Bazar , 19 May 2024

Region

Ermənistanda polislərin 40%-i IQ testdən keçə bilməyib

Ermənistanda polis əməkdaşlarının təxminən 40%-i ümumi bölmə test mərhələsindən keçə bilməyib. Boyukmillet.com xəbər verir ki, bu barədə “Sputnik-Ermənistan”a ölkənin Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. 2023-cü ilin dekabr ayının sonuna olan məlumata görə, attestasiyada 1 123 polis əməkdaşı iştirak edib, onlardan yalnız 190-ı bütün mərhələlərdən keçib. Attestasiya 4 mərhələdən ibarətdir: Ümumi biliyin elektron testi (polis özü bunu “IQ test” …

Read More »

ABŞ institutu: “Rusiya xaricdən daha çox ballistik raket alacaq”

Rusiya xaricdən daha çox ballistik raket alacaq. Boyukmillet.com xəbər verir ki, bu barədə ABŞ-nin Müharibə Araşdırmaları İnstitutu məlumat yayıb. Bildirilib ki, rəsmi Moskva bunun üçün səylərini gücləndirə bilər: “Çünki bu raketlər Ukraynadakı hədəfləri daha effektiv vurur. Rusiya qüvvələri Ukraynanın cəbhə xəttinə daha yaxın şəhərlərinə zərbələr endirmək üçün müntəzəm olaraq qısa mənzilli ballistik raketlərdən istifadə edir və onlar effektiv formada Ukraynanın …

Read More »

Türkiyə XİN İranda baş verən terror aktını pisləyib

Türkiyə Xarici İşlər Nazirliyi (XİN) İranın Kirman şəhərində baş verən terror aktını pisləyib. Boyukmillet.com xəbər verir ki, bu barədə nazirliyin yaydığı açıqlamada qeyd olunub. “İranın Kirman şəhərində törədilən terror aktı nəticəsində çoxlu sayda ölən və yaralananların olduğunu təəssüflə öyrəndik. Bu dəhşətli terror aktını qətiyyətlə pisləyir, dost və qardaş İran xalqına və hökumətinə başsağlığı veririk. Həyatını itirənlərə Allahdan rəhmət, yaralananlara isə tezliklə …

Read More »

Hatayda yollar, evlər və iş yerləri su altında qalıb

Türkiyənin Hatay vilayətinin İskəndərun rayonunda leysan gündəlik həyatı iflic edib. Boyukmillet.com xəbər verir ki, bu barədə “Trt Haber” məlumat yayıb. Qeyd edilib ki, güclü yağış səbəbindən yolları, bəzi evləri və iş yerlərini su basıb. Bələdiyyə işçiləri su toplanmasının baş verdiyi ərazilərdə təxliyə işlərinə başlayıb. Leysan yağışlar rayonun bəzi yerlərində davam edir.

Read More »

Türkiyə MN: “Azərbaycan da daxil dost və müttəfiq ölkələrin haqlı davalarına dəstək verməyə davam edirik”

Türkiyə Milli Müdafiə Nazirliyinin (MMN) mətbuat və ictimaiyyətlə əlaqələr müşaviri kont-admiral Zeki Aktürk Türkiyənin Azərbaycan da daxil olmaqla dost və müttəfiq ölkələrin haqlı davalarına dəstək verməyə davam etdiyini bildirib. Boyukmillet.com xəbər verir ki, bu barədə MMN rəsmisi həftəlik keçirlən mətbuat konfransında deyib. “Türk Silahlı Qüvvələrimiz Kipr, Azərbaycan, Liviya, Kosovo, Bosniya və Herseqovina, Qətər, Somali və bir çox başqa bölgələrdə uğurla …

Read More »

Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi: “Minalar və dağıntılar Qarabağda əvvəlki həyata qayıtmaq üçün əsas maneədir”

Azərbaycanın Qarabağ regionunda Ermənistanın işğalı illərində yerləşdirilən mina və törədilən dağıntılar keçmiş məcburi köçkünlərin işğaldan azad edilmiş ərazilərə “Böyük Qayıdış” proqramının tam şəkildə həyata keçirilməsinə maneə yaradır. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Estoniyanın ERR yayım şirkətinə müsahibəsində deyib. Onun sözlərinə görə, sözügedən dövlət proqramının icrasına başlamazdan əvvəl Qarabağdan qovulmuş sakinlər arasında sorğu keçirilib …

Read More »

Əmirbəyov: “Bakı İrəvanla sülh sazişi üzrə danışıqların növbəti mərhələsinin keçirilməsinin tərəfdarıdır”

Bakı yaxın vaxtlarda Azərbaycan və Ermənistan rəsmiləri arasında sülh sazişi layihəsi üzrə danışıqların növbəti mərhələsinin keçiriləcəyinə ümid edir. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Estoniyanın ERR yayım şirkətinə müsahibəsində deyib. Onun sözlərinə görə, kommunikasiyaların açılması Azərbaycan və Ermənistan arasında bütün sülh prosesinin tərkib hissəsidir: “Danışıqların əsas qayəsi sülh sazişi mətninin (Bakı ilə İrəvan …

Read More »

PKK-nın rəhbərlərindən biri İraqda zərərsizləşdirilib

Türkiyə kəşfiyyatı ölkə sərhədindən 200 km aralıda PKK-nın rəhbərlərindən birini zərərsizləşdirib. Boyukmillet.com Türkiyə KİV-nə istinadən xəbər verir ki, Berhudan Kelhor kod adlı İslam Cahanferi İraqın Süleymaniyyə şəhərinin Pencevin çölündə zərərsizləşdirilib. Qeyd olunub ki, PKK/KCK-PYD/YPG üzvlərinin məsuliyyətini üzərinə götürən və yaralı təşkilat üzvlərini müalicə edən Cehanferin İraq və Suriyada fəaliyyət göstərdiyi bildirilib.

Read More »

Azərbaycanın beynəlxalq axtarışa verdiyi şəxs Türkiyədə saxlanılıb

18 ölkənin, o cümlədən Azərbaycanın İnterpol xətti ilə qırmızı bülletenlə beynəlxalq axtarışa verdiyi 56 nəfər Türkiyədə saxlanılıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya “X” hesabında məlumat yayıb. O qeyd edib ki, ABŞ, Almaniya, Azərbaycan, BƏƏ, Belarus, Mərakeş, Fələstin, Hindistan, İsrail, İran, Qətər, Qazaxıstan, Moldova, Özbəkistan, Rusiya, Səudiyyə Ərəbistanı, Türkmənistan və İordaniya tərəfindən qırmızı bülletenlə …

Read More »

Türkiyə ilə İran arasında 10 anlaşma müqaviləsi imzalanacaq

Yanvarın 4-də İran Prezidenti Seyid İbrahim Rəisinin Türkiyəyə səfəri nəzərdə tutulub. Boyukmillet.com xəbər verir ki, səfər çərçivəsində bir çox ikitərəfli və regional məsələlərin müzakirəsi ilə yanaşı, Türkiyə ilə İranın xüsusilə terrorla mübarizədə konkret əməkdaşlıq istiqamətində addımlar atması gözlənilir. Digər tərəfdən, 2012-ci ildə iki ölkə arasında 22 milyard ABŞ dollarına çatan ticarət həcmi sanksiyalar və pandemiya səbəbindən azalaraq təxminən 6 milyard …

Read More »