün Avropa Komissiyası Gürcüstan, Ukrayna və Moldovanın Avropa İttifaqına (Aİ) üzvlüyə namizəd statusunun verilməsi ilə bağlı rəyini açıqlayacaq. Boyukmillet.com xəbər verir ki, komissiya üç ölkənin namizəd statusunu alması üçün tələblərə nə qədər uyğun olub-olmaması barədə analitik hesabatlar təqdim edəcək. Mövzu ilə bağlı Avropa Komissiyasının Prezidenti Ursula von der Leyenin mətbuat konfransı keçirəcəyi gözlənilir. Qeyd edək ki, üç ölkəyə Aİ-yə …

Read More »

KİV: “Rusiya silah bazarında ermənilərdən Ukraynaya qarşı istifadə edir”

Rusiya silah bazarında ermənilərdən Ukraynaya qarşı istifadə edir. Boyukmillet.com xəbər verir ki, bu barədə ABŞ-ın “The Wall Street Journal” gündəlik nəşri məlumat yayıb. Nəşr qeyd edib ki, Ukrayna artıq aylardır, Qərbdəki müttəfiqlərinə əlavə silah üçün çağırış edir. Tədarük baş tutur, lakin əvvəlcə bu, əsasən müdafiə silahlarından ibarət idi, indi isə Ukrayna Ordusu öz mövqelərini daim atəşə tutan Rusiya qoşunlarına qarşı durmaq üçün …

Read More »

Türkiyənin sabiq Baş naziri azərbaycanlı gənclərlə bir arada

Türkiyənin sabiq Baş naziri, Türk Dövlətləri Təşkilatı (TDT) Ağsaqqallar Şurasının sədri, Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədr müavini Binəli Yıldırım azərbaycanlı gənclərlə görüşüb. Boyukmillet.com xəbər verir ki, sabiq Baş nazir tviter hesabında azərbaycanlı gənclərlə görüşünün fotosunu paylaşıb. Fotoda gənclərlə yanaşı, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım, qardaş ölkənin Azərbaycandakı səfiri Cahit Bağcı və digər şəxslər yer alıb.

Read More »