Türkiyənin milli təhsil naziri, professor Ziya Selçuk vəzifəsindən azad olunub. Boyukmillet.com xəbər verir ki, bu barədə ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğan sərəncam imzalayıb. Z.Selçuk işdən çıxmaqla bağlı əraziə yazıb. R.T.Ərdoğan onun ərizəsini qəbul edib. Dövlət başçısının digər sərəncamı ilə professor Mahmut Özər milli təhsil naziri təyin edilib. O, bu təyinata qədər təhsil nazirinin müavini işləyib. Professor Petek Aşkar, doktor Sadri Şensoy və professor Ahmet Emre Bilgili milli təhsil nazirinin müavinləri təyin ediliblər. …
Read More »Türkiyədə avtobus yük avtomobili ilə toqquşub, 9 nəfər ölüb, 30 nəfər yaralanıb
Türkiyənin Manisa əyalətinin Soma rayonunda avtobusla TIR-ın toqquşması nəticəsində 9 nəfər ölüb, 30 nəfər yaralanıb. Boyukmillet.com xəbər verir ki, hadisə İstanbul-İzmir avtomobil yolunda baş verib. Yaralılar xəstəxanaya yerləşdirilib. Avtobusda 50 nəfər olub.
Read More »Türkiyədə biri dəstə başçısı olmaqla PKK-nın 4 terrorçusu zərərsizləşdirilib
Türkiyə Daxili İşlər Nazirliyinin Mardində keçirdiyi “Eren-5” antiterror əməliyyatı nəticəsində terrorçu PKK qruplaşmasının axtarışda olan tanınmış liderlərindən biri – “Cilo” kod adlı Süleyman Öztürk məhv edilib. Boyukmillet.com xəbər verir ki, məlumatı Türkiyənin Daxili İşlər Nazirliyi yayıb. Nazirliyin yaydığı başqa bir məlumata görə, Vanda keçirilən antiterror əməliyyatı nəticəsində terrorçu PKK-nın üç silahlısı zərərsizləşdirilib. Əməliyyat nəticəsində terrorçuların silah-sursatları da məhv edilib.
Read More »Ərdoğan meşə yanğınlarını beynəlxalq təhlükə adlandırıb
Meşə yanğınları koronavirus pandemiyası və terrorizmlə müqayisə edilə biləcək beynəlxalq təhlükəyə çevrilib. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib. “Meşə yanğınları – bu COVID-19 pandemiyası ilə müqayisə edilə bilən beynəlxalq təhlükədir, onu hətta terrorçuluq təhlükəsi ilə müqayisə etmək olar”, – Ərdoğan “A Haber” telekanalına müsahibəsində deyib. Onun sözlərinə görə, meşə yanğınları təhlükəsi ilə bütün dünya rastlaşır, …
Read More »Ərdoğan: “Yanğınların söndürülməsinə dəstək məsələsində ən önəmli ölkə Azərbaycandır”
“Bildiyim qədər sayları 50-dən çoxdur – beynəlxalq dövlətlər və təşkilatlar dəstəklərini ifadə ediblər. Hamısına bir daha öz adımdan və millətim adından təşəkkür etmək istəyirəm. Ən əsası Azərbaycandır. Təxminən 200 yanğınsöndürən, yanğınsöndürmə helikopterləri və əsgərlərlə yanğına qarşı mübarizə aparırlar”. Boyukmillet.com xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan meşə yanğınlarına qarşı mübarizə barədə danışarkən bildirib. “İndi cənab Əliyev (Azərbaycan …
Read More »Nikol Paşinyanın istefasını tələb edən daha bir general işdən çıxarılıb
Ermənistanın Baş naziri Nikol Paşinyan Silahlı Qüvvələrin Hazırlıqlar Baş İdarəsinin Döyüş Hazırlığı Şöbəsinin rəisi general-mayor Valerik Koçaryanın vəzifədən azad edilməsi ilə bağlı Prezident Armen Sarkisyana təqdimat göndərib. Boyukmillet.com “news.am”a istinadən xəbər verir ki, bunu ölkənin Konstitusiya Məhkəməsi aparatının keçmiş rəhbəri Edqar Kazryan feysbuk səhifəsində yazıb. Onun sözlərinə görə, V.Koçaryan 2021-ci il fevralın 21-də N.Paşinyanın başçılıq etdiyi hökumətin istefasını tələb edən …
Read More »Türkiyə və Azərbaycan yanğınsöndürənləri Buldan qəsəbəsindəki yanğını söndürüb
Türkiyənin Dənizli bölgəsində baş verən meşə yanğınlarından biri söndürülüb. Bu barədə Azərbaycan Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Bildirilib ki, Dənizlinin Buldan qəsəbəsindəki yanğın Türkiyə və Azərbaycan FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları tərəfindən yerli vaxtla saat 02:30 radələrində söndürülüb: “Hazırda Tavas kəndindəki yanğının söndürülməsi istiqamətində işlər görülür”. Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına …
Read More »Azərbaycan nümayəndə heyəti yanğınla bağlı Türkiyəyə yola düşüb
Məlumat verildiyi kimi, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyə ərazisində baş vermiş meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin yanğın-xilasetmə qüvvələri hazırda qardaş ölkədə yanğınlarla mübarizə aparır. FHN-in qüvvələrinin koordinasiyalı idarə edilməsi məqsədilə, bu gün səhər Azərbaycan Respublikası fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyevin başçılıq etdiyi Nazirliyin məsul …
Read More »Avropa Birliyi Türkiyəyə yangınsöndürmə təyyarələri göndərəcək
Avropa Birliyi (AB) Komissiyası Türkiyədəki meşə yanğınları ilə mübarizəyə dəstək üçün 3 yangınsöndürmə təyyarəsi göndərəcək. Bu barədə Boyukmillet.com Türkiyə mətbuatına istinadən xəbər verir. AB Komissiyasından bildirilib ki, təbii fəlakətin qarşısının alınması üçün Xorvatiyadan 1, İspaniyadan 2 “Canadair” təyyarəsi göndəriləcək. Birliyin böhran vəziyyətləri üzrə məsul şəxsi Janez Lenarik AB-nin bu çətin günlərdə Türkiyə ilə tam həmrəy olduğunu ifadə edərək, “Daha çox kömək …
Read More »Bodrum və Milasda yanğınlar istilik elektrik stansiyasına yaxınlaşıb
Türkiyənin Bodrum və Milas şəhərlərində meşə yanğınları yerli istilik elektrik stansiyasına yaxınlaşıb. Boyukmillet.com xəbər verir ki, bu barədə “Cümhuriyyət” qəzeti məlumat yayıb. Milas bələdiyyəsinin rəhbəri Məhəmmət Tokatın sözlərinə görə, alov Yeniköy istilik elektrik stansiyasına qədər yaxınlaşıb, ancaq külək onun istiqamətini dəyişib və yanğınsöndürənlərə yanğının istilik elektrik stansiyasına keçməsinin qarşısını almaq şansı yaranıb. Hadisə yerində yanğınsöndürən təyyarələr işləyir. Yerli sakinlər kütləvi şəkildə təhlükəli əraziləri …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar