Bazar , 25 Oktyabr 2026
Drone Cameras

Zakir Həsənov Gürcüstanda Heydər Əliyevin büstünü ziyarət edib

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovun Gürcüstana səfəri başlayıb.

Boyukmillet.com xəbər verir ki, nazir, Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, hərbi attaşe, polkovnik-leytenant Fuad İbrahimov və səfirlik əməkdaşları Tbilisidə Heydər Əliyev adına parkda ümummilli liderin büstünü ziyarət ediblər.

Müdafiə nazirinin adından abidənin önünə əklil qoyulub.

Z.Həsənov bu gün Baş nazir İrakli Qaribaşvili ilə və gürcü həmkarı Cuanşer Buçuladze ilə görüşəcək, sabah isə Kaxeti bölgəsində keçiriləcək Azərbaycan-Türkiyə-Gürcüstan müdafiə nazirlərinin üçtərəfli görüşündə iştirak edəcək.

Check Also

Naxçıvanda ağır qəza: çox sayda xəsarət alan var – FOTO

Naxçıvan-Şahbuz magistralında ağır yol-nəqliyyat hadisəsi baş verib.Boyukmillet.com xəbər verir ki, hadisə magistralın Babək rayonu Vayxır …