Şənbə , 28 Sentyabr 2024

Region

Kiyevə hava zərbələri endirilib

Bu gün səhər yerli vaxtla saat 09:15 radələrində Ukrayna Kiyev şəhərinin Troeşina rayonuna, vilayətin isə Buçe şəhərinə raket zərbəsi endirilib. Boyukmillet.com xəbər verir ki, Troeşina rayonunda yaşayış binasına düşən raket binaya zədə verib. Buçe şəhərində də yaşayış binasına düşüb. Bundan başqa Ukrayna Silahlı Qüvvələri Baş Komandanlığının məlumatına görə, bu gün səhər saatlarında Belarus ərazisində Kiyev istiqamətində atılan uzaq mənzilli qanadlı …

Read More »

Ukrayna Rusiya hərbçilərinin bəzi məxfi sənədlərini əldə edib

Ukrayna Təhlükəsizlik Xidmətinin mətbuat xidməti xüsusi xidmət orqanlarının və silahlı qüvvələrin Rusiya hərbçiləri haqqında şəxsi məlumatları, habelə bu ölkənin istifadə etdiyi məxfi parol və şifrələri əldə etdiyini bildirib. Boyukmillet.com xəbər verir ki, bu, düşmənin ələ keçirilən danışıqlarının mahiyyətini anlamağa imkan verəcək. Sənədlərə daxildir: döyüşçülərin və komandirlərin çağırış işarələri ilə döyüş heyəti; Rusiya hərbçilərinin hərəkət sxemləri: hücum, geri çəkilmə, yanacaq doldurma …

Read More »

Zelenski Rusiyaya danışıq yeri üçün Bakını və digər şəhərləri təklif edib

“Varşava, İstanbul, Bakı – biz bu şəhərləri danışıqlar üçün Rusiyaya təklif etmişik. Və raketlərin Ukraynaya uçmadığı hər hansı digər şəhər”. Boyukmillet.com xəbər verir ki, bunları Ukrayna Prezidenti Volodimir Zelenski deyib. Zelenski bildirib ki, Kiyev Rusiya ilə sülh və danışıqlar istəyir. “Əgər ərazilərinizdən təcavüzkar hərəkətlər olmasaydı, Minskdə, sizin şəhərinizdə danışa bilərdik”, – Ukrayna lideri deyib. “İndi biz deyirik: Minsk yox. Digər …

Read More »

Rusiya qoşunları Xarkovun mərkəzinə giriblər

Rusiya qoşunları Ukraynanın Xarkov şəhərinə giriblər. Bu barədə Boyukmillet.com  UNİAN-a istinadən xəbər verir. Qeyd edilir ki, hazırda ağır döyüşlər gedir. Regional Dövlət Administrasiyasının rəhbəri Oleq Sinequbov Xarkova Rusiya qoşunlarının girişini təsdiqləyib. “Diqqət! Sığınacaq yerləri tərk etməyin! Ukrayna Silahlı Qüvvələri düşməni məhv edir. Mülki əhalidən xahiş edirik ki, şəhərin küçələrinə çıxmasınlar”, – deyə o yazıb. “Xahiş edirəm, evdə qalın. Şəhərdə vəziyyət çox …

Read More »

Rus ordusu Ukraynada neft anbarını vurub

Kiyev vilayətinin Vasilkov şəhərində yerləşən neft anbarı Rusiya ordusu tərəfindən vurulub. Boyukmillet.com  “UNİAN”a istinadən xəbər verir ki, bu barədə şəhərin meri Natalya Balasinoviç məlumat verib. Onun sözlərinə görə, yanğın hazırda davam edir. “Yanğından çıxan tüstü və zərərli maddələr istənilən istiqamətə gedə bilər, ona görə də vətəndaşlardan pəncərələri bağlamağa çağırırıq”, – Ukraynanın Xüsusi Rabitə və İnformasiyanın Mühafizəsi üzrə Dövlət Xidməti bildirib

Read More »

Kiyev səmasında Rusiyanın iki desant təyyarəsi vurulub

Ukrayna hava hücumundan müdafiə sistemləri Kiyev şəhəri üzərində Rusiya Silahlı Qüvvələrinə məxsus iki İL-76 təyyarəsini vurub. Boyukmillet.com-un məlumatına görə, bu barədə deputat Qalina Tretyakova məlumat verib. Təyyarələrdə desantların olduğu ehtimal edilir. Ödürülən rus hərbçilərin sayı və kimliyi məyyənləşdirilir.

Read More »

Xocalı qurbanlarının Gürcüstandakı yaxınları ziyarət olunub

Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev Marneulidə yaşayan Xocalı soyqırımı qurbanlarının yaxınlarını ziyarət edib. Boyukmillet.com xəbər verir ki, Çıldırlı ailəsini ziyarətdə hərbi attaşe, polkovnik-leytenant Fuad İbrahimov, Gürcüstandakı Azərbaycanlı İş Adamları Birliyinin (AZEBİ) İdarə Heyətinin sədri Nəriman Qurbanov və səfirliyin məsul əməkdaşları iştirak ediblər. Öncə Xocalı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Səfir faciənin 30-cu ildönümü ilə bağlı ailə üzvlərinə və …

Read More »

Xarkov səmasında Rusiya təyyarəsinin vurulmasının videosu yayılıb

Ukrayna Hərbi Hava Qüvvələrinin MiQ-29 qırıcısı Rusiya Hərbi Hava Qüvvələrinə aid Su-35 qırıcısını məhv edib. Boyukmillet.com xəbər verir ki, Ukraynanın UNIAN nəşri həmin görüntüləri sosial şəbəkədə paylaşıb. İlkin məlumata görə, hadisə Ukraynanın Xarkov vilayəti səmasında baş verib. https://youtu.be/EGsb0lmcKAg

Read More »