Türkiyə Silahlı Qüvvələri Suriyada “Barış pınarı” (“Sülh bulağı”) bölgəsinə daxil olmaq istəyən PKK/YPG-PYD terror qruplaşmasının 3 üzvü zərərsizləşdirib. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb. Pençe Yıldırım əməliyyatı bölgəsində isə bir PKK terrorçusu məhv edilib. Qeyd edək ki, “Barış pınarı” anititerror əməliyyatı 2019-cu il oktyabrın 18-də başlayıb. Suriyanın Hələb, Haseke, Rakkanın şimalı hissəsi, Suriya-Türkiyə sərhədi “Barış …
Read More »Ermənistan NATO-nun təlimlərinə qatılmayacaq
Ermənistan hərbçiləri NATO-nun Gürcüstanda keçiriləcək “Agile Spirit 2021” (“Çevik ruh 2021”) adlı təlimlərində iştirak etməyəcək. Boyukmillet.com xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyindən “Sputnik Armeniya”ya bildiriblər. Məlumata görə, sayca 10-cu çoxmillətli təlim iyulun 26-dan avqustun 6-dək keçiriləcək. Tədbirdə ABŞ, Gürcüstan, Türkiyə, Azərbaycanla yanaşı NATO-ya üzv 13 ölkə də iştirak edəcək. Qeyd edək ki, Ermənistan hərbçiləri ötən illərdə belə təlimlərdə dəfələrlə …
Read More »Paşinyan və Koçaryan deputatlıqdan imtina ediblər
Ermənistanın Baş nazir səlahiyyətlərini icra edən, Vətəndaş Müqaviləsi Partiyasının sədri Nikol Paşinyan və “Ermənistan” seçki blokunun sədri Robert Koçaryan 8-ci çağırış deputat mandatından imtina ediblər. Boyukmillet.com xəbər verir ki, Ermənistan Mərkəzi Seçki Komissiyasının sədri Armen Smbatyan yeni parlamentin tərkibini feysbuk səhifəsində açıqlayarkən bildirib. Sədrin yazdığına görə, Paşinyan yenidən Baş nazir seçiləcəyi üçün deputat mandatını götürməyib. Smbatyan bildirib ki, Ermənistanın keçmiş prezidenti Robert Koçaryan “icra strukturunda işləməyə …
Read More »Türkiyənin pilotsuz döyüş təyyarəsi – FOTO –
Türkiyənin aerokosmik sənaye qurumu olan “Baykar”ın rəhbəri Selçuk Bayraktar istehsal ediləcək yeni döyüş təyyarəsi barədə açıqlama verib. Boyukmillet.com xəbər verir ki, o bildirib ki, yeni təyyarənin sürəti səs sürətinə yaxın olacaq. “Bundan sonrakı layihəmizin prototipləri isə səsin sürətindən çox olacaq. Növbəti layihəmizi supersonik qabiliyyətə malik formada istehsal edəcəyik” – o əlavə edib. “Pilotsuz hücum təyyarə sistemi layihəmizin konseptual dizayn görüntülərini …
Read More »Gürcüstan, Ukrayna və Moldova prezidentləri birgə bəyannamə imzalayıblar
Gürcüstan, Ukrayna və Moldovanın dövlət başçıları – Salome Zurabişvili, Vladimir Zelenski və Maya Sandu birgə bəyannamə imzalayıblar. Boyukmillet.com xəbər verir ki, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin iştirak etdiyi mərasim Acarıstanın Petra qalasında baş tutub. Sənəddə ölkələrin Avropaya inteqrasiyası yolunda atacağı addımlar və birgə fəaliyyət razılaşdırılıb.
Read More »Türkiyə Şimali Kiprdə yeni Prezident Kompleksi və parlament binası inşa edəcək
Türkiyə Şimali Kirp üçün yeni Prezident Kompleksi və parlament binası inşa edəcək. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şimali Kiprə səfəri çərçivəsində Respublika Məclisində çıxışı zamanı deyib :”Şimali Kipr üçün yeni Prezident Kompleksi və parlament binasının layihəsi artıq hazırdır. İnşallah, yaxın zamanda inşasına başlayacağıq” – o, əlavə edib.Qeyd edək ki,Türkiyə Prezidenti Ərdoğanın Şimali Kipr ziyarəti …
Read More »Türkiyə Gürcüstan ordusuna texniki xidmət maşınları təhvil verib
Türkiyə hökuməti Gürcüstanın Müdafiə Qüvvələrinə 4 ədəd texniki xidmət maşını təqdim edib. Boyukmillet.com xəbər verir ki, bu barədə Gürcüstanın Müdafiə Nazirliyindən bildirilib. Texnikanın tədarükü haqqında müqavilə ötən ilin oktyabrında imzalanıb. Maşınların ümumi dəyəri 866 400 ABŞ dolları təşkil edir. Nəqliyyat vasitələrinin rəsmi təhvil vermə mərasimində Gürcüstanın müdafiə naziri Cuanşer Burçuladze, Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Giorgi Matiaşvili və Türkiyə …
Read More »Ermənistanda əsgər hərbçi yoldaşını güllələyərək öldürüb
Ermənistan Silahlı Qüvvələrinin 20 yaşlı hərbçisi, sıravi əsgər Artur Kazaryan qeyri-döyüş şəraitində ölüb. Boyukmillet.com xəbər verir ki, məlumatı Ermənistan Müdafiə Nazirliyi yayıb. Bildirilib ki, 2001-ci ildə anadan olan Artur Kazaryan hərbçi yoldaşının silahla ehtiyatsız davranması nəticəsində açılan güllədən ölüb. Fakt üzrə araşdırma aparılır.
Read More »Ərdoğan: “Qardaş Azərbaycana dəstəyimiz Türk Silahlı Qüvvələrinin gücünü bir daha göstərdi”
“Təkcə 44 günlük Vətən müharibəsində Qarabağın azadlığı uğrunda qardaş Azərbaycana verdiyimiz dəstək Türk Silahlı Qüvvələrinin gücünü bir daha bütün dünyaya göstərmişdir”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Milli Müdafiə Universitetinin növbəti buraxılış mərasimində çıxışı zamanı deyib.
Read More »Türkiyəli şərhçi: “Ermənistan rəhbərliyi yeni reallıqla barışmalıdır”
“Azərbaycanın doğma torpaqlarını işğaldan azad etməsi ilə regionu münaqişə zonası kimi saxlayaraq balans yaratmağa çalışan siyasi dairələrin qarşısı alındı. Konkret olaraq, ABŞ və Fransanın tətbiq etdiyi ikili standartlar, Azərbaycanın Vətən müharibəsindəki qələbəsinə xələl gətirməyə hesablanmışdı” Onun sözlərinə görə, Azərbaycan ikili standartlara baxmayaraq, misilsiz qələbə qazandı: “Bu qələbədən sonra Ermənistanın Azərbaycanı təhrik etmək məqsədi güdən əməlləri birmənalı olaraq təxribat xarakteri daşıyan …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar