Hazırda Gürcüstan həbsxanalarında Azərbaycanın 107 vətəndaşı cəza çəkir. Boyukmillet.com xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin mart ayı üzrə hesabatında bildirilib. Aylıq müqayisədə Azərbaycan vətəndaşlarının sayı 1 nəfər azaıb. Onların 10-u ittiham olunan, 97-si isə məhkumdur. Məhkumların 3-ü yeniyetmədir. Gürcüstanda probasiya nəzarətində saxlanılan 25 nəfər Azərbaycan vətəndaşı var. Onların sayı aylıq müqayisədə 5 nəfər azalıb. Həmin şəxslərin 22-si kişi, 3-ü qadındır. Qonşu ölkədə ümumilikdə 531 nəfər …
Read More »Türkiyədə tam qapanma ilə bağlı təlimatlar ölkənin 81 vilayətinin aidiyyəti qurumlarına göndərilib
Türkiyədə aprelin 29-dan mayın 17-ə qədər tətbiq olunacaq tam qapanma ilə bağlı təlimatlar ölkənin Daxili İşlər Nazirliyi tərəfindən 81 vilayətin aidiyyəti qurumlarına göndərilib. Boyukmillet.com xəbər verir ki, qardaş ölkədə COVID-19-a qarşı qabaqlayıcı tədbirlər çərçivəsində tətbiq ediləcək tam qapanma aprelin 29-u saat 19:00-dan mayın 17-i saat 05:00-dək davam edəcək. Təlimatlara əsasən, bu müddət ərzində “Evdə qal!” məhdudiyyəti aralıqsız qüvvədə olacaq. Əhalinin …
Read More »Türk ordusu şəhid verdi – FOTO
Türkiyə ordusunun İraqın şimalında keçirdiyi “Pence-Şimşek” əməliyyat davam edir. Boyukmillet.com “trthaber”ə istinadən xəbər verir ki, ötən gün keçirilən əməliyyatlar zamanı Türk ordusunun bir əsgəri şəhid olub. Türkiyə Müdafiə Nazirliyinin verdiyi açıqlamaya görə, terrorçular tərəfindən quraşdırılan partlayıcının işə düşməsi nəticəsində bir əsgər ağır yaralanıb. Yaralı hərbçi xəstəxanaya aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Read More »Ermənilər Tiflisdə keçirilən beynəlxalq festivalda Gürcüstana qarşı təxribat ediblər
Gürcüstan paytaxtı Tiflisdəki Muza Teatrında ənənəvi millətlərarası “Apolon 2021” musiqi festivalı keçirilib. Boyukmillet.com xəbər verir ki, millətlər arasında mədəni əlaqələrin inkişafı məqsədilə təşkil olunan festivalda, Azərbaycan, gürcü, erməni və digər millətlərin nümayəndələri çıxış edib, öz musiqilərini və mədəniyyətlərini təbliğ ediblər. Azərbaycanı bu festivalda “Ceyran” rəqs qrupu və “Meydan” aşıqlar qrupu təmsil ediblər. Azərbaycanlı balacaların “Nəlbəki” və “Naz eləmə” rəqsləri, eləcə …
Read More »VHP-dən Gürcüstana etiraz: “Dövlət maraqlarındə heç kəsə güzəşt edilmir”
Azərbaycanın mehriban qonşuluq və bölgədə barış siyasəti bəzilərində yanlış xəyallar yaradır və məkrli niyyətləri üzə çıxarır. Növbəti belə bir zərbəni Gürcüstandan almışıq. Yaxın keçmişdə Keşikçidağ olayı, Borçalıda yaşayan soydaşlarımıza qarşı diskriminasiya siyasəti, işğalçı Ermənistana yanacaq dəhlizinin açılması kimi xoşagəlməz hallara qonşuluq münasibətləri pozulmasın deyə göz yummağa çalışılıb. Bu dəfə Gürcüstanı Avropa Şurası Parlament Assambleyasında təmsil edən nümayəndə heyətinin üzvləri tam …
Read More »Şimali Kipr Türk Cümhuriyyətinin Prezidentinə ağır itki
Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatarın atası Rüstəm Tatar vəfat edib. Boyukmillet.com xəbər verir ki, Kipr Türk xalqının milli mücadiləsinin hər mərhələsində böyük vəzifələri üzərinə götürən və mühüm vəzifələrdə olan Rüstəm Tatar bu gün səhər saatlarında dünyasını dəyişib. Rüstem Tatarın cənazəsi bu gün Lefkoşa qəbirstanlığında pandemiya qaydaları çərçivəsində, ailə üzvlərinin və yaxınlarının iştirakı ilə dəfn ediləcək.
Read More »Türkiyə və Yunanıstan bu məsələdə razılığa gəldi
Türkiyənin Milli Müdafiə Nazirliyi Yunanıstan və Türkiyənin “etimad qurma tədbirləri” üçün görüşlərin dördüncü mərhələsi üçün razılığa gəldiklərini açıqlayıb. Boyukmillet.com-un məlumatına görə, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin yaydığı rəsmi açıqlamada bildirilib. “Türkiyə və Yunanıstan Müdafiə nazirlikləri etimad tədbirləri mövzusunda görüşlərin dördüncü mərhələsinin keçirilməsinə dair razılığa gəldilər. Planlaşdırılan görüşün tarixi və digər detalları yaxın gələcəkdə müəyyənləşdiriləcək”,-deyə açıqlamada qeyd olunub.
Read More »Türkiyədə federasiya prezidenti koronavirusdan vəfat etdi
Türkiyə Karate Federasiyasının prezidenti Esat Delihasan dünyasını dəyişib. Boyukmillet.com “NTV Spor”a istinadən xəbər verir ki, 52 yaşlı funksionerin ölümünə səbəb koronavirusa yoluxması olub. O, İstanbul şəhərində müalicə aldığı xəstəxanada vəfat edib. Qeyd edək ki, Esat Delihasan 2008-ci ildən federasiyaya rəhbərlik edib.
Read More »Ermənistanda hərbçi qıtlığına görə orduda xidmət yaşı artırılır
Ermənistan parlamenti “Hərbi xidmət və hərbçilərin statusu haqqında” qanuna dəyişiklik layihəsini ikinci oxunuşda qəbul edib. Boyukmillet.com “Novosti Armeniya”ya istinadən xəbər verir ki, 103 deputat layihənin lehinə səs verib, 2-si isə bitərəf qalıb. Dəyişiklik müqavilə əsasında (müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu) xidmət edən hərbçilərin və zabit heyətinin ordu sıralarında daha çox qalmaları üçün yaş həddinin artırılmasını nəzərdə tutur. Layihəyə …
Read More »Polşa üç Rusiya diplomatını “persona non qrata” elan edib
Polşa hakimiyyəti Rusiya Federasiyasının üç diplomatını “persona non-qrata” elan edib. Boyukmillet.com xəbər verir ki, bu barədə Polşanın Xarici İşlər Nazirliyi məlumat yayıb. “Səfirə Rusiyanın Varşavadakı səfirliyinin üç əməkdaşının “persona non qrata” elan olunması barədə diplomatik nota verilib”, – məlumatda deyilir. Bildirilir ki, Polşanın Xarici İşlər Nazirliyi qərarın qəbul olunmasına səbəb olaraq diplomatik statusun həmin şəxslər tərəfindən pozulmasını göstərib.
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar