Cümə , 22 Noyabr 2024

Siyasət

Prezident İlham Əliyev Rusiya Hökuməti sədrinin müavinini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 1-də Rusiya Federasiyası Hökuməti sədrinin müavini Aleksey Overçuku qəbul edib. Boyukmillet.com xəbər verir ki, Rusiya Hökuməti sədrinin müavinini salamlayan Prezident İlham Əliyev deyib: -Sizi yenidən görməyimə şadam. Xoş gəlmisiniz. Üçtərəfli işçi qrupu çərçivəsində işlər uğurla gedir. Çox intensiv məsləhətləşmələr aparılır. Bu məsələ barədə mənə vaxtaşırı məruzə edirlər. Şadam ki, qəbul edilmiş qərarın düzgün olması təsdiqlənir, …

Read More »

BMT Baş Assambleyasının Sədri Azərbaycana səfər edəcək

Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının Sədri Volkan Bozkır Türkiyə, Qətər və Azərbaycana səfər edəcək. Boyukmillet.com “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Sədrin mətbuat katibi Brenden Varma günlük keçirdiyi mətbuat konfransında deyib. Onun sözlərinə görə, səfər 1-12 aprel tarixlərində baş tutacaq. Volkan Bozkır öncə Türkiyəyə səfər edəcək. Daha sonra Qətər və Azərbaycanda olacaq.

Read More »

Bir neçə fransız deputat qondarma “Artsaxa səfər” planlarını açdı – sülhməramlılar necə davranacaq…

Samir Adıgözəlli: “…fransalı parlamentariləri Qarabağa buraxmamalıdırlar” Fransa Qarabağda erməni separatizminə “ilham verməkdə” davam edir. Zaman-zaman Fransa parlamentarilərinin Qarabağa qanunuz səfərlər etdikləri məlumdur. İndi də “Fransa-Artsax Dostluq Dərnəyi”nin sədri, Bouches-du-Rhône-dən olan millət vəkili Qay Tessierin rəhbərliyi ilə fransalı parlamentarilər qrupunun qondarma “Artsax”a səfər edəcəyi açıqlanıb.  Q.Tessier hətta qanunsuz səfəri ilə bağlı “Parlamentin sədri” Artur Tovmasyana məktub da göndərib. “…sülhməramlıların özlərinin də …

Read More »

Azərbaycandakı dini konfessiyaların rəhbərləri 31 mart soyqırımı ilə bağlı dünya ictimaiyyətinə müraciət ünvanlayıblar

Azərbaycandakı dini konfessiyaların rəhbərləri 31 mart soyqırımı ilə bağlı dünya dini liderlərinə, parlamentlərə, beynəlxalq təşkilatlara müraciət ünvanlayıblar. Boyukmillet.com xəbər verir ki, müraciətdə deyilir: “Azərbaycan Respublikasının vətəndaşları və milyonlarla dünya azərbaycanlılarının iradəsini ifadə edərək, 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ərəfəsində müraciətimizi dünya ictimaiyyətinin, dini liderlərin, parlamentlər və beynəlxalq təşkilatların diqqətinə çatdırırıq. Bütün müqəddəs kitablarda əksini tapan həqiqət budur ki, Uca …

Read More »

Paşinyan Moskvaya səfər edəcək

Rusiya prezidenti Vladimir Putin Moskvada Ermənistanın baş naziri Nikol Paşinyanla görüşəcək.Boyukmillet.com xəbər verir ki, bu barədə “Joxovurd” bildirib.Məlumata görə, aprelin 7-də Nikol Paşinyan Moskvaya işgüzar səfər edəcək və bu ziyarət çərçivəsində onun Vladimir Putinlə görüşü planlaşdırılıb.Qəzet bu informasiyanı Nikol Paşinyanın mətbuat katibi Mane Gevorkyanla dəqiqləşdirməyə cəhd göstərib, ancaq o cavabında bildirib: “Biz bununla bağlı KİV-i məlumatlandıracağıq”.Bildirilib ki, İkinci Qarabağ müharibəsindən sonra …

Read More »

