Cümə axşamı , 19 Fevral 2026

Region

Raket hücumuna məruz qalan Azərbaycan Konsulluğu fəaliyyətini bərpa edir

Azərbaycanın Xarkovdakı Fəxri Konsulluğu bu gün fəaliyyətini bərpa edəcək. Boyukmillet.com xəbər verir ki, bunu APA-ya açıqlamasında Azərbaycanın Ukraynanın Xarkov şəhərindəki fəxri konsulu Əfqan Salmanov deyib. Fəxri konsul bildirib ki, Rusiyanın raket atışları zamanı konsulluğun binasına zərər dəymişdi: “Biz konsulluqda bir otağı bərpa etmişik və bu gündən fəaliyyətə başlamağa qərar vermişdik. Yaxın 2 saat ərzində Fəxri Konsulluq Xarkov şəhərində fəaliyyətini bərpa …

Read More »

Nikol Paşinyan Moskvada işgüzar səfərdədir

Ermənistanın Baş naziri Nikol Paşinyanın Rusiyaya işgüzar səfəri başlayıb. Boyukmillet.com xəbər verir ki, məlumatı “Aysor” yayıb. Hökumət başçısı Moskvada Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv dövlətlərin liderlərinin toplantısında iştirak edəcək. Onun səfər çərçivəsində Rusiya Prezidenti Vladimir Putinlə ikitərəfli görüşünün olacağı gözlənilir. Qeyd edək ki, KTMT-yə bu il Ermənistan sədrlik edir.

Read More »

Rusiya Finlandiya və İsveçi hədələyib

“Finlandiya və İsveçin NATO-ya daxil olması çox böyük fəsadları olan səhv olardı”. Boyukmillet.com xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov “RİA Novosti”yə müsahibəsində bildirib. Onun sözlərinə görə, İsveç və Finlandiyanın Alyansa daxil olmasından sonra hər iki ölkənin təhlükəsizliyi güclənməyəcək. “Heç kimdə Rusiyanın vəziyyətlə barışacağına dair illüziyası olmamalıdır. Moskvanın reaksiyası isə Stokholm və Helsinki tərəfindən atılan konkret …

Read More »

Ukrayna ordusunun batalyonu Xarkovda Rusiya ilə sərhədə çatıb

Ukrayna Silahlı Qüvvələrinin bölmələri Xarkov vilayətində Rusiya ilə dövlət sərhədinə çatıb. Bu barədə Boyukmillet.com Ukrayna Silahlı Qüvvələrinin Ərazi Müdafiə Qüvvələrinin feysbuk sosial şəbəkəsindəki videosuna istinadən xəbər verir. Məlumata görə, 127-ci ərazi müdafiə briqadasının 227-ci batalyonunun hərbçiləri Prezident Volodimir Zelenskiyə döyüş tapşırığının yerinə yetirilməsi barədə raport veriblər. Döyüşçülər mayın 15-də Rusiya Federasiyası ilə sərhədə çıxıblar. Onlar Xarkov vilayətinin şimalının Rusiya hərbçilərindən təmizlənməsi əməliyyatı zamanı əldə …

Read More »

Mövlud Çavuşoğlu: “Türkiyə NATO-nun genişlənməsinə etiraz etmir, terroru dəstəkləyən ölkələrə qarşıdır”

“Türkiyə NATO-nun açıq qapı siyasətini dəstəkləyir”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib. Onun sözlərinə görə, Türkiyə NATO-nun diplomatik departamentlərinin rəhbərlərinin görüşündə Finlandiya və İsveçin PKK terror təşkilatı ilə əlaqələrilə bağlı narahatlığını tərəfdaşlarının diqqətinə çatdırıb: “Türkiyə NATO-nun genişlənməsinə etiraz etmir, terroru dəstəkləyən ölkələrə qarşı çıxır”. Nazir əlavə edib ki, Finlandiya və İsveç müdafiə sənayesi məhsullarının Türkiyəyə …

