Gürcüstan hökumətinin pandemiya dövründə məhdudiyyətlər tətbiq etməklə bağlı səlahiyyət müddəti 2023-cü ilin yanvarın 1-dək uzadılacaq. Boyukmillet.com xəbər verir ki, “İctimai sağlamlıq haqqında” qanuna müvafiq düzəlişlər layihəsi Gürcüstan parlamentində müzakirəyə çıxarılacaq. Sənəddə qeyd olunub ki, müddətin artırılmasının məqsədi hökumətin pandemiyanın yayılmasının qarşısını alması və proseslərin idarə olunması üçün mövcud hüquqi mexanizmin saxlanılmasıdır. Qeyd edək ki, bundan öncə hökumətə bu səlahiyyət 2022-ci …
Read More »Ərdoğan BƏƏ-yə səfər edəcək
“Gələn ilin fevralında geniştərkibli nümayəndə heyəti ilə Birləşmiş Ərəb Əmirliklərinə səfər edəcəyəm”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dekabrın 6-da Qətərə səfəri öncəsi verdiyi açıqlamada bildirib. Qeyd edək ki, Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) vəliəhd şahzadəsi Məhəmməd bin-Zayed əl-Nahyan noyabrın 24-də Türkiyədə səfərdə olub.
Read More »Ermənistan ordusunun əsgəri öldürülüb
Ermənistan ordusunun hərbi qulluqçusu güllələlənib. Boyukmillet.com Ermənistan mətbuatına istinadən xəbər verir ki, hadisə dünən axşam saat 21:20 radələrində olub. Belə ki, 2002-ci il təvəllüdlü hərbi qulluqçu Qor Martirosyan müəmmalı şəraitdə odlu silahdan açılan atəşlə ağır yaralanıb. O, aldığı xəsarətdən ölüb. Hadisənin başvermə şəraiti ilə bağlı təhqiqat aparılır.
Read More »Türkiyə müxalifəti də 2023-ə hazırlaşır: nələr dəyişə bilər?
Türkiyədə Ərdoğandan sonrakı dövrə ciddi hazırlıqlar gedir, yeni siyasi partiyalar yaranır, hər kəs AKP seçicisindən öz payını almağa tələsir. Boyukmillet.com xəbər verir ki, bu sözləri ReAL üzvü Natiq Cəfərli Türkiyədə siyasi partiyalarla təmaslardan aldığı təəssüratı bölüşərkən qeyd edib. Politoloqun fikrincə, bütün uzunömürlü hakimiyyətlər kimi, AKP-nin təkbaşına iqtidar dövrü də sona yaxınlaşır: “Üzdə olan və ya potensialı olan 5 yeni partiya …
Read More »Erməni diasporundan Paşinyanın qızına: “Onun atası 5 min insanı öldürüb”
Ermənistan diasporunun bəzi nümayəndələri ölkənin Baş naziri Nikol Paşinyanın qızı Mariam Paşinyanın istirahətinə və əyləncəsinə müdaxilə ediblər. Boyukmillet.com xəbər verir ki, bununla bağlı videogörüntüləri ictimai fəal Akop Bereberyan özünün feysbukdakı səhifəsində yerləşdirib. Videoda diaspor nümayəndələrindən birinin Baş nazir Nikol Paşinyanın qızı Mariam Paşinyanın istirahətinə və əyləncəsinə müdaxilə etməsi əks olunur. “Onun atası 5 min insanı öldürüb”, – diaspor nümayəndələrindən biri …
Read More »Türkiyədə illərdir axtarılan təhlükəli terrorçular məhv edilib
Türkiyədə 9 terrorçu zərərsizləşdirilib. Boyukmillet.com xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb. Nazirlik “Eren Kış-6” əməliyyatı çərçivəsində silahlıların gizləndiyi mağarada keçirilən əməliyyat zamanı zərərsizləşdirilən 3-ü narıncı, 2-si boz kateqoriyalı terrorçuların kimliklərini açıqlayıb. Nazirlikdən verilən açıqlamada terrorçulardan 3-ü jandarm qüvvələri tərəfindən Tuncelinin Ovacık mahalının çöllük sahəsində keçirilən əməliyyat çərçivəsində zərərsizləşdirildiyi qeyd edilir. Məlumata görə, terrorçulardan üçü narıncı, …
Read More »Ermənistanda hakim partiyanın deputatı icma rəhbərini təhqir edərək hədələyib
Ermənistan Milli Məclisinin hakim partiyadan olan deputatı Rüstəm Bakoyan Tlik icmasının rəhbəri Slavik Saloyanı təhqir edərək hədələyib. Boyukmillet.com xəbər verir ki, bu barədə “Politik.am” yazıb. İcmada öz namizədi olan Dövlət Dumasının deputatı S.Saloyana təzyiq göstərməyə çalışıb. Bakoyan hətta dəstək üçün kriminal avtoritetlərə müraciət edib. Qeyd edək ki, bu gün Ermənistanın 7 rayonunda yerli özünüidarə orqanlarına seçkilər keçirilir.
Read More »Türkiyə Prezidenti müxalifətin çoxminli mitinqinə reaksiya verib
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Xalq Cümhuriyyət Partiyasının lideri Kamal Kılıçdaroğliunun iştirakı ilə Mersində keçirilən mitinqə münasibət bildirib. Boyukmillet.com xəbər verir ki, Ərdoğan ölkənin cənub-şərqindəki Siirt şəhərində tərəfdarları qarşısında çıxışı zamanı bildirib ki, onun mitinqinə Xalq Cümhuriyyət Partiyasının mitinqindən daha çox adam gəlib. “O (Kılıçdaroğlu) Mersində bizim Siirtdəki qədər insan toplaya bilmədi. Bizdən daha geniş bir ərazi ayırmağı xahiş etdi, …
Read More »Ermənistan Baş Prokurorluğu İqtisadiyyat Nazirliyində yoxlamalara başlayıb
Ermənistan İqtisadiyyat Nazirliyi hüquq-mühafizə orqanlarının diqqət mərkəzinə düşüb. Boyukmillet.com “News.am”a istinadən xəbər verir ki, bu barədə yerli “Joxovurd” qəzeti məlumat yayıb. Bildirilib ki, Ermənistanın Hesablama Palatası Baş Prokurorluğa cinayət əlamətlərinin yer aldığı materiallar göndərib. Söhbət 2021-ci ilin 9 aylıq dövlət büdcəsinin icrasının yoxlanılmasından gedir. Baş prokurorun müşaviri Qor Abrahamyan istintaqın davam etdiyini bildirib.
Read More »Erməni iqtisadçı: “Ölkədə yoxsulluq sosial təhlükə həddindədir”
Ermənistanda yoxsulluğun səviyyəsi artır. Boyukmillet.com xəbər verir ki, bu barədə “Aysor” məlumat yayıb. Bildirilib ki, Ermənistan Statistika Komitəsinin hesabatına görə, 2020-ci ildə yoxsulluq həddi 27 faiz olub. Bu, 2019-cu illə müqayisədə 0,6 faiz çoxdur. Hesabatda qeyd edilib ki, Ermənistan əhalisinin 78 faizi yaşadığı evdən bir həftə kənarda yaşaya bimir. Ölkə vətəndaşlarının 75 faizi konsert, idman yarışları, film seyr etmək kimi …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar