Professor Ali Erbaş yenidən Türkiyə Dini İşlər İdarəsinin sədri vəzifəsinə təyin edilib. Boyukmillet.com xəbər verir ki, bu barədə ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğan sərəncam imzalayıb. A.Erbaş yenidən bu vəzifəyə təyin olunması ilə əlaqədar R.T.Ərdoğana təşəkkür edib. Qeyd edək ki, A.Erbaş Ordu əyalətinin Kabadüz rayonunun Yeşilyurt kəndində anadan olub. 2017-ci ildən Türkiyə Dini İşlər İdarəsinin sədri vəzifəsində çalışır.
Read More »Türkiyədən Rusiyaya uçan sərnişin təyyarəsi qəza siqnalı verib
Türkiyənin Antalya şəhərindən Rusiyanın Sankt-Peterburq şəhərinə uçan “Airbus A319” təyyarəsi enmədən əvvəl qəza siqnalı verib. Boyukmillet.com məlumatına görə, bu barədə məlumatlı mənbəyə istinadən “İnterfaks” bildirib. “Airbus A319 təyyarəsi Antalyadan Sankt-Peterburqa reys yerinə yetirir. Enmənin müəyyən edilmiş vaxtında o aşağı hündürlükdə uçuşu yerinə yetirməyib və qəza siqnalı verərək davam edib”, – mənbə deyib. Agentlik, “Flightradar24” xidmətinin məlumatlarına istinadən təyyarənin eniş əvəzinə …
Read More »Paşinyan Azərbaycan polisinin iranlı sürücüləri yoxlamasının qanuni olduğunu etiraf edib
“2020-ci ilin dekabrında Ermənistan Silahlı Qüvvələri Sovet Ermənistanının sərhədlərinə çəkilib. Bu addım yeni hərbi gərginlikdən qaçmaq üçün atılıb”. Boyukmillet.com “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Gorus-Qafan avtomobil yolunun Azərbaycan ərazisindən keçən hissəsində İrana məxsus yük maşınlarının Azərbaycan polisi tərəfindən yoxlanılması ilə bağlı sualı cavablandırarkən deyib. Onun sözlərinə görə, bununla da sovetdən qalma inzibati sərhəd …
Read More »Türkiyə prezidenti Serbiya parlamentinin spikerini qəbul edib
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Serbiya Xalq skupşinasının (birpalatalı parlament) spikeri İviç Daçiçi qəbul edib. Bu barədə Boyukmillet.com “Anadolu”ya istinadən xəbər verir. Məlumata görə, görüş Ankarada Prezident sarayında baş tutub. Qeyd edilir ki, danışıqlar bağlı qapılar arxasında keçirilib. Görüşdə həmçinin Türkiyə Böyük Millət Məclisinin spikeri Mustafa Şentop da iştirak edib.
Read More »Vladimir Putinin Tacikistana səfərinin tarixi açıqlanıb
Rusiya Prezidenti Vladimir Putin sentyabrın 15-də Tacikistan Prezidenti Emomali Rahmonun dəvəti ilə Düşənbəyə səfər edəcək. Boyukmillet.com “tj.sputniknews”a istinadən xəbər verir ki, məlumatı Tacikistanın Xarici İşlər Nazirliyi yayıb. Bildirilib ki, Vladimir Putinin Emomali Rahmonla təkbətək görüşü nəzərdə tutulub. Məlumata görə, prezidentlər Düşənbə, Xocənd, Kulyab, Bohtar və Tursunzoda şəhərlərindəki rusdilli 5 məktəbin təməlqoyma mərasimində virtual olaraq iştirak edəcəklər. Görüşün yekununda Rusiya və Tacikistan liderləri ikitərəfli …
Read More »Türkiyə xüsusi təyinatlıları Suriyada terrorçuları zərərsizləşdirib
Türkiyə ordusunun xüsusi təyinatlı qüvvələri PKK terror təşkilatının Suriya qanadının bir neçə silahlısını zərərsizləşdirib. Boyukmillet.com “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyinin sosial şəbəkədəki səhifəsində bildirilir. Qeyd edilir ki, Türkiyə hərbçilərinin zərbəsi nəticəsində 4 terrorçu zərərsizləşdirilib. Onlar Suriyanın şimalında “Barış pınarı” əməliyyatı zonasına hücum hazırlayırdılar.
Read More »Suriyada terror hücumunda yaralanan türk əsgəri şəhid olub
Suriyanın İdlib şəhərində Türkiyə Silahlı Qüvvələrinə terror hücumu nəticəsində yaralanan Türkiyə ordusunun əsgəri müalicə aldığı xəstəxanada vəfat edib. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb. Qeyd olunub ki, Hatay Elmi Tədqiqat Xəstəxanasında həkimlərin müdaxiləsinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. Bununla da şəhid olan türk əsgərlərin sayı 3-ə çatıb. Xatırladaq ki, ölkənin milli müdafiə naziri Hulusi …
Read More »Antalyadan Vladivostoka uçan təyyarə qəza enişi edib
Antalya-Vladivostok transkontinental təyyarəsi Rusiyanın Krasnoyarsk şəhərində qəza enişi edib. Boyukmillet.com xəbər verir ki, bu barədə “İnterfax” məlumat yayıb. Məlumatda deyilir ki, “Boeing 767” təyyarəsi Antalyadan Vladivostoka uçurmuş və Krasnoyarsk üzərində olarkən təcili eniş əmri verilib. İlkin məlumatlara görə, təyyarədə texniki problemlər yaranıb. Zərərçəkənlər barədə məlumat yoxdur. Hava laynerində olan sərnişinlərin sayı dəqiqləşdirilir.
Read More »Fəxrəddin Altun: “Türkiyə dezinformasiyaya ən çox məruz qalan ölkədir”
“Dezinformasiyaya qarşı ümumi mübarizədə qısa, orta və uzunmüddətli strateji proses aparılmalıdır”. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altunun “Həqiqət Sonrası Bir Dövrdə Milli Təhlükəsizlik Təhdidi Olaraq Dezinformasiya və Manipulyasiya Siyasəti” adlı məqaləsində deyilir. “Dezinformasiyaya qarşı ümumi mübarizədə qısa, orta və uzunmüddətli strateji proses aparılmalıdır. Qısa müddətdə xüsusi məsələlərə fokuslanaraq hazırlıq görülməli və mümkün ssenarilər …
Read More »Türkiyə Silahlı Qüvvələri daha 9 terrorçunu zərərsizləşdirib
Türkiyə Silahlı Qüvvələrinin İraqın şimalındakı “Pençe-Kaplan” bölgəsində keçirdiyi antiterror əməliyyatı nəticəsində terrorçu PKK-nın 9 silahlısı zərərsizləşdirilib. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyə Silahlı Qüvvələrinin tviter səhifəsində bildirilib. “Əməliyyatlarımız sonuncu terrorçu zərərsizləşdiriləndək davam edəcək”, – açıqlamda qeyd olunub. Xatırladaq ki, “Pence-Kaplan” anitterror əməliyyatı Türkiyə daxilində və terrorçuların daha çox düşərgə saldığı İraqın şimalında keçirilir. Əməliyyat 2019-cu il mayın 28-də başlayıb.
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar