İsrailin hücumu nəticəsində İranda daha bir nüvə alimi həlak olub. Boyukmillet.com xəbər verir ki, bu barədə İran mətbuatı məlumat yayıb. Daha əvvəl “Reuters” agentliyi İsrail Müdafiə Ordusunun İran ərazisinə endirdiyi zərbələr nəticəsində ümumilikdə 14 nüvə aliminin həlak olduğunu bildirmişdi.
Read More »Türkiyə hərbçiləri İraqın şimalında terrorçulara aid mağara və silah-sursat aşkarlayıb
Türkiyə Silahlı Qüvvələri İraqın şimalında “Pəncə-Kilid” əməliyyat bölgəsində terrorçulara aid yeni mağara aşkar edib. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, bölgədə əməliyyat-axtarış tədbirləri fasiləsiz davam edir. “Yararsız hala salınan mağarada silah-sursat və məişət əşyaları ələ keçirilib”, – məlumatda qeyd olunub.
Read More »İran ABŞ-yə Yaxın Şərqdəki hərbçiləri ilə bağlı xəbərdarlıq edib
Vaşinqton İsrailin başlatdığı hərbi əməliyyatlara qoşularsa, Tehran Yaxın Şərqdəki ABŞ hərbçilərinə cavab zərbələri endirməyə hazır olacaq. Boyukmillet.com xəbər verir ki, bunu “NBC News” telekanalına müsahibəsində İranın xarici işlər naziri Abbas Əraqçi deyib. “Müharibə olanda hər iki tərəf bir-birinə hücum edir. Bu başa düşüləndir. Özünümüdafiə hər bir ölkənin qanuni hüququdur”, – deyə o qeyd edib. İranlı diplomat əmin olduğunu bildirib ki, ABŞ …
Read More »İranın Məşhəd və Təbriz şəhərləri İsrailin hücumuna məruz qalıb
İranın Məşhəd və Təbriz şəhərlərində hava hücumundan müdafiə sistemləri işə salınıb. Boyukmillet.com xəbər verir ki, bu barədə “Mehr” agentliyi məlumat yayıb. Qeyd olunub ki, İran hərbçiləri İsrailin pilotsuz uçuş aparatlarının hücumlarını dəf etməyə çalışır. Artıq bir neçə pilotsuz təyyarənin məhv edildiyi iddia edilir.
Read More »Ərdoğan: Türkiyə Cənubi Qafqazda sabitliyin təmin olunması üçün diplomatiyanın bütün imkanlarından istifadə edir
Türkiyə Cənubi Qafqazda sabitliyin təmin olunması üçün diplomatiyanın bütün imkanlarından istifadə edir. Boyukmillet.com Türkiyənin “Anadolu” xəbər agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistan baş naziri Nikol Paşinyanla görüşündə deyib. O bildirib ki, rəsmi Ankara təkcə bölgədə yox, bütün dünyada sabitliyin təmin olunması üçün çalışır. Türkiyə lideri, həmçinin hazırkı şəraitdə Azərbaycanla Ermənistan arasında sülh danışıqları ilə bağlı …
Read More »Rusiya Ermənistan səmasının onun üçün bağlana biləcəyindən ehtiyat edir
Moskva ehtiyat edir ki, Ermənistanın avrointeqrasiyasının dərinləşməsi onun hava məkanının Rusiya təyyarələri üçün bağlanmasına gətirib çıxara bilər. Boyukmillet.com TASS-a istinadən xəbər verir ki, bunu Rusiyanın baş nazirinin müavini Aleksey Overçuk Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunun sessiyasında çıxışı zamanı bildirib. “Rusiyanın hazırda Avropa İttifaqı ilə hava əlaqəsi yoxdur. Avropa İttifaqının hava məkanı Rusiya təyyarələrinin uçuşu üçün bağlıdır. Ermənistan da səmasını bağlayacaq? Əgər …
Read More »İran İsrailə zərbələrin dayandırılması üçün şərtləri açıqlayıb
İranın zərbələri yalnız İsrail “cəzalandırıldıqda” və respublikaya təzminat ödədikdə dayandırılacaq. Boyukmillet.com IRNA agentliyinə istinadən xəbər verir ki, bu barədə İranın Ali Milli Təhlükəsizlik Şurasının bəyanatında bildirilib. “Düşmən cəzalandırılana və təzminat ödənilənə qədər cavab tədbirləri davam edəcək”, – bəyanatda qeyd olunub.
Read More »İran İsrail tərəfindən nüvə obyektlərinə hücum barədə AEBA-nı məlumatlandırıb
İsrail tərəfi İranın mərkəzi hissəsində – Ərakda yerləşən kompleksə hücum etməklə nüvə obyektlərinə hücumları qadağan edən beynəlxalq hüququ pozub və İran baş verənlər barədə Atom Enerjisi üzrə Beynəlxalq Agentliyi (AEBA) məlumatlandırıb. Boyukmillet.com xəbər verir ki, bu barədə “Tasnim” agentliyi İranın Atom Enerjisi Təşkilatının mətbuat xidmətinin bəyanatına istinadən bildirib. “Bu gün səhər İsrail Arakdakı tədqiqat reaktoruna və ağır su istehsalı kompleksinə …
Read More »İran İsrail Müdafiə Qüvvələrinin kiberkomandanlıq qərargahına və kəşfiyyat mərkəzinə zərbə endirib
İran səhər saatlarında İsrail Müdafiə Qüvvələrinin (IDF) kiberkomandanlıq qərargahına və kəşfiyyat mərkəzinə hücum edib. Boyukmillet.com xəbər verir ki, bu barədə İranın “Tasnim” agentliyi məlumat yayıb. Qeyd olunub ki, bu mərkəzlərdə minlərlə hərbçi, rəqəmsal idarəetmə sistemləri və s. yerləşir. İran tərəfi iddia edir ki, Beer-Şevada yerləşən “Soroka” klinikası zərbə dalğasından zərər çəkib.
Read More »Putin: Rusiya ilə Azərbaycan arasında logistika sahəsində əməkdaşlıq inkişaf edir
Rusiya və Azərbaycan logistika və istehsal sahəsi, xüsusən gəmiqayırma sahəsində birgə layihələr hazırlayır. Boyukmillet.com-un TASS-a istinadən verdiyi məlumata görə, bunu Rusiya Prezidenti Vladimir Putin dünyanın aparıcı xəbər agentliklərinin rəhbərləri ilə görüşündə deyib. “Bizim yaxşı layihələrimiz var; “Şimal – Cənub” beynəlxalq nəqliyyat dəhlizi və logistika. Yeri gəlmişkən, istehsal sahəsində, o cümlədən gəmiqayırma sahəsində bir sıra digər yaxşı sahələr. Biz Bakı Gəmiqayırma …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar