Bazar , 19 May 2024

Region

Türkiyə və İran liderlərinin sabah müzakirə edəcəkləri məsələlər açıqlanıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla iranlı həmkarı İbrahim Rəisinin yanvarın 24-də Ankarada müzakirə edəcəkləri məsələlər açıqlanıb. Boyukmillet.com  xəbər verir ki, bu barədə diplomatik mənbələr məlumat yayıb. Bildirilib ki, liderlər Qəzzada atəşkəsə nail olmaq və girovların azad edilməsi üçün atılacaq addımları müzakirə edəcəklər. “Qəzzadaki vəziyyət, bununla bağlı atılacaq addımlar danışıqların əsas gündəmi olacaq. Regiona humanitar yardım göstərilməsi üçün səylər də müzakirə …

Read More »

Ermənistan MN: “Rusiya şirkətləri ilə silah sahəsində bəzi məsələlər həll olunub”

İrəvan və Moskva silah sahəsində problemli məsələlərin əksəriyyətini həll ediblər. Boyukmillet.com xəbər verir ki, bu barədə “Azadlıq” radiosuna Ermənistan Müdafiə Nazirliyindən məlumat verilib. “Rusiya şirkətləri ilə silah sektorundakı problemli məsələlərin əksəriyyəti həll olunub”, – qurumdan bildirilib. Daha əvvəl qeyd edilmişdi ki, İrəvanın ödədiyi, lakin hələlik Moskva tərəfindən tədarük olunmayan silahlarla bağlı məsələ tərəfdaşlıq şəraitində həll edilməlidir.

Read More »

Hakan Fidan BMT Təhlükəsizlik Şurasının Fələstinlə bağlı iclasında iştirak edəcək

Türkiyə xarici işlər naziri Hakan Fidan BMT Təhlükəsizlik Şurasının Fələstinlə bağlı iclasında iştirak etmək üçün yanvarın 23-də Nyu-Yorka gedəcək. Boyukmillet.com  xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi “X” səhifəsində paylaşım edib. Onun səfər çərçivəsində ikitərəfli görüşlər keçirməsi də nəzərdə tutulur.

Read More »

Nikol Paşinyan: “Ermənistan və Azərbaycan qarşılıqlı olaraq təminat istəyir”

Ermənistan və Azərbaycan qarşılıqlı olaraq biri-birinə qarşı ərazi iddialarının olmadığına dair təminat istəyirlər. Boyukmillet.com xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan hakim “Mülki Müdafiə” Partiyasının fəalları ilə görüşdə bildirib. “Biz Azərbaycandan, Azərbaycan isə bizdən biri-birimizə qarşı gizli ərazi iddiası olmadığına dair əlavə təminat istəyirik”, – o qeyd edib. N.Paşinyanın sözlərinə görə, bu, elə bir iş prosesidir ki, məsələyə …

Read More »

Putin Təhlükəsizlik Şurasının üzvləri ilə xarici siyasət konsepsiyasını müzakirə edib

Rusiya Prezidenti Vladimir Putin ölkənin Təhlükəsizlik Şurasının (TŞ) daimi üzvləri ilə görüş keçirib. Boyukmillet.com  Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə Kremlin mətbuat xidmətinin məlumatında bildirilib. Prezident Rusiyanın xarici siyasət konsepsiyasının müddəalarının həyata keçirilməsinin müzakirəsini təklif edib. Rusiya xarici işlər naziri Sergey Lavrov iclasda məruzə ilə çıxış edib. Ölkənin xarici siyasəti konsepsiyası Prezidentin 31 mart 2023-cü il tarixli fərmanı …

Read More »

Kolomina və Paşinyan Bakı ilə İrəvan arasında münasibətlərin normallaşdırılmasını müzakirə ediblər

Ermənistanın baş naziri Nikol Paşinyan və NATO baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina Cənubi Qafqazdakı vəziyyəti, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması ilə bağlı son prosesləri və sülh sazişinin imzalanması məsələsini müzakirə ediblər. Boyukmillet.com Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə Ermənistan Nazirlər Kabinetinin Mətbuat xidmətinin məlumatında bildirilib. Tərəflər, həmçinin Ermənistan-NATO əməkdaşlığı, regional və beynəlxalq təhlükəsizliklə bağlı məsələlər …

Read More »

Azərbaycan da daxil bir neçə ölkənin beynəlxalq axtarışa verdiyi 42 nəfər Türkiyədə saxlanılıb

Bir neçə ölkə tərəfindən beynəlxalq axtarışa verilən 42 nəfər Türkiyədə saxlanılıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya “X”də yazıb. O bildirib ki, Türkiyənin 13 rayonunda – Ankara, Antalya, Bursa, Ərzurum, Əskişəhər, Kırklareli, Hatay, İstanbul, İzmir, Mersin, Niğde, Sakarya ve Uşda eyni vaxtda keçirilən “Kafes-31” əməliyyatı çərçivəsində İnterpol xətti ilə axtarılan 42 nəfər yaxalanıb. Həmin …

Read More »

Ərdoğan: “Kimsə Türkiyəni təhdidlər və riyakar oyunlarla məğlub edə bilməz”

Kimsə Türkiyəni təhdidlər və riyakar oyunlarla məğlub edə bilməz. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) bələdiyyə sədrliyinə namizəd tanıtma mərasimində çıxışı zamanı deyib. O bildirib ki, üçüncü güclər PKK, İŞİD kimi terror təşkilatlarından Türkiyə əleyhinə istifadə edirlər: “Amma bizə qarşı edilən cəhdlər boşa çıxır. Bunu bir neçə dəfə göstərmişik. Kimsə …

Read More »

Rusiya XİN başçısı: “Azərbaycan Ermənistanla sülh sazişi imzalamağa hazırdır”

Azərbaycan Rusiya platformasında Ermənistanla sülh sazişi imzalamağa hazırdır və bu, faktdır. İrəvanın buna nə dərəcədə hazır olduğu hələ məlum deyil. Boyukmillet.com xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov illik mətbuat konfransında deyib. “Azərbaycanın əslində, bütün qarşılıqlı fəaliyyət sisteminin qurulması səylərinin başladığı Rusiya ərazisində sülh sazişi imzalamağa hazır olması faktdır. Amma İrəvanın buna nə dərəcədə hazır olduğu məlum …

Read More »

İran XİN başçısı Ermənistan prezidenti ilə Cənubi Qafqazdakı vəziyyəti müzakirə edib

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian İsveçrədə keçirilən Davos İqtisadi Forumu çərçivəsində Ermənistan prezidenti Vaaqn Xaçaturyanla görüşüb. Boyukmillet.com xəbər verir ki, bu barədə İranın Ermənistandakı səfirliyindən bildirilib. Bildirilib ki, tərəflər Cənubi Qafqazdakı vəziyyəti müzakirə ediblər.

Read More »