Bazar ertəsi , 26 Oktyabr 2026
Drone Cameras

İranın uranın zənginləşdirilməsi ilə bağlı mövqeyi dəyişməyib

İran Fransa, Britaniya və Almaniya nümayəndələri ilə cümə gününə planlaşdırılan danışıqlarda uranın zənginləşdirilməsi də daxil olmaqla, nüvə hüquqlarını müdafiə edəcək.

Boyukmillet.com “The Times of Israel” qəzetinə istinadən xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Araqçi bildirib.

Nazir qeyd edib ki, danışıqların məqsədi ötən ay İsrail və Amerikanın nüvə proqramına qarşı son hərbi əməliyyatlarına baxmayaraq, İranın mövqeyinin dəyişməzliyini Avropa ölkələrinə çatdırmaq olacaq.

Baş diplomat vurğulayıb ki, İran öz nüvə proqramını məntiqi şəkildə inkişaf etdirməyə hər zaman hazırdır.

Check Also

Naxçıvanda ağır qəza: çox sayda xəsarət alan var – FOTO

Naxçıvan-Şahbuz magistralında ağır yol-nəqliyyat hadisəsi baş verib.Boyukmillet.com xəbər verir ki, hadisə magistralın Babək rayonu Vayxır …