Çərşənbə axşamı , 24 Noyabr 2026
Drone Cameras

Türkiyəyə gələnlər üçün yeni qaydalar tətbiq olunur

İyunun 4-dən Türkiyəyə gələn əcnəbilər üçün yeni qaydalar qüvvəyə minir.

Boyukmillet.com xəbər verir ki, Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumata əsasən, ölkəyə gələnlər maksimum 72 saat əvvəl keçdikləri PCR testinin, yaxud 48 saatədək əvvəl keçdikləri sürətli anticisim testinin mənfi nəticəsinə dair sənəd təqdim etməlidir.

Bununla yanaşı, azı 14 gün əvvəl peyvənd olunduğuna, yaxud son 6 ay ərzində COVID-dən sağalmasına dair rəsmi sənəd təqdim edən əcnəbi vətəndaşdan PCR testinin nəticəsinə dair arayış tələb olunmayacaq.

Check Also

Gürcüstanda iş icazəsi olmadan işləmək deportasiya üçün əsas yaradacaq

Gürcüstanda əcnəbilərə iş icazələrinin verilməsi ilə bağlı yeni qaydalar 2027-ci il yanvarın 1-dən qüvvəyə minəcək.Boyukmillet.com …