Bazar ertəsi , 16 Fevral 2026

Region

Gürcüstanın Baş naziri: “Azərbaycanla əla münasibətlərimiz var”

“Xarici siyasətimizdə əsas istiqamətlərdən biri uğurlu qonşuluq siyasəti olmalıdır”. Boyukmillet.com xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ölkənin Xarici İşlər Nazirliyinin 10 illik fəaliyyət planının təqdimat mərasimində çıxışında deyib. O, üç qonşu ölkə – Azərbaycan, Ermənistan və Türkiyə ilə əla münasibətlərin olduğunu qeyd edib. Hökumət başçısı Gürcüstanın uğurlu vasitəçiliyi sayəsində Azərbaycan və Ermənistan arasında əldə olunmuş humanitar razılaşmaya da toxunub: …

Read More »

Gürcüstanın XİN başçısı: “Cənubi Qafqaz əməkdaşlıq və mehriban qonşuluq məkanına çevrilməlidir”

“Cənubi Qafqaz əməkdaşlıq, mehriban qonşuluq və dinamik inkişaf məkanına çevrilməlidir”. Boyukmillet.com xəbər verir ki, bunu Gürcüstan Baş nazirinin müavini, xarici işlər naziri David Zalkaliani deyib. Rəhbəlik etdiyi qurumun növbəti 10 il üçün fəaliyyət planının təqdimatını keçirən nazirin sözlərinə görə, Gürcüstan bölgədə balanslaşdırılmış, tərəfdaşlıq və qarşılıqlı faydalı regional siyasət yürüdəcək.

Read More »

KTMT-nin baş katibi Ermənistanda səfərdədir

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Stanislav Zas Ermənistanda səfərdədir. Boyukmillet.com “Report” -a istinadən xəbər verir ki, məlumatı Ermənistan Xarici İşlər Nazirliyi yayıb. Baş nazir Nikol Paşinyan S.Zası qəbul edəcək. KTMT-nin baş katibi Ermənistanın Xarici İşlər və Müdafiə nazirlikləri, habelə Təhlükəsizlik Şurasında bir sıra görüşlər keçiriləcək. Səfər avqustun 10-da başa çatacaq. Sədrəddin Sultan

Read More »

Türkiyədə meşə işçiləri yanğınları söndürərkən xəsarət alıblar

Türkiyənin Muğla əyalətində yanğınlara qarşı mübarizə aparan 2 meşə işçisi yaralanıb. Bu barədə Boyukmillet.com “Habertürk”ə istinadən xəbər verir. Məlumata görə, yanğın zamanı ağaclardan biri meşə işçiləri Selim Korkmaz və Hakan Tutuşun üzərinə aşıb. Hadisə yerinə hərbi helikopter göndərilib və yaralılara yerindəcə ilkin tibbi yardım göstərilib. Xəsarət alanlardan biri Muğlanın xəstəxanasına çatdırılıb. Qeyd edilir ki, Köycəğiz, Milas, Mentəşə, Seydikəmər, Kavaklıdərə və Yatağan rayonlarında …

Read More »

Türkiyədə yaşayış məntəqələri üçün təhlükəli yanğınların hamısı söndürülüb

Türkiyədə yaşayış məntəqələri üçün təhlükə törədən meşə yanğınlarının hamısı söndürülüb. Boyukmillet.com xəbər verir ki, nazir bu barədə kənd təsərrüfatı və meşə naziri Bekir Pakdemirli “A Haber” telekanalının efirində bildirib. “Hazırda yaşayış məntəqələrinə təhlükə törədən yanğınlar yoxdur. Yanmış ərazilər başqa məqsədlər üçün istifadəyə verilməyəcək, onlar bərpa ediləcək”, – nazir deyib.

Read More »

Türkiyə vətəndaşlarını qətlə yetirən terrorçu və daha 5 silahlı məhv edilib

Türkiyənin Hərbi Qüvvələri Suriyanın şimalında 6 terrorçunu zərərsizləşdirib. Boyukmillet.com xəbər verir ki, bu barədə Milli Müdafiə Nazirliyi məlumat yayıb. Məlumata görə, bununla bağlı əməliyyat Tal-Rıfatın şərqində Zaviyan və Şaalada, Tal-Cidcan və Tal-Unayb yaşayış məntəqələrində keçirilib. Qeyd edilir ki, məhv edilmiş terrorçulardan birinin avqustun 5-də iki nəfərin həlak olması ilə nəticələnən hücumda iştirak etdiyi müəyyənləşdirilib.

Read More »

Muğlanın Ayıyolu ərazisində genişmiqyaslı meşə yanğını olub

Türkiyənin Muğla əyalətində meşə zolağında genişmiqyaslı yanğın baş verib. Boyukmillet.com xəbər verir ki, Ayıyolu adlanan bölgədə qeydə alınan yanğın nəticəsində onlarla yüz yaşlı ağac tamamilə məhv olub. Ölkənin yanğınsöndürmə xidmətinin əməkdaşları tərəfindən ciddi müdaxilələrə baxmayaraq, yaşıllıq zonasının böyük hissəsi külə dönüb.

Read More »

Rusiyada quldurluq edən erməni əsilli boksçu həbs edildi

Moskva şəhərində silahlı hücumda şübhəli bilinərək saxlanılan Rusiyanın erməni əsilli peşəkar boksçusu Arutyun Avetisyan Perovskiy Rayon Məhkəməsinin qərarı ilə həbs edilib. Boyukmillet.com xəbər verir ki, Moskva məhkəməsi onun barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair qərar qəbul edib. Qeyd edək ki, Arutyun Avetisyan paytaxt Moskvada silahlı hücumda şübhəli bilinərək saxlanılıb. Hücum avqustun 4-də Stalevarov küçəsində kafelərdən birinin ətrafında olub. Avetisyan və …

Read More »

Gümrüdə erməni zabit və həyat yoldaşı partlayış nəticəsində ölüb

Ermənistan silahlı qüvvələrinin zabiti və onun hamilə arvadı ölkənin şimal-qərbində, Gümrü şəhərində yerləşən evlərin birində qumbara partlaması nəticəsində ölüb. Boyukmillet.com xəbər verir ki, bu barədə ölkənin İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb. Qeyd olunub ki, hadisə bu gün ( 8 avqust – red) baş verib. Bildirilib ki, hadisə yerinə gedən istintaq qrupu Ermənistan müdafiə nazirliyinin hərbi hissələrindən birində kapitan rütbəsi …

Read More »