Read More »

Rusiya ordusu Ukraynanın Polşa ilə sərhədində hərbi obyekti vurub

Mayın 15-də səhər saatlarında Rusiya ordusu Lvov vilayətinə raket zərbəsi endirib. Boyukmillet.com xəbər verir ki, bu barədə Lvov Regional Hərbi Administrasiyasının rəhbəri Maksim Kozitski teleqramda bildirib. Zərbə nəticəsində Polşa ilə sərhəd yaxınlığında yerləşən hərbi obyekt dağıdılıb. “Polşa ilə sərhədə yaxın Yavoriv rayonunda yerləşən hərbi infrastruktur obyektinə 4 raket düşüb. Obyekt tamamilə məhv edilib”, – o deyib. İlkin məlumata görə, ölən …

Read More »

Paşinyanın heykəli 4-cü dəfə təhqir edilib

Ermənistanın İcevan şəhərində Baş nazir Nikol Paşinyanın heykəlinin başı dördüncü dəfə qoparılıb. Bu barədə Boyukmillet.com “Hraparak”a istinadən xəbər verir. Qeyd edilir ki, hadisə dünən qeydə alınıb. Məlumata görə, naməlum şəxslər həmçnin heykəli qırmızı rəngə boyayıblar. Xatırladaq ki, Paşinyanın heykəli avtomobil yolunda quraşdırılıb, lakin 3 dəfə dağıdılandan sonra heykəl kilsənin həyətinə köçürülüb və dördüncü dəfə kilsənin həyətində sındırılıb. Aprelin 25-dən Ermənistanın hər yerində …

Read More »

Rusiya qoşunları Ukraynanın daha bir şəhərini ələ keçirib

Rusiya qoşunları Ukraynanın Rubijne şəhərini ələ keçirib. Beloqorovkada itki verib, buna görə də bütöv bir batalyon artıq hücuma keçməkdən imtina edib. Boyukmillet.com “RBC-Ukraina”ya istinadən xəbər verir ki, bunu Luqansk vilayəti hərbi administrasiyasının rəhbəri Sergey Qayday deyib. “Rubijnedə, təəssüf ki, onlar demək olar, hər şeyə nəzarət edirlər – amma Milli Qvardiyaçılarımızın qoruduğu məhəllələrə üçüncü aydır daxil ola bilmirlər. Rubijnenin özündə vəziyyət …

Read More »

Rusiyanın Ermənistandakı poliqonunda partlayış olub, ölən var

Rusiya Silahlı Qüvvələrinin Ermənistanın Gümrü rayonundakı 102-ci hərbi bazasına məxsus Kamxut dağlıq ərazisində baş vermiş partlayış nəticəsində bir nəfər həlak olub. Bu barədə Boyukmillet.com Ermənistan mətbuatına istinadən xəbər verir. Axuryan bələdiyyəsi sədrinin birinci müavini Karen Arşakyan bildirib ki, mərmi saat 15:30 radələrində partlayıb. Hadisə nəticəsində yaxınlıqdakı kənddən olan 1957-ci il təvəllüdlü çoban ölüb. Arşakyanın sözlərinə görə, həmin vaxt poliqonda heç bir …

Read More »

Türkiyə Suriyanın şimalında 52 terrorçunu zərərsizləşdirib

Türkiyə Silahlı Qüvvələrinin Suriyanın şimalında gerçəkləşdirdiyi hərbi əməliyyat nəticəsində 52 terrorçu zərərsizləşdirilib. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb. “Bölgədəki terrorçuların hədəfləri atəşə tutulmaqda davam edir. Xalqımızın sülh və təhlükəsizliyini təhdid edən istənilən cəhdə eyni cür cavab verməyə davam edəcəyik”, – nazirlik vurğulayıb. Nazirlik eyni zamanda hərbi əməliyyatların görüntülərini də paylaşıb. 1⃣ Dün gerçekleşen hain …

Read More »