Cümə axşamı , 19 Fevral 2026

Region

Türkiyədə hərbi avtomobil qəzaya uğradı, xəsarət alanlar var

Türkiyədə hərbçilərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb. Bu baradə Boyukmillet.com  “Habertürk”ə istinadən xəbər verir. Məlumata görə, hadisə Şırnak-Cizrə magistral yolunun 25-ci kilometrliyində olub. Hərbçiləri daşıyan avtomobil idarəetmədən çıxaraq aşıb. Nəticədə 11 hərbçi xəsarət alıb. Yaralılar Şırnak və Cizrə dövlət xəstəxanalarına çatdırılıblar. Onların həyatı üçün təhlükə yoxdur.

Read More »

Ermənistan təyyarəsini İrandan geri almaq istəyir

“Ermənistan “Boeing-737”nin Yerevana qaytarılması üçün İranla danışıqlar aparır”. Boyukmillet.com “Lragir”ə istinadən xəbər verir ki, bunu Ermənistan baş nazirinin müavini Tiqran Avinyan deputatların məsələ ilə bağlı sualını cavablandırarkən bildirib. Onun sözlərinə görə, “Fly Armenia Airways” aviaşirkətinə məxsus təyyarə Ermənistan Mülki Aviasiya Komitəsindən Estoniyanın paytaxtı Talinndən Ukraynanın Qostomel hava limanına boş reys etmək üçün icazə alıb: “Ancaq təyyarə komitənin ona əvvəlcədən təqdim etdiyi marşrut …

Read More »

Erməni əsgərin valideyni oğluna verilən medaldan imtina edib

İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusu tərəfindən məhv edilən erməni əsgər Edqar Doluxanyanın valideyni oğluna ölümündən sonra verilən medaldan imtina edib. Boyukmillet. com  “Novosti Armeniya”ya istinadən bildirir ki, 20 yaşlı əsgərin anası Svetlana Doluxanyan bununla bağlı Ermənistan ictimaiyyətinə müraciət ünvanlayıb. O, medalın təqdim olunması qaydasına etiraz edib. S.Doluxanyan medalla bağlı sənəddə oğlunun hərbi rütbəsinin sıravi əsgər deyil, çavuş yazılmasını, medalın isə daha təmtəraqlı təqdim …

Read More »

Ermənistan müxalifəti Yerevanın mərkəzini yalnız Paşinyan getdikdə azad edəcək

Ermənistanın müxalif “Vətənin qurtuluşu hərəkatı” Yerevanın mərkəzindəki Baqramyan prospektini yalnız baş nazir Nikol Paşinyanın vəzifədən gedəcəyi təqdirdə azad edəcək. Boyukmillet.com “Aysor.am”a istinadən xəbər verir ki, bu barədə müxalifət hərəkatının koordinatoru İşxan Saqatelyan bildirib. “Nikol mövcud deyil, vəssalam”, – o deyib. İşxan Saqatelyan həmçinin bildirib ki, müxalifətin növbəti mitinqi bu gün yerli vaxtla saat 16:00-də olacaq. “Sabah biz etiraz aksiyalarını davam …

Read More »

İran ABŞ və Avropanın təklifini rədd etdi

İran hökuməti ABŞ və Avropa İttifaqının Tehranın nüvə proqramı ilə bağlı birbaşa diplomatik təmaslara başlamaq barədə təklifinə rədd cavabı verib. Boyukmillet.com  xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumat yayıb. Qəzetin yazdığına görə, bu, Qərb ölkələri ilə İran arasında gərginliyin artmasına səbəb ola bilər. “Reuters” isə bildirib ki, ABŞ tərəfi İranın bu addımdan məyus olub.

Read More »

Türkiyə XİN Xocalı soyqırımının ildönümü ilə bağlı bəyanat yayıb

1992-ci ilin fevralın 26-da Ermənistan Respublikasının birləşmələri tərəfindən Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yerləşən Xocalı şəhərinə qarşı təcavüzlərdə aralarında qadın və uşaqların da olduğu 613 azərbaycanlı dinc sakin qətlə yetirilib və yüzlərlə Azərbaycan vətəndaşı yaralanıb. Boyukmillet.com  xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin Xocalı soyqırımının 29-cu ildönümü ilə bağlı verdiyi bəyanatda qeyd olunub.

Read More »

Nikol Paşinyanın istefasını tələb edənlər Yerevanda küçələri bağlayıblar

Ermənistanın baş naziri Nikol Paşinyanın istefası tələbi ilə itaətsizlik aksiyası keçirənlər səhər saatlarından paytaxt Yerevanın bir neçə küçəsini bağlayıblar. Boyukmillet.com xəbər verir ki, məlumatı “RİA Novosti” yayıb. 17 siyasi partiyanın formalaşdırdığı “Vətənin Xilası Uğrunda Hərəkat”ın tərəfdarları Yerevanın Verin Antarain və Saralanc küçələrinin kəsişməsini bağlayıblar. Onlar “Nikolsuz Ermənistan!” şüarını səsləndirərək küçələri avtomobil və “canlı divar”la kəsiblər. Şəhərin başqa küçələrində də oxşar aksiyalar …

Read More »

Rusiyada göyərtəsində 19 nəfər olan helikopter qəza enişi edib

Rusiyanın Mi-8 helikopteri ölkənin şimalındakı Taymır bölgəsində məcburi qəza enişi edib. Boyukmillet.com  “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Qərbi Sibirin Nəqliyyat Prokurorluğunun nümayəndəsi Oksana Qorbunova bildirib. Onun sözlərinə görə, ekipaj üzvləri və sərnişinlərin qurtarılması üçün hadisə yerinə qəza-xilasetmə heyəti uçub. Qorbunova bildirib ki, helikopter Duronoy gölü yaxınlığında yerə eniş edib. Onun göyərtəsində 16 sərnişin və 3 ekipaj üzvü var. İlkin məlumata görə, yaralanan yoxdur. …

Read More »

Yerevanda hökumət binasının qaşısında etiraz aksiyası, tutulanlar var

Ermənistanda baş nazir Nikol Paşinyanın istefasını tələb edənlər hökumət binasının qarşısında etiraz aksiyası keçiriblər. Boyukmillet.com  xəbər verir ki, məlumatı “Novosti Armeniya” yayıb. N.Paşinyan binaya girərkən aksiyaçılar “Satqın, eşşək!”, “Nikol satqın!”, “Türk əclafı ləyaqətin yoxdur!” və başqa şüarlar səsləndiriblər. Aksiya iştirakçıları hökumət evinə giriş qapılarını bağlamağa cəhd göstərib. Binanın qarşısına cəlb edilən polis əməkdaşları etirazşıları oradan uzaqlaşdırmağa başlayıb. Polis 25 nəfəri …

Read More »