Elmira Hüseyn qızı Axundova Azərbaycan Respublikasının Ukraynada fövqəladə və səlahiyyətli səfiri təyin edilib. Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. Prezidentin digər sərəncamı ilə Azər Xudayar oğlu Xuduyev Azərbaycan Respublikasının Ukraynada fövqəladə və səlahiyyətli səfiri, eyni zamanda, Azərbaycan Respublikasının Demokratiya və İqtisadi İnkişaf Uğrunda Təşkilat – GUAM yanında daimi nümayəndəsi vəzifələrindən geri çağırılıb. (modern.az)
Read More »“Moskva Azərbaycanın Qarabağda müharibəyə başlamasına göz yumacaq” – Rusiyalı politoloq
Azərbaycan Qarabağ ətrafında yaranmış status-kvodan əvvəl-axır bezəcək. Bu barədə rusiyalı politoloq Aleksandr Skakov Tert.am sayıtna açıqlama verib. “Moskva Azərbaycan ordusu Qarabağda irimiqyaslı əməliyyata başlasa, buna qarşı sanksiya tətbiq etməyəcək”. Ekspert Ankara ilə Moskva arasında münasibətlərin pisləşməsinin buna mənfi təsir edəcəyini əlavə edib. “Bu halda, Moskvanın Bakıya təsir imkanları azalacaq. Çünki Kremli Türkiyə ilə, NATO ilə münasibətlər qayğılandıracaq. Məhz bu ssenarini …
Read More »Prezident yaşayış məntəqələrinin qazlaşdırılması ilə bağlı sərəncam imzaladı – SİYAHI
Prezident İlham Əliyev “Ağdaş və Göyçay rayonlarında yaşayış məntəqələrinin qazlaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” sərəncam imzalayıb. Boyukmillet.com xəbər verir ki, sərəncamla Ağdaş və Göyçay rayonlarında ərazi vahidlərinin, o cümlədən yeni yaşayış massivlərinin qazlaşdırılması işlərinin davam etdirilməsi məqsədilə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.11.1-ci yarımbəndində göstərilmiş məbləğin 11,97 milyon manatı …
Read More »Türkmənistan Prezident Bakıdan belə yola salındı – FOTOLAR
Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun Azərbaycan Respublikasına rəsmi səfəri martın 11-də başa çatıb. Boyukmillet.com xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Türkmənistan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Prezident Qurbanqulu Berdiməhəmmədovu Azərbaycan Respublikası Baş Nazirinin birinci müavini Yaqub Eyyubov, Xarici İşlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər yola salıblar.
Read More »Vilayət Eyvazov rəisi işdən çıxardı
Daxili İşlər Nazirliyində kadr dəyişikliyi baş tutub. Boyukmillet.com-un məlumatına görə, bu barədə müvafiq əmri Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov imzalayıb. Əmrə əsasən, DİN-in Nəqliyyatda Baş Polis İdarəsinin Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinin Sumqayıt Xətt Polis Bölməsinin rəisi, polkovnik-leytenant Surxay Cəfərov vəzifəsindən azad olunub. Xatırladaq ki, bir müddət əvvəl Kürdəmir RPŞ-nin rəisi Sultan Zeynalov vəzifəsindən azad olunaraq, DİN-in Dəmiryolu Nəqliyyatında Polis …
Read More »Milli Məclisin sabahkı iclasının gündəliyi açıqlandı
Milli Məclisin sabahkı – martın 13-də keçiriləcək plenar iclasının gündəliyi açıqlanıb. Boyukmillet.com xəbər verir ki, iclasın gündəliyinə 18 məsələ daxil edilib. İclasda Azərbaycan Respublikası Milli Məclisinin 2020-ci il yaz sessiyasının qanunvericilik işləri planı, “Əmanətlərin tam sığortalanması haqqında” və Milli Məclisin komitələrinin üzvlərinin seçilməsi barədə və digər qanun layihələri müzakirəyə çıxarılacaq.
Read More »“Prezidentin çıxışı cəmiyyətin bütün üzvləri üçün mesajdır” – Məlahət İbrahimqızı
“Prezident İlham Əliyevin VI Çağırış Milli Məclisin iclasındakı nitqi tarixi bir çıxış, ümumilikdə parlament və hər bir millət vəkilinin gələcək 5 illik fəaliyyəti üçün “yol xəritəsi”dir”. Boyukmillet.com bildirir ki, bunu APA-ya açıqlamasında millət vəkili, parlamentin Əmək və sosial siyasət komitəsinin sədr müavini Məlahət İbrahimqızı deyib.İbrahimqızı deyib ki, dövlət başçısının çıxışı cəmiyyətin bütün üzvləri – ziyalılar, dövlət qulluqçuları – hər kəs …
Read More »İlham Əliyev hansı deputatlara xəbərdarlıq etdi? – Oliqarx ola bilməyəcəklər
Prezident İlham Əliyev VI çağırış Milli Məclisin ilk iclasında deputatların artıq bu statusdan şəxsi maraqları üçün istifadə edə bilməyəcəklərinin anonsunu verib. “Deputatlara tövsiyəm odur ki, onlar seçildikləri dairələrdə fəal olsunlar, seçicilərlə daim təmasda olsunlar. İndi sirr deyil, əvvəlki dövrlərdə bəzi deputatlar seçicilərdən bir qədər, yaxud da ki, tamamilə uzaqlaşmışdılar. Heç öz dairələrinə baş çəkmirdilər, problemlərlə maraqlanmırdılar. Öz şəxsi problemlərini ortaya …
Read More »Saakaşvili mənə vəd vermişdi, amma… – Putindən şok AÇIQLAMA
Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili Cənubi Osetiya və Abxaziya məsələlərini güc yoluyla həll etməyəcəyinə dair mənə söz versə də, buna əməl etmədi. Bunu Rusiya Prezidenti Vladimir Putin deyib. “Biz onunla bu məsələ ilə bağlı prezident olanda çox söhbət etmişik. Mən ondan Cənubi Osetiya və Abxaziya məsələsini güc yoluyla həll etməməyini istədim və o, bunu heç vaxt etməyəcəyi vədini verdi. Bu vədinə …
Read More »ABŞ ən güclü silahlarından Türkiyəyə satacaq? – Nazir şərtləri açıqladı
Türkiyə “S-400” zenit raket komplekslərini Rusiyaya geri qaytarmadığı müddətcə, ABŞ ona “Patriot” hava hücumundan müdafiə sistemləri satmayacaq. Bu barədə ABŞ Müdafiə Nazirliyi (Pentaqon) informasiya yayıb. Nazirliyin mətbuat katibi Conatan Hoffman media nümayəndələrinin suallarını cavablandırarkən Türkiyənin tələbi ilə bağlı bunları deyib: “Müdafiə naziri Mark Esperin məsələ ilə bağlı mövqeyi bəllidir. Türkiyə “S-400”ləri geri vermədiyi müddətdə “Patriot”a sahib ola bilməz”. Qeyd edək …
Read More »

Boyukmillet.com Biz yanmasaq vətən yanar
