“Şübhəsiz ki, Türkiyə bölgədə çox vacib oyunçudur. Türkiyə ilə çox yaxın, dost və qardaş münasibətlərimiz var”. Boy6ukmillet.com xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili “İmedi” telekanalının efirində yayımlanan “Üz-üzə” proqramında deyib. Türkiyəni Gürcüstanın strateji tərəfdaşı adlandıran İ.Qaribaşvili bu ölkənin Prezidenti Rəcəb Tayyib Ərdoğanla münasibətlərindən də danışıb: “Bizim həm birbaşa, həm də telefonla çoxlu görüşlərimiz və söhbətlərimiz olub. Münasibətlərimiz səmimidir”. Baş …
Read More »Gürcüstanın Baş naziri: “Azərbaycanla Ermənistan arasında vasitəçilik spontan baş verdi”
“Bu il Gürcüstan bölgədə vacib presedent yaratdı və çox şadam ki, bu, mənim vasitəçiliyim ilə baş tutdu. Biz iki dost və qonşu ölkə arasında ilk presedent yaratdıq”. Boyukmillet.com xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili “İmedi” telekanalının “Üz-üzə” proqramında deyib. Onun sözlərinə görə, Gürcüstan vasitəçiliyi ilə regionda sülh və sabitliyə əhəmiyyətli töhfə verib: “Azərbaycan və Ermənistan arasında razılaşma …
Read More »İrakli Qaribaşvili: “Bakı və İrəvan münasibətlərin yeni mərhələyə keçməsində maraqlıdırlar”
“Bizim regionda yeni vəziyyətdən istifadə etməyimiz üçün çox yaxşı imkanımız var. Bu barədə danışmağımın səbəbi Azərbaycan və Ermənistan liderlərinin mövqeyidir. Onların hər ikisi regionda sülhün tərəfdarıdır”. Boyukmillet.com xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili “İmedi” telekanalının “Üz-üzə” proqramında deyib. Hökumət başçısının sözlərinə görə, hər iki lider ölkələr arasında münasibətlərin yeni mərhələyə keçməsində – bölgədə yeni layihələr, böyük infrastruktur, energetika, ticarət, …
Read More »İranın Ərdəbil vilayəti Azərbaycanla sərhəd-keçid məntəqəsini açır
İran İslam Respublikasının Ərdəbil vilayəti Azərbaycanla sərhəd-keçid məntəqəsini açır. Boyukmillet.com IRNA agentliyinə istinadən xəbər verir ki, Ərdəbil valisi Hadi Ameli İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasında əlaqələrin genişləndirilməsi, xüsusilə malların tranziti sahəsində əlaqələrin genişləndirilməsinə şərait yaratmaq məqsədilə vilayətin şimalında sərhəd keçid məntəqəsinin açıldığını elan edib. “İranla Azərbaycan arasında əlaqələrin inkişafı ölkəmizin və şimal qonşumuzun sakinlərini narahat edən məsələlərdən biridir …
Read More »Türkiyə xüsusi təyinatlıları Suriyada 3 terrorçunu məhv edib
Türkiyə Xüsusi Təyinatlı Qüvvələri Suriyanın şimalında PKK-nın 3 terrorçusunu zərərsizləşdirib. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin tviter səhifəsində məlumat yayılıb. Silahlılar Suriyanın şimalındakı “Barış Pinarı” əməliyyatı bölgəsində terror aktı hazırlayırmış. PKK terrorçuları sabitliyi pozmaq, Türkiyəni parçalamaq üçün qanlı hücumlar həyata keçirirlər.
Read More »Son 5 ildə Türkiyə ordusunun 150 generalı vəzifəsindən azad edilib
“Türkiyə Silahlı Qüvvələrindən 2016-cı il iyulun 15-də xain çevriliş cəhdindən indiyədək 150-si general olmaqla 24 256 hərbçi vəzifəsindən azad edilib”. Boyukmillet.com “TRT Haber”ə istinadən xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar bildirib. Onun sözlərinə görə, 1 185 şəxsi heyətlə bağlı inzibati proses davam edir: “FETÖ, PKK/YPG, İŞİD terror qruplaşmaları başda olmaqla bütün təhlükə və təhdidlərə qarşı mübarizə qətiyyətlə aparılır”.
Read More »Sadır Japarov: “Qırğızıstanın ərazi bütövlüyünə təhlükə var”
“Qırğızıstanın strateji nəqliyyat infrastrukturunun qonşu dövlətlərin ərazisindən keçməsi, qonşu ölkələrlə dövlət sərhədinin bəzi hissələri üzrə tamamilə razılaşdırılması istiqamətində danışıqlarda yaranan çətinliklər respublikanın ərazi bütövlüyünə birbaşa təhlükədir”. Boyukmillet.com xəbər verir ki, bunu Qırğız Respublikasının Prezidenti Sadır Japarov dekabrın 25-də hökumətin toplantısında bildirib. Onun sözlərinə görə, bu məsələ 2021-ci ilin aprelində Batkendə çoxsaylı insan itkisi ilə nəticələnən faciənin baş verməsinə səbəb olub.
Read More »Paşinyan bəzi hərbçiləri cəzalandıracağının anonsunu verib
“Mən etdiyim səhvi heç vaxt təkrarlamaram. Ordu ilə bağlı hər hansı məsələni açıq müzakirə etməkdən imtina edirəm”. Boyukmillet.com Ermənistan mətbuatına istinadən xəbər verir ki, bunları ölkənin baş naziri Nikol Paşinyan bu gün onlayn keçirdiyi mətbuat konfransında hansı silah və hərbi texnikanın alınması ilə bağlı sualı cavablandırarkən deyib. Baş nazir özünümüdafiə sistemində əsaslı islahatlar mövzusunun müzakirə olunub-olunmaması ilə bağlı suala belə cavab …
Read More »Tezliklə lirənin məzənnəsinin sabitləşməsinə nail olunacaq
“Yaxın vaxtlarda lirənin məzənnəsinin sabitləşməsinə nail olunacaq”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib. “Ölkədə milli valyutada əmanətlərin həcmi artır”, – Ərdoğan maliyyə sisteminin gücləndirilməsi istiqamətində görülən tədbirlərdən danışarkən deyib. Onun sözlərinə görə, müvafiq dövlət proqramının qəbulundan sonra türk lirəsindəki əmanətlər 23,8 milyarddan çox artıb və sürətlə böyüməkdə davam edir. Türkiyə lideri onu da vurğulayıb ki, …
Read More »Azərbaycan və Ermənistan ictimaiyyətinin nümayəndələri Rusiyada görüşüb
Dekabrın 23-24-də Moskva şəhərində Azərbaycan və Ermənistan ictimaiyyətinin nümayəndələri arasında Qarabağ müharibəsi başa çatandan bu yana ilk dəfə görüş keçirilib. Boyukmillet.com “TASS”a istinadən xəbər verir ki, Rusiya Prezidentinin xüsusi nümayəndəsi Mixail Şvıdkoyun iştirakı ilə keçirilən görüşdə iki xalq arasında gərginliyi azaltmaq istiqamətində atılacaq addımlar müzakirə edilib. Bənzər görüşün gələn ilin əvvəlində də keçirilməsinə dair razılıq əldə edilib.
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar