Prezident İlham Əliyev “Bərdə rayonunda əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında” sərəncam imzalayıb. Boyukmillet.com xəbər verir ki, sərəncamla Bərdə rayonunun əhalisi 34 320 nəfər olan 21 yaşayış məntəqəsində (siyahı əlavə olunur) əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya tələbatının ödənilməsi …
Read More »Zahid Qənbərovun Ali Məclisin Sədrinə səmimi minnətdarlığı – VİDEO
Martın 16-da Azərbaycan Respublikasının orden, medal və fəxri adlarının, eləcə də Naxçıvan Muxtar Respublikasının fəxri adlarının və Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin mükafatının təqdimat mərasimi keçirilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin mükafatına (5 min manat) layiq görülən Zahid Qənbərov Ali Məclisin Sədrinə səmimi minnətdarlıq edib. Boyukmillet.com həmin videonu təqdim edir: https://www.youtube.com/watch?v=_55-USh5VqU&feature=emb_logo
Read More »“Azərbaycanda heç kim səkkiz saatdan çox işləməməlidir” – İlham Əliyev
“Qeyri-formal məşğulluqla bağlı mənim müvafiq göstərişlərim yerinə yetirilir. Mənə müntəzəm olaraq bu məsələ ilə bağlı məruzələr edilir. Mənə verilən məlumata görə, son müddət ərzində 300 mindən çox işçi ilə əmək müqaviləsi bağlanıb. Yəni, bu işlər rəsmiləşdirilib”. APA-nın xəbərinə görə, bunu Prezident İlham Əliyev bu gün Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevi qəbul edərkən deyib. Prezident qeyd edib ki, …
Read More »Dövlət başçısı həbs edilən icra başçısı haqda: “73 nəfəri qul kimi, nökər kimi işlədirdi”
“Neftçala rayonundakı cinayətkarlıq hadisəsi barədə mənə məlumat verildi ki, ödənişli işlə təmin edilən 73 nəfəri öz təsərrüfatlarında qul kimi, nökər kimi işlədirdi. Bu, nədir? Ağadır, bəydir, xandır? İndi bütün ölkə ona nifrət edir, onun və onun kimilərin biabırçı hərəkətlərinə görə”. Boyukmillet.com-un xəbərinə görə, bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevi qəbul edən zaman deyib. “Hamı …
Read More »Prezident nazir Sahil Babayevi qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevi qəbul edib. Boyukmillet.com xəbər verir ki, ölkəmizdə həyata keçirilən sosial islahatlardan danışan Prezident İlham Əliyev deyib: – Sosial sahədə aparılan islahatlar bu il davam etdirilir. Bu islahatlar çox genişmiqyaslı islahatlardır və nəticə etibarilə Azərbaycan vətəndaşlarının rifah halının yaxşılaşdırılması istiqamətində atılan önəmli addımlardır. Xüsusilə keçən il 4 milyondan artıq Azərbaycan vətəndaşının maddi …
Read More »Prezident: “Bəzi yaramaz icra başçıları həm özlərini, həm bizim iqtidarımızı biabır ediblər”
“Neftin qiymətinin kəskin düşməsi nəticəsində təbii ki, biz dövlət investisiyalarını kəskin ixtisar etdik. Bunun nəticəsində işsizliyin səviyyəsi artmışdır. Bu da təbiidir. Çünki işsizliyi aşağı səviyyədə saxlamaq üçün dövlət bütün mexanizmlərdən istifadə edir. Əgər biz görsək ki, özəl sektorda haradasa işlər ixtisar olunur, əlbəttə, mənim göstərişimlə dövlət dərhal öz sözünü deməlidir. 2015-2016-cı illərdən başlayaraq mənim tapşırığımla ödənişli ictimai işlər yaradılmışdır. Bu …
Read More »Sabaha Milli Məclisin iclası çağırıldı
Sabah – 17 mart saat 12.00 Milli Məclisin növbəti plenar iclası keçiriləcək. Bu barədə parlamentin Mətbuat xidmətinin məlumatında bildirilir.
Read More »Yeni deputat məcburi köçkünlərin statusundan danışdı
“Məcburi köçkünlərin statusu ilə bağlı məsələyə yenidən baxılmalıdır”. Boyukmillet.com xəbər verir ki, bunu Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında çıxış edən deputat Əziz Ələkbərov deyib. O bildirib ki, məcburi köçkünlərin məsələləri ilə bağlı çox böyük problemlər var: “Bu məsələ bizim əsas diqqət mərkəzində olmalıdır”.
Read More »Ancaq amerikanlar üçün peyvənd… Trampın gizli planının üstü açıldı
ABŞ prezidenti Donald Trampın Almaniyada yerləşən CureVac şirkətinə yeni tipli koronavirusa (Kovid-19) qarşı peyvəndin ABŞ-da hazırlanması üçün külli miqdarda pul təklif etdiyi irəli sürüldü. Boyukmillet.com xarici mediaya istinadla xəbər verir ki, prezident D.Tramp koronovirusa qarşı hazırlanmaq mərhələsində olan peyvəndlərin ilkin olaraq amerikalılara tətbiq olunmasına çalışır.
Read More »Oqtay Şirəliyevin qızından maraqlı AÇIQLAMALAR
“Məhkəməyə verməyəcəm, baxmayaraq ki, mənim haqqımda yalan məlumatlar yaydıqlarına görə təzminat tələb edə bilərdim”. Boyukmillet.com xəbər verir ki, bunu APA-ya açıqlamasında Azərbaycanın Səhiyyə naziri Oqtay Şirəliyevin qızı, Moskva vilayətinin qubernatorunun mədəniyyət məsələləri üzrə müşaviri, Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunun professoru Nərmin Şirəliyeva bildirib.Azərbaycan KİV-lərində onun haqqında yayılan “Oqtay Şirəliyevin qızı xristianlığın erməni təriqətini qəbul edib” kimi informasiyaları şərh edən Nərmin …
Read More »

Boyukmillet.com Biz yanmasaq vətən yanar
