Bazar ertəsi , 16 Fevral 2026

Region

Mövlud Çavuşoğlu: “Ermənistanla Azərbaycan yenilikçi düşüncə və praktik diplomatiya ilə bir araya gələ bilər”

“Ermənistanla Azərbaycan yenilikçi düşüncə və praktik diplomatiya ilə bir araya gətirə bilərik”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ukraynanın Lvov Universitetindəki çıxışında bildirib. “Sovetlər İttifaqı dağılandan sonra Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatını qurmaq yenilikçi bir fikirdir. Fərqli problemləri olan Rusiya, Ukrayna, Ermənistan, Azərbaycan, Yunanıstan və Türkiyəni reaktiv diplomatiya yerinə, yenilikçi düşüncə və praktik diplomatiya ilə bir araya …

Read More »

Rusiya gəmiləri Xəzər dənizində təlimlər keçirib

Rusiyanın Xəzər dəniz donanması qoşunların döyüş hazırlığının yoxlanılması məqsədilə Xəzər hövzəsində dəniz zərbə qrupu tərəfindən şərti düşmənin məhv edilməsi üzrə təlimlər keçiriblər. Boyukmillet.com xəbər verir ki, bu barədə Cənub Hərbi Dairəsinin mətbuat xidməti məlumat yayıb. Qrupa dairənin Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının təyyarələri dəstək verib. Təlimlərdə 20-dən çox gəmi, o cümlədən “Həştərxan” raket gəmisi, “Qrad Sviyajsk”, “Uqliç” …

Read More »

Ermənistan prezidenti: “Qarabağ müharibəsində erməni tərəfi geridə qaldı”

“Qarabağ müharibəsində hər şey silah və texnika ilə həll edildi və bu məsələlərdə erməni tərəfi geridə qaldı”. Boyukmillet.com “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bunu Ermənistan prezidenti Armen Sarkisyan İtaliyada erməni icmasının nümayəndələri ilə görüşü zamanı bildirib. “Əlbəttə, biz nəyin səhv olduğu barədə danışmalıyıq. Məsul şəxslər müharibədə qalib gəlməməyimizin səbəbini müzakirə etməlidirlər. Vəzifələri müharibəni və məğlubiyyətin səbəblərini təhlil etməli olan …

Read More »

Zakir Həsənov Gürcüstanda Heydər Əliyevin büstünü ziyarət edib

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovun Gürcüstana səfəri başlayıb. Boyukmillet.com xəbər verir ki, nazir, Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, hərbi attaşe, polkovnik-leytenant Fuad İbrahimov və səfirlik əməkdaşları Tbilisidə Heydər Əliyev adına parkda ümummilli liderin büstünü ziyarət ediblər. Müdafiə nazirinin adından abidənin önünə əklil qoyulub. Z.Həsənov bu gün Baş nazir İrakli Qaribaşvili ilə və gürcü həmkarı Cuanşer Buçuladze ilə görüşəcək, sabah …

Read More »

Zakir Həsənov Gürcüstana səfərə gedib

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Gürcüstana səfərə gedib. Boyukmillet.com xəbər verir ki, nazir bu gün Gürcüstan rəhbərliyi ilə bir sıra görüşlər keçirəcək. Görüşlərdə iki ölkə arasında hərbi əməkdaşlığın hazırkı vəziyyəti və gələcək inkişaf perspektivləri müzakirə olunacaq.

Read More »

Vahid Milli Hərəkat Partiyası: “Saakaşvili tezliklə azad olunacaq”

Gürcüstanın Vahid Milli Hərəkat Partiyasının üzvü Yekaterina Xerxeulidze bildirib ki, keçmiş prezidenti Mixeil Saakaşvili tezliklə azadlığa çıxacaq. Boyukmillet.com-un “RİA Novosti”yə istinadən məlumatına görə, partiya üzvü bu barədə jurnalistlərə açıqlamasında deyib. “Saakaşvili çox qısa zamanda azadlığa buraxılacaq, tezliklə həbsxanadan çıxacaq. Necə? Hamımız birlikdə görəcəyik”, – o deyib. Yekaterina Xerxeulidze əlavə edib ki, yaxın vaxtlarda xəbərləri və saxlanılması ilə bağlı bütün rəyləri ona …

Read More »

DTX Ermənistan xüsusi xidmət orqanlarına işləyən casusu həbs edib

Azərbaycan Respublikasının milli təhlükəsizlik maraqlarına yönələn təhdidlərin, xarici xüsusi xidmət orqanlarının kəşfiyyat-pozuculuq fəaliyyətinin vaxtında aşkar edilməsi və qarşısının alınması istiqamətində Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən kompleks tədbirlər davam etdirilir. Boyukmillet.com DTX-nin saytına istinadən xəbər verir ki, həyata keçirilən əməliyyat-istintaq tədbirləri nəticəsində Azərbaycan Respublikasının vətəndaşı, 1970-ci il təvəllüdlü Zəkiyev Aydın Zəki oğlunun Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və müdafiə …

Read More »

Türkiyənin Yunanıstan, Suriya ilə sərhədlərində bir neçə terrorçu saxlanılıb

Türkiyənin Yunanıstan və Suriya ilə sərhədlərində PKK və İŞİD terror təşkilatlarının üzvləri saxlanılıb. Boyukmillet.com “Anadolu”ya istinadən xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb. Məlumata görə, iki təşkilatın 7 terrorçusu saxlanılıb. Qeyd edilir ki, dövlət sərhədində antiterror əməliyyatı davam edir.

Read More »

Gürcüstan DİN: “Saakaşvili sərhədi keçən kimi həbs olunacaq”

“Sabiq prezident Mixeil Saakaşvili Gürcüstan sərhədini keçməyib”. Boyukmillet.com xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyində keçirilən brifinqdə bildirilib. Qeyd olunub ki, Ukrayna tərəfi ilə dəqiqləşdirilib ki, keçmiş dövlət başçısı ölkəni tərk etməyib. “Mixeil Saakaşvili axtarışdadır. O, Gürcüstan sərhədini keçən kimi həbs olunacaq”, – brifinqdə deyilib.

Read More »