Cümə axşamı , 2 May 2024
Drone Cameras

Rufiz Qonaqov: Erməni işğalçılarının mədəni, dini obyektləri dağıtması, təhqir etməsi aşkar cinayətdir

“44 günlük Vətən müharibəsində əldə olunmuş qələbə ərazi bütövlüyümüzün bərpası ilə yanaşı, 30 ilə yaxındır ki, ayrı düşdüyümüz torpaqlara qovuşmağımızı da təmin etdi. Erməni vandallarının vəhşiliyi nəticəsində yurdlarımız, rayon və kəndlərimiz tamamilə dağıdılıb, xarabalığa çevrilib. Tarixi abidələrimiz dağıdılıb, oradan xalqımıza məxsus izlərin silinməsinə cəhdlər göstərilib. Amma düşmənin bu cəhdi heç bir işə yaramadı. Azərbaycan dövləti öz torpaqlarını işğaldan azad etməklə həm də tarixi abidələrimizi düşməndən azad etdi. Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Cəbrayıl və Zəngilan rayonlarına son səfəri zamanı bu tarixi və mədəni abidələrimizin bərpası ilə bağlı məsələlər diqqət mərkəzində oldu. Bəlli olduğu kimi, Zəngilan məscidi Heydər Əliyev Fondu tərəfindən təmir olunacaq. Artıq Fondun prezidenti Mehriban xanım Əliyevanın tapşırığına uyğun olaraq, Fond tərəfindən təşkil olunan həm xarici, həm də yerli ekspertlərdən ibarət komissiya məscidin mövcud binasını qiymətləndirib və binanın konservasiyası və bərpası ilə bağlı təkliflər, layihə hazırlanıb. Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycan dövləti qısa zamanda bütün işğaldan azad olunan regionlarda uğurlu bərpa-quruculuq işləri aparacaq”.
Bu fikirləri açıqlamasında Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin (BMAM) rəhbəri Rufiz Qonaqov deyib.
Onun sözlərinə görə, ermənilərin Zəngilan məscidi də daxil olmaqla işğal etdikləri ərazilərdə bütün mədəni, dini obyektləri dağıtması, təhqir etməsi aşkar cinayətdir. R.Qonaqov qeyd edib ki, erməni vandallarının bu vəhşiliyi və cinayətləri həmin regionlara səfər edən xarici ölkələrin, beynəlxalq təşkilatların nümayəndələri tərəfindən də diqqətə çatdırılır: “Cənab Prezident İlham Əliyev bir daha diqqətə çatdırdı ki, ermənilər tərəfindən dağıdılmış və təhqir edilmiş bütün dini məbədlərimizin əvvəlki görüntüləri və işğaldan sonrakı görüntüləri tərtib edilir və dünya birliyinin diqqətinə çatdırılır. Bu, olduqca mühüm bir məqamdır. Bütün dünya “məzlum” obrazı arxasında gizlənərək vəhşiliklər, soyqırımı aktları, qətliamlar törədən ermənilərin əsl üzünü görməlidir”.


PƏRVİZ

Check Also

Əziz Ələkbərli: Məqsədimiz Qərbi Azərbaycan həqiqətlərini geniş ictimaiyyətə çatdırmaqdır

Qərbi Azərbaycan Televiziyasının işə başlaması İcmamızın fəaliyyətində yeni bir mərhələdir. Çünki İcma olaraq bizim əsas …