Cümə , 17 Aprel 2026
Drone Cameras

Qırğızıstan-Tacikistan sərhədində qarşıdurma: 1 ölü, 17 yaralı

Qırğızıstan-Tacikistan sərhədində suya nəzarət üstündə tərəflər arasında yenidən qarşıdurma yaranıb.

Boyukmillet.com Qırğızıstan Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, münaqişə Qırğızıstanın Batken rayonunun Kok-Taş kəndinin ərazisinə Tacikistan tərəfinin suya nəzarət etmək üçün videokameralar quraşdırmasından sonra başlanıb. Tacikistan tərəfi qırğız kəndinin əhalisini daşa tutub, ov tüfənglərindən istifadə edib.

Dünən axşamdan başlayan çaxnaşmada 1 nəfər ölüb, 17 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Qırğızıstan münaqişə zonasından 400-dən çox sakini təhlükəsiz ərazilərə köçürüb.

Hazırda qarşıdurmanın aradan qaldırılması üçün müxtəlif qurumlar arasında danışıqlar aparılır.

Check Also

Əraqçi Hörmüz boğazının açıldığını bildirib

İranın xarici işlər naziri Abbas Əraqçi bildirib ki, ABŞ və Livanda atəşkəsin müddəti ərzində Hörmüz …