Baydendən Ərdoğana dəvət məktubu gəldi

ABŞ Prezidenti Co Bayden türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana məktub ünvanlayıb. Boyukmillet.com xəbər verir ki, Bayden Ərdoğanı 22-23 aprel tarixlərində iqlim problemlərinə həsr ediləcək dövlət başçılarının sammitinə dəvət edib. Bundan əlavə, ABŞ dövlət rəhbəri koronavirus pandemiyasından zərər görən ailələrin, vətəndaşların, bütün türk xalqının kədərini paylaşdığını bildirib. Qeyd edək ki, ABŞ Prezidenti Co Bayden rusiyalı həmkarı Vladimir Putin və Çin Xalq Respublikasının …

Read More »

Samir Adıgözəlli: “Deputatların toxunulmazlıq hüququ aradan qaldırılmalıdır”

Millət vəkillərinin toxunulmazlıq hüququnun ləğv edilməsi aktual bir məsələyə çevrilib. Cəmiyyətdə belə rəylər var ki, millət vəkillərinin toxunulmazlıq hüququ ləğv edilməlidir. Bu qənaətdə olanların fikrincə, bəzi deputatlar toxunulmazlıq hüququndan öz şəxsi maraqlarının təmin edilməsi üçün sui-istifadə edərək, özlərinə böyük biznes şəbəkəsi qururlar, sahibkarlıqla məşğul olurlar, əksər halda dövlət tərəfindən fermerlərə, kənd təsərrüfatına, müxtəlif biznes sahələrinə və sairə ayrılan subsidiyaları öz …

Read More »

Qərbi Albaniyada tarixi həqiqətlər

Təəssüf ki, ermənilər bu ərazilərə köçürüldükcə zaman-zaman tarixi abidələrimizin bir hissəsini erməniləşdirib, erməniləşdirə bilmədiklərini isə yer üzündən siliblər. Onların erməniləşdirdikləri abidələrin daha çoxu türk-xristian abidələridir. Qərbi Azərbaycan ərazisindəki abidələri bir neçə qrupa bölmək olar: xristianlığa qədərki abidələr, xristianlıq dövrü abidələri və müsəlman abidələri. Qərbi Azərbaycan ərazisi təkcə Oğuz türklərinin yox, Qıpçaq türklərinin də ərazisi olduğu üçün o ərazidəki Qıpçaq türklərinə …

Read More »

Samir Adıgözəlli: “Bizdə siyasi partiyaların heç birinin alternativ proqramı yoxdur”

Ölkəmizdə fəaliyyət göstərən siyasi partiyaların sayı kifayət qədər olsa da, təəssüf ki, onların mütləq əksəriyyətinin məramı, məqsədi, platforması, tutduğu yol aydın deyil. Məsələn, indiyə qədər ölkəmizdə fəaliyyət göstərən heç bir siyasi partiyanın özünün mədəniyyət, sosial, iqtisadi, təhsil, turizm və sair sahələr üzrə təklifi, proqramı olmayıb. Maraqlıdır ki, bizim hakimiyyət iddiasında olan siyasi partiyalarımız hökumətin bu kimi sahələrlə bağlı təklif etdiyi …

Read More »

Rufiz Qonaqov: Ölkəmizdə milli həmrəyliyə və sağlam dialoqa xidmət edən siyasi islahatlar həyata keçirilir

“Siyasi partiyalar arasında dialoq mühitinin gücləndirilməsi istiqamətində aparılan işlər istər siyasi palitrada, istərsə də cəmiyyətin həyatında mühüm müsbət yeniliklərlə yadda qalmaqdadır. Belə ki, ölkədəki dialoq mühiti siyasətdə yeni tərəqqi məzmunlu konsolidasiyalara səbəb olur. Yeni Azərbaycan Partiyasının VII qurultayında 6 siyasi partiyanın YAP-a qoşulmasına dair qərar qəbul edilməsi ölkənin siyasi həyatında yeni demokratik məzmunlu presedent kimi qiymətləndirilməlidir. Fikrimcə, bu addım dialoq …

Read More »