Bazar , 19 May 2024

Region

Türkiyədə FETÖ üzvü olmaqda şübhəli bilinən keçmiş polislər Yunanıstana qaçarkən yaxalanıb

Türkiyədə FETÖ üzvü olmaqda şübhəli bilinən keçmiş polis müdirləri Yunanıstana qaçmaq istəyərkən yaxalanıb. Boyukmillet.com xəbər verir ki, bu barədə “NTV” məlumat yayıb. Bildirilib ki, Türkiyə hüquq-mühafizə orqanlarının Meriç rayonunun Alibey kəndində həyata keçirdikləri nəzarət tədbirləri zamanı Yunanıstana qaçmaq istəyən qrup aşkarlanıb. Saxlanılan şübhəlilər arasında FETÖ üzvü olduğuna görə axtarılan keçmiş polis rəislərinin olduğu da müəyyənləşib. Barələrində 6 il 10 ay 15 …

Read More »

Pakistan qırıcıları İran ərazisinə zərbələr endirib, 7 nəfər ölüb

Pakistan Hərbi Hava Qüvvələrinin İranın Sistan və Bəlucistan əyalətinin Seravan dairəsinə endirdiyi aviazərbələr nəticəsində 7 nəfər ölüb. Boyukmillet.com xəbər verir ki, bu barədə “Fars” agentliyi əyalət qubernatorunun müavininə istinadən məlumat yayıb. Sistan və Bəlucistan qubernatorunun təhlükəsizlik üzrə müavininin sözlərinə görə, partlayış nəticəsində 3 qadın və 4 uşaq həlak olub. Bundan əvvəl Pakistanla sərhəddə yerləşən Seravan dairəsi, Sistan və Bəlucistan əyalətlərinin …

Read More »

Ermənistan parlamentində Paşinyanla Koçaryan arasında dava düşüb

Ermənistan parlamentinin iclasında baş nazir Nikol Paşinyanla ölkənin keçmiş prezidenti Robert Koçaryanın oğlu Levon Koçaryan arasında dava düşüb. Boyukmillet.com “Sputnik Armenia”ya istinadən xəbər verir ki, L.Koçaryan baş nazirin təhlükəsizlik siyasətinin iflasa uğradığını iddia edib. Keçmiş prezidentin oğlu N.Paşinyana “sən” deyərək müraciət edib. Bu, hakim partiyanın deputatlarının emosional reaksiyasına səbəb olub. N.Paşinyan L.Koçaryana daha diqqətli danışmağı tövsiyə edib.

Read More »

Türkiyə PKK-nın rəhbər şəxslərindən birini həbs edib

Türkiyə PKK/KCK terror təşkilatının rəhbər şəxslərindən olan Serhat Balı həbs edib. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb. Bildirilib ki, o, yanvarın 12-də Türkiyə Milli Kəşfiyyat İdarəsinin ölkə sərhədlərindən kənarda keçirdiyi əməliyyat nəticəsində ələ keçirilmişdi. Onun Avropaya qaçmaq istəyərkən saxlanıldığı bildirilib.

Read More »

Pakistan XİN: İranın ərazimizə zərbəsi nəticəsində 2 uşaq həlak olub

İran Silahlı Qüvvələrinin Pakistan ərazisinə zərbələri nəticəsində iki uşaq həlak olub. Boyukmillet.com xəbər verir ki, bu barədə Pakistan Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib. “Nəticədə iki məsum uşaq ölüb və üç qız yaralanıb”, – sənəddə qeyd olunub. Xatırladaq ki, yanvarın 16-da İranın İslam İnqilabı Keşikçiləri Korpusu (“Sepah”, İran Silahlı Qüvvələrinə daxildir) Pakistanın Bəlucistan əyalətinin Kühi-Səbz ərazisinə zərbələr endirib. Tehran iddia edib ki, hədəf oradakı …

Read More »

Türkiyə və Yaponiya XİN başçıları birgə açıqlama veriblər

Türkiyədə səfərdə olan Yaponiyanın xarici işlər naziri Yoko Kamikava ilə Türkiyənin XİN rəhbəri Hakan Fidan arasında görüş olub. Boyukmillet.com xəbər verir ki, görüşdən sonra iki ölkənin XİN rəhbərləri mediaya birgə açıqlama veriblər. Nazirlər bu il Türkiyə ilə Yaponiya arasındakı diplomatik münasibətlərin yüzüncü ildönümünün qeyd olunduğunu, bu münasibətlərin möhkəm təməl üzərində inkişaf etdirildiyini və 2013-cü ildə strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini xatırladıblar. …

Read More »

Rusiya Ermənistana silahlar göndərib

Rusiya Ermənistana silahlar göndərib. Boyukmillet.com “Aysor”a istinadən xəbər verir ki, bu barədə hakim “Mülki Müqavilə” Partiyasından olan deputat, parlamentin müdafiə və təhlükəsizlik komissiyasının üzvü, general-leytenant Qaqik Melkonyan “Azadlıq” radiosuna müsahibəsində deyib. O bildirib ki, silahlar artıq Ermənistana çatdırılıb. Deputatın sözlərinə görə, hərbi təyinatlı məhsullar Rusiya ilə əvvəllər imzalanmış müqavilə çərçivəsində Ermənistana verilib. Q.Melkonyan konkret olaraq hansı silahlardan söhbət getdiyini açıqlamayıb.

Read More »

İraq İrandakı səfirini geri çağırıb

İraq Xarici İşlər Nazirliyi ölkənin İrandakı səfiri Nasir Abdul Mohseni məsləhətləşmələr üçün geri çağırıb. Boyukmillet.com xəbər verir ki, bu barədə İraq XİN “X” səhifəsində məlumat yayıb. Qeyd edək ki, İran İnqilab Keşikçiləri Qvardiyası (Sepah) yanvarın 15-dən 16-sına keçən gecə İraqın şimalında yerləşən Ərbil şəhərini raket atəşinə tutub. Hadisə nəticəsində 4 nəfərin öldüyü, 5 nəfərin isə yaralandığı iddia olunur. İraq Prezidenti …

Read More »

Azərbaycan hərbçiləri Qazaxıstanda keçiriləcək təlimlərdə iştirak edəcək

Qazaxıstanda bu il irimiqyaslı taktiki təlimlər keçiriləcək. Boyukmillet.com  xəbər verir ki, bu barədə Qazaxıstan KİV-i məlumat yayıb. Qeyd edilib ki, təlimlərdə Azərbaycan, Özbəkistan, Qırğızıstan və Tacikistanın hərbçiləri iştirak edəcək. Qazaxıstan müdafiə naziri Ruslan Jaksılıkov bildirib ki, hərbi təlimlər Mərkəzi Asiya regionunda təhlükəsizliyin təmin edilməsinə yönəlib.

Read More »

İran XİN başçısı BMT Baş katibi ilə danışıb, ABŞ və Britaniyanın Yəmənə hücumunu strateji səhv adlandırıb

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahianla BMT-nin Baş katibi Antonio Quterreş arasında telefon danışığı olub. Boyukmillet.com xəbər verir ki, bu barədə İran KİV-i məlumat yayıb. Qeyd olunub ki, tərəflər Qəzza zolağı və Qırmızı dəniz ətrafındakı son durumu müzakirə ediblər. İran XİN rəhbəri ABŞ və Böyük Britaniyanın Yəmənə zərbə endirməsini pisləyib. O, bunu regiondakı vəziyyəti daha da pisləşdirən strateji səhv …

Read More »