Cümə , 17 May 2024

Siyasət

Deputat: “Qiymət artımı zamanı vətəndaşların mənafeyi nəzərə alınıb”

“Dünya enerji bazarında müşahidə edilən qiymət artımı enerji daşıyıcılarının qiymətinin yenidən tənzimlənməsi məsələsini aktuallaşdırıb. Hazırda qlobal tendensiya ondan ibarətdir ki, benzin və dizel yanacağının parakəndə qiymətlərində demək olar ki, dünyanın hər yerində qiymət artımı müşahdə edilir. Bunun obyektiv səbəbləri var və təcrübə göstərir ki, vaxtında bu cür qərarların qəbul edilməsi sonrakı mərhələdə müvafiq sektorda yarana biləcək mümkün risklərin qarşısını alır”. …

Read More »

“Prezident nəyinki ərazi bütövlüyümüzü bərpa etdi, üstəlik güclü təzyiqlərə qalib gəlməyin nümunəsini də yaratdı” – Aydın Quliyev

Ermənistanı rüsvayçı və ağır iflasdan azacıq da olsa xilas etmək üçün ona lobbiçilik edən bəzi beynəlxalq siyasi dairələr Azərbaycan Prezidentinə təzyiqləri son ana qədər davam etdirdilər. Bunu Trend-ə açıqlamasında “Bakı-Xəbər” qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev deyib. O bildirib ki, müharibə günlərində Azərbaycan Prezidentinə edilən təzyiqlər əslində Qarabağ həll prosesinin məqsədyönlü şəkildə uzadılmış 28 illik dövründə göstərilən təzyiqlərin davamı …

Read More »

İranın XİN başçısı Azərbaycana gələcək

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Azərbaycana səfər edəcək. Boyukmillet.com “Mehr” agentliyinə istinadən xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə yanvarın 4-də keçirdiyi brifinqdə bildirib. Onun sözlərinə görə, M.Zərifin Moskva, Bakı və Yerevana səfərləri gündəlikdədir. S.Xətibzadə səfərin tarixi və gündəliyi barədə açıqlama verməyib.

Read More »

Əliyev türklərin gəldiyi gün ruslara hansı mesajı verdi?

10 noyabrda üçtərəfli razılaşmadan sonra Qarabağda əsir götürülən ermənilər müharibə əsiri yox, terrorçulardır və dövlətə qarşı cinayətə görə məsuliyyətə cəlb olunacaq. Prezidentin Hulusi Akarı qəbul edərkən dediyi “Onlar müharibə əsirləri sayıla bilməz, onlar terrorçudurlar” sözlərinin açması budur. Hadrutda terror hücumu törədən erməni silahlıların bir qismi zərərsizləşdirildi, bir qismi əsir götürüldü: saylarının 170-ə yaxın olduğu, bir hissəsinin sülhməramlılara təhvil verildiyi haqda …

Read More »

Dövlət başçısı: “Ermənistan sərhədinə qədər dəmir yolunun tikintisinə başlayacağıq”

“Biz hazırda Azərbaycan, Ermənistan, Türkiyə dəhlizinin formalaşmasına da böyük önəm veririk, ilkin tapşırıqlar verildi. Biz yaxın günlərdə Horadizdən Zəngilana qədər, Ermənistan sərhədinə qədər dəmir yolunun tikintisinə başlayacağıq, artıq texniki-iqtisadi əsaslandırma hazırlanır”. Boyukmillet.com xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 31-də Türkiyənin Milli Müdafiə naziri Hulusi Akarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən deyib.

Read More »

Azərbaycan Prezidenti Türkiyə-Rusiya Monitorinq Mərkəzinin hazır olacağı vaxtı açıqlayıb

“Nəhayət sonuncu məsələ Türkiyə-Rusiya Monitorinq Mərkəzidir. Azərbaycan bu məsələ ilə bağlı da öz öhdəliyini yerinə yetirir. Azərbaycan tərəfi indi Ağdam bölgəsində bu Monitorinq Mərkəzi üçün bina inşa edir. Bu Monitorinq Mərkəzi yaxın 10 günə – maksimum iki həftəyə hazır olacaqdır”. Boyukmillet.com xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 31-də Türkiyə Respublikasının milli müdafiə naziri Hulusi Akarın …

Read More »

Tənzilə Rüstəmxanlı “Şöhrət” ordeni ilə təltif edilib

Tənzilə Rüstəmxanlı “Şöhrət” ordeni ilə təltif edilib. Boyukmillet.com xəbər verir ki, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb. Sərəncamla Azərbaycan Respublikasının ictimai həyatında səmərəli fəaliyyətinə görə Tənzilə Yolçu qızı Rüstəmxanlı “Şöhrət” ordeni ilə təltif edilib.

Read More »

Ceyhun Bayramov BQXK-nın Azərbaycan nümayəndəliyinin rəhbəri ilə görüşüb

Xarici işlər naziri Ceyhun Bayramov Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyinin rəhbəri Arian Bauer ilə görüşüb. XİN Mətbuat xidməti idarəsindən bildirilib ki, görüşdə nazir Ceyhun Bayramovun BQXK-nın Avropa və Mərkəzi Asiya üzrə Regional direktoru Martin Şüepp ilə bu ilin 7 dekabr tarixli görüşünün davamı olaraq, Azərbaycanın münaqişənin təsirinə məruz qalmış ərazilərində Komitənin fəaliyyəti ilə bağlı fikir mübadiləsi aparılıb. Tərəflər 10 noyabr 2020-ci il tarixli …

Read More »

Moskvada Azərbaycan və Ermənistan təhlükəsizlik xidmətləri rəhbərlərinin görüşü keçirilib

Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-polkovnik Əli Nağıyev Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) direktoru, ordu generalı Aleksandr Bortnikovun dəvəti ilə Rusiya Federasiyasında rəsmi səfərdə olub. Boyukmillet.com xəbər verir ki, bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) saytı məlumat yayıb. Səfər çərçivəsində Rusiya FTX-nin direktoru Aleksandr Bortnikovun vasitəçiliyi ilə general-polkovnik Əli Nağıyev və Ermənistan Respublikası Milli Təhlükəsizlik Xidmətinin direktoru Armen Abazyan arasında görüş keçirilib. Görüşdə …

Read More »

Azərbaycan və Türkiyə XİN başçıları bölgədəki son vəziyyəti müzakirə edib

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla türkiyəli həmkarı Mövlud Çavuşoğlu arasında telefon danışığı olub. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, nazirlər telefon danışığı zamanı bölgədəki son vəziyyət barədə fikir mübadiləsi aparıblar. Vüsalə Abbasova

Read